Hava Nəqliyyatı Baş Gömrük İdarəsində nə baş verir? – Sahibkar 8 aydır qapılarda qalıb - ŞİKAYƏT

6 ildir sahibkarlıq fəaliyyəti ilə məşğul olan Məftun Xəlilov gömrük orqanlarından şikayətçidir. 

Bizim.Media-ya müraciət edən sahibkar 8 aydır ki, Dövlət Gömrük Komitəsinin nəzdindəki Hava Nəqliyyatı Baş Gömrük İdarəsinin əlində girinc vəziyyətdə qaldığından gileylənib.
 

MÖVZU İLƏ BAĞLI:

Gömrük Komitəsindən xəbərdarlıq - Bu məhsulun idxalı ilə məşğul olanlar cəzalandırılacaq


Dövlət Gömrük Komitəsi tərəfindən ölkəyə idxal etdiyi hər malın qiymətinin süni şəkildə qaldırıldığını iddia edən Məftun Xəlilov əlində məhsulun dəyəri, rəsmi müqavilələri, ödəmə qəbzləri, bank çıxarışları, eləcə də xarici və daxili bazar qiymətləri olduğu halda sözügedən qurumun qanunsuzluqlara əl atdığını deyir: 

“Ölkədə nə qədər “gov.az”la bitən dövlət qurumları varsa, hamısına müraciət etmişəm. Şikayətim Hava Nəqliyyatı Baş Gömrük İdarəsindəndir. Amma üz tutduğum qurumlar yenidən məni şikayətləndiyim quruma yönləndirirlər.

Problemə Dövlət Gömrük Komitəsi baxmalı olduğu halda yenidən Hava Nəqliyyatı Baş Gömrük İdarəsinə göndərirlər. 8 aydır ki, eyni sujetdən təngə gəlmişəm. 6 ildir ki, Azərbaycana xaricdən mal idxal edirəm.


Uzun illərdir 10 min manata gətirdiyim malı Dövlət Gömrük Komitəsi 7-8 aydır ki, 15 mindən rüsümlaşdırır. Tutarlı səbəb isə yoxdur. “Belə istəyirik” deyib, məsələdən yayınırlar. Bildirirlər ki, gömrükdə malın hesablama metodikası var, ona uyğun bazar qiyməti 15 min manat çıxır.

Həmçinin deyirlər ki, əgər malı 20 min manata satacaqsansa, biz bunu 15 mindən hesablayırıq. Deyirəm niyə? Cavab gəlir ki, sən burdan pul qazanırsan və malın qiyməti qanuna görə hesablama metodikası ilə nəzərə alınır”. 

Məftun Xəlilov “Gömrük Tarifi haqqında” qanunun 12-ci maddəsində qeyd olunanları da xatırladıb.

O, deyib ki, qanunda əks olunub ki, sahibkar malın dəyəri, alış qiymətini gömrük orqanlarına təqdim etməyibsə, o halda Gömrük Komitəsi alternativ variantlara əl ata bilər:

“Alternativ üsul a, b, c və d olmaqla 4-5 yerə bölünür. Hansı ki, o bəndləri də mərhələlərlə keçməlidirlər. Gömrük Komitəsi isə nə maddəni, nə onun bəndlərini, nə də əlimdəki bank ödəniş qəbzlərini, müqavilələri hesaba alır.
 

Əgər malın dəyəri varsa, burada artıq nöqtə qoyulmalıdır. Bunlar qanunu və maddələri tapdalayıb, birbaşa “d” bəndi ilə malı Azərbaycandakı satış qiymətinə uyğun rüsumlaşdırırlar. Bura qədər onsuz hər şey səhvdir.


Təkrar etiraz edirəm ki, malı 20 min manata deyil, 15 min manata satıram. Oradan bunun sübutunu tələb edirlər. Ədliyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Mərkəzinə müraciət edib malıma ekspertiza rəyi təyin olunur. Artıq buna nə mən, nə də Gömrük Komitəsi müdaxilə edə bilir.

