“Airbus H130” helikopteri İndoneziyanın Qərbi Kalimantan ərazisinin Sakadau rayonunda qəzaya uğrayıb.
Bizim.Media xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
İndoneziyanın Milli Axtarış və Xilasetmə Agentliyinin rəhbəri Məhəmməd Syafiinin sözlərinə görə, qəza yeri sıx meşəlik və sərt, təpəlik relyefə malik ərazidə yerləşir.
Onun sözlərinə görə, helikopterdə 6 sərnişin və 2 ekipaj üzvü olmaqla ümumilikdə 8 nəfər olub və onların hamısı həlak olub.
Məlumata əsasən, “Matthew Air Nusantara” şirkətinə məxsus helikopter aprelin 16-da region daxilində yaşayış məntəqələri arasında uçuş həyata keçirib. Bir müddət sonra isə onunla əlaqə kəsilib.
İndoneziya hakimiyyəti helikopterin itkin düşdüyü ehtimal olunan əraziyə 20-yə yaxın xilasedici göndərib. Axtarış-xilasetmə əməliyyatlarına ölkənin hərbi hava qüvvələrinə məxsus helikopter də cəlb olunub.
Bizim.Media