Dövlət Sığorta Kommersiya Şirkəti (“Azərsığorta”) sentyabrın 27-dən Qarabağda aparılan əks-hücum əməliyyatları (Vətən Müharibəsi) zamanı həlak olmuş və yaralanmış hərbçilərə görə ödəniş etməyə başlayıb.
Bu barədə Bizim.Media-ya məlumat verən şirkətin sözçüsü əlavə edib ki, həyatını itirmiş və xəsarət almış hərbi qulluqçularla bağlı artıq “Azərsığorta”ya müraciətlər daxil olur və təmin edilir”.
Xatırladaq ki, hərbi qulluqçular 11 min manat məbləğində sığortalanır.
Bizim.Media