Ekspertiza rəy verir ki, həqiqətən mən haqlıyam və malın bazar qiyməti 15 min manatdır. Təkcə rəyi almağım üçün isə 60 gün vaxt itirirəm. Həmin müddətdə anbarda yetəri qədər borcum yığılır, ticari nüfuzum və etibarım zədələnir, müştərilərimi itirirəm, malı gec verən və yaxud verə bilməyən şəxs kimi tanınıram.

Ekspertiza rəyini Gömrük Komitəsinə təqdim edirəm, yenə qanunsuzluq edirlər. Bildirirlər ki, ekspertiza rəyi mala 15 manat rəy veribsə, eybi yoxdur, amma yenə də rüsum  biz dediyimiz qiymətə rəsmiləşdiriləcək. Yəni öz bildiklərindən dönmürlər. Əgər onların dedikləri kimi malı 15 minə alıb, elə Azərbaycanda da 15 minə satıramsa, belə çıxır dəliyəm?”   

Sahibkar bildirib ki, “Gömrük Tarifi haqqında” qanunun 12,13,14,15,16,17, 18 -ci maddələri və bəndləri bilərəkdən pozulur:

“Sahibkar olaraq ölkə  büdcəsinə idxalla bağlı heç olmasa  illik 700 000 manata qədər rüsum odəyirəm. 30- a yaxın ailə mənim müəssisəmdən ailəsinə çörək aparır və 100-ə yaxın insan dolanır. Mən müəssisəmi bağlasam dövlətə xeyir olacaq? Gedib başqa ölkəyə xeyir və başqa ölkənin vətəndaşına çörək verək? Hər həftə gömrüklə problem yaşayıram. Bu bir mal üçün deyil, hər mal üçündür”.

Hava Nəqliyyatı Baş Gömrük İdarəsinin rəhbəri Pərviz Kəngərlinin quruma rəhbər gələndən sonra incidildiyini deyən sahibkar 8 ayda ona ən azı 150 min manatdan çox ziyan dəydiyini qeyd edib:

“Bunlar ilkin hesabladığım maddi zərərlərdir. Mənəvi tərəfini düşünsək, yüzlərlə müştəri itirmişəm. Eyni zamnda onlarla müştəriyə söz verildiyi vaxtda malını çatdırmamağım üçün təzminat ödəmişəm.
 

Gömrük Komitəsi süni şəkildə malın qiyməyini artırdığı üçün avtomatik olaraq məhsul sata bilmirəm. Onun bazar qiyməti 15 min dollardırsa, mal üstümə Gömrük Komitəsində baha oturur və məcbur qalıb daha baha qiymətə satıram.


Əgər ay ərzində 10 məhsul  və birini 15 min dollara sata bilirdimsə, indi ay ərzində yalnız 1 məhsul olaraq 18 min dollara sata bilirəm. Pərviz kəngərlidən əvvəl gömrüklə xırda problemlər yaşanırdı. Dəfələlərlə məhkəmələrə rəsmi müraciətlərim olub. Amma problem həllini tapmır”.

Qeyd edək ki, sözügedən sahibkar Dövlət Gömrük Komitəsi tərəfindən incidildiyi barədə ölkə başçısı İlham Əliyevə 15 gün əvvəl rəsmi müraciət edib. 

Məsələ ilə bağlı Gömrük Komitəsi Hava Nəqliyyatı Baş gömrük İdarəsinə müraciət etsək də, zənglərimiz cavabsız qalıb. İdarə rəsmiləri məsələ ilə bağlı yalnız Pərviz Kəngərlinin mövqe bildirməli olduğunu deyiblər. Amma əlaqə baş tutmayıb. 

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Alçina Amilqızı, Bizim.Media 




 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bu il qaz ixracı və nəqlindən ölkəmiz nə qədər gəlir əldə edib? – ARAŞDIRMA

Bu il qaz ixracı və nəqlindən ölkəmiz nə qədər gəlir əldə edib? – ARAŞDIRMA

Simonyan: “Zelenskinin İrəvana səfəri Ermənistanın “nankor addımı”dır” - VİDEO

Simonyan: “Zelenskinin İrəvana səfəri Ermənistanın “nankor addımı”dır” - VİDEO

Bu gün Arəstə Baxışovanın doğum günüdür – VİDEO

Bu gün Arəstə Baxışovanın doğum günüdür – VİDEO

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

ABŞ-ın İranla danışıqlar komandasına yeni SİYASƏTÇİ qoşuldu

ABŞ-ın İranla danışıqlar komandasına yeni SİYASƏTÇİ qoşuldu

Sumqayıtda 66 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Sumqayıtda 66 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Pensiyaçılara ŞAD XƏBƏR – Bu il iki dəfə artım ola bilər – FOTO

Pensiyaçılara ŞAD XƏBƏR – Bu il iki dəfə artım ola bilər – FOTO

İrəvanda Rusiya meyilli qüvvələr etiraz aksiyası keçirir

İrəvanda Rusiya meyilli qüvvələr etiraz aksiyası keçirir

Bu gün 10 vaqon gübrə Azərbaycandan Ermənistana göndəriləcək

Bu gün 10 vaqon gübrə Azərbaycandan Ermənistana göndəriləcək

“Yuventus” doğma meydanda xal itirdi - VİDEO

“Yuventus” doğma meydanda xal itirdi - VİDEO

Nihat Pirin ilk hekayələr kitabı nəşr olundu – FOTO

Nihat Pirin ilk hekayələr kitabı nəşr olundu – FOTO

Yol Polisi skuter istifadəçilərinə MÜRACİƏT ETDİ

Yol Polisi skuter istifadəçilərinə MÜRACİƏT ETDİ

Qadın sürücü monstr avtomobili insanların üzərinə sürdü: 3 ölü, 40 yaralı var – VİDEO

Qadın sürücü monstr avtomobili insanların üzərinə sürdü: 3 ölü, 40 yaralı var – VİDEO

ABŞ-da sərnişin təyyarəsi eniş zamanı işıq dirəyinə və yük maşınına toxundu - VİDEO

ABŞ-da sərnişin təyyarəsi eniş zamanı işıq dirəyinə və yük maşınına toxundu - VİDEO

İranda daha üç məhbus edam edildi

İranda daha üç məhbus edam edildi

Ötən ay 79 nəfər zəhərlənib, 5-i dünyasını dəyişib – RƏSMİ

Ötən ay 79 nəfər zəhərlənib, 5-i dünyasını dəyişib – RƏSMİ

Türkiyənin vitse-prezidenti İrəvanda səfərdədir - VİDEO

Türkiyənin vitse-prezidenti İrəvanda səfərdədir - VİDEO

İranda müharibə zamanı zərər görən 37 minə yaxın bina təmir edilib

İranda müharibə zamanı zərər görən 37 minə yaxın bina təmir edilib

ABŞ-ın ələ keçirdiyi İran gəmisi Pakistana təhvil verildi

ABŞ-ın ələ keçirdiyi İran gəmisi Pakistana təhvil verildi

Bennett: “İrana, Hizbullaha və HƏMAS-a ağır zərbələr endirmişik” - VİDEO

Bennett: “İrana, Hizbullaha və HƏMAS-a ağır zərbələr endirmişik” - VİDEO

Süni intellekt və Braziliyada superkompüter: Okampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu – VİDEO

Süni intellekt və Braziliyada superkompüter: Okampo Bakıya qarşı genişmiqyaslı dezinformasiya kampaniyasını necə qururdu – VİDEO

Ukrayna dronu Moskvada çoxmərtəbəli binaya çırpıldı - VİDEO

Ukrayna dronu Moskvada çoxmərtəbəli binaya çırpıldı - VİDEO

Atasını boğaraq öldürən şəxsdən XƏBƏR VAR

Atasını boğaraq öldürən şəxsdən XƏBƏR VAR

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında İmza Günü keçirmək istəyən müəlliflərin NƏZƏRİNƏ

VI Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında İmza Günü keçirmək istəyən müəlliflərin NƏZƏRİNƏ

End of content

No more pages to load

RADİO