“Neftçilərin ölümü ilə bağlı başsağlığınız dost sözləridir”x9d -Prezident

“Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var”x9d.

Moderator.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 10-da Pekində Çin Xalq Respublikasının Sədri Si Cinpinlə geniş tərkibdə görüşündə deyib.

Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, bu səfər ölkələr arasındakı dostluq münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək:

“Azərbaycanda baş vermiş faciəli hadisələrlə, çoxsaylı neftçinin həlak olması ilə əlaqədar verdiyiniz başsağlığına görə də Sizə təşəkkür etmək istərdim. Sizin başsağlığınız dost sözləridir. Buna görə Sizə təşəkkür edirəm. Bizi möhkəm münasibətlər bağlayır. Biz bir sıra sahələrdə dostlar və tərəfdaşlar kimi əməkdaşlıq edirik. Mən bilirəm ki, Siz bizim ölkəmizə xoş münasibət bəsləyirsiniz. Azərbaycanda Sizi çox yaxşı tanıyırlar, dünyamiqyaslı məsələlərdə oynadığınız rola, həmçinin Azərbaycana xeyirxah münasibətinizə görə Sizi yüksək dəyərləndirirlər.

Qeyd etdiyiniz kimi, keçən il Sizinlə görüşdük və ölkələrimiz arasında münasibətlərin geniş spektrini müzakirə etdik. Bizim Şanxay görüşündən sonra keçən bir il ərzində əlaqələrimiz daha da möhkəmlənib. Bu gün biz münasibətlərimizin gələcək inkişafını müəyyən edəcək bir sıra mühüm sənədlər imzalayacağıq. Onların arasında, əlbəttə, Sizinlə bərabər imzalayacağımız Bəyannaməni xüsusi qeyd etmək istərdim. Həmin Bəyannamə bizim niyyətlərimizi əks etdirir. Biz əlaqələrimizi genişləndirmək, siyasi dialoqu inkişaf etdirmək, beynəlxalq təşkilatlarda fəal əməkdaşlığı bundan sonra da davam etdirmək və iqtisadi əlaqələri möhkəmlətmək istəyirik. İpək Yolu iqtisadi zolağının yaradılması barədə Sizin təşəbbüsünüzü biz Azərbaycanda çox yüksək qiymətləndiririk".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan Prezident İlham Əliyev dövlət başçıları tərəfindən imzalanacaq Birgə Bəyannamədə bu problemin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsasında həll edilməsinin əksini tapmasının önəmli olduğunu vurğuladı. Dövlət başçısı Çinin münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini dəstəklədiyini yüksək qiymətləndirib, ölkənin də “Vahid Çin”x9d prinsipinə dəstək verdiyini deyib.

Terrorizm, təcavüzkar separatizm, ekstremizm kimi təhlükələrlə mübarizədə ölkələrimizin hüquq-mühafizə orqanları arasında əməkdaşlığın önəmini qeyd edən dövlətimizin başçısı Çin şirkətlərinin Azərbaycanda energetika sektorunda fəaliyyət göstərdiyini, ölkəmizin informasiya-kommunikasiya sahəsində əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğunu vurğuladı. Azərbaycanın və Çinin Asiya İnfrastruktur İnvestisiyaları Bankının həmtəsisçiləri olduğunu qeyd edən Prezident İlham Əliyev hökumətlərarası komissiyasının bu yaxınlarda keçirilən görüşünün iqtisadi əməkdaşlığın möhkəmləndirilməsinə öz töhfəsini verəcəyini diqqətə çatdırdı.

Nəqliyyat sahəsində əməkdaşlığa toxunan Prezident İlham Əliyev bildirdi ki, Azərbaycanın Çin ilə Avropa arasında mühüm tranzit dəhlizi rolunu oynaması üçün yaxşı potensial var və ölkəmizdən keçən yol Çin ilə Avropa arasında ən qısa yol ola bilər. Azərbaycanda infrastrukturun yaradılması, nəqliyyat sisteminin təkmilləşdirilməsi istiqamətində çox böyük işlər görüldüyünü deyən dövlətimizin başçısı investisiya qoyuluşu sahəsində əməkdaşlığın genişləndirilməsinin, texnoparklarda Çin şirkətlərinin iştirakının mümkünlüyünü qeyd etdi.

Prezident İlham Əliyev ölkələrimizin BMT-də və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırdı.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ermənistanda dünən ölən hərbçi intihar edib - TƏFƏRRÜAT

Ermənistanda dünən ölən hərbçi intihar edib - TƏFƏRRÜAT

Fitso Avropaya səsləndi: “Ukraynaya silah vermək əvəzinə...”

Fitso Avropaya səsləndi: “Ukraynaya silah vermək əvəzinə...”

Çaya yıxılan 57 yaşlı kişi xilas edildi

Çaya yıxılan 57 yaşlı kişi xilas edildi

Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər

Xaricdə təhsil alanların NƏZƏRİNƏ: Möhlət hüququ ilə bağlı qanunvericilikdə dəyişiklik edilə bilər

Vatikan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında – FOTO

Vatikan nümayəndə heyəti Azərbaycan Milli Kitabxanasında – FOTO

Şəkidə SEL: Bir neçə kəndin yolu bağlandı

Şəkidə SEL: Bir neçə kəndin yolu bağlandı

Ceyhun Bayramov Hakan Fidanla regiondakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Ceyhun Bayramov Hakan Fidanla regiondakı vəziyyəti MÜZAKİRƏ ETDİ

Tahir Abdullayevdən qələbə ŞƏRHİ

Tahir Abdullayevdən qələbə ŞƏRHİ

Parisdə podiuma çıxan Bekhemin oğlundan cəsarətli GÖRÜNTÜ - FOTO

Parisdə podiuma çıxan Bekhemin oğlundan cəsarətli GÖRÜNTÜ - FOTO

İran PUA-ları Bəhreyn ərazisinə HÜCUM ETDİ

İran PUA-ları Bəhreyn ərazisinə HÜCUM ETDİ

Əfqanıstanda güclü zəlzələ oldu

Əfqanıstanda güclü zəlzələ oldu

Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK

Avtobusda ödəniş etməsəniz, sürücü CƏRİMƏLƏNƏCƏK

Ədalət Şükürov bağında qonaqlıq verdi - FOTO

Ədalət Şükürov bağında qonaqlıq verdi - FOTO

Bakıda 64 yaşlı kişi hərbi xidmətə ÇAĞIRILDI

Bakıda 64 yaşlı kişi hərbi xidmətə ÇAĞIRILDI

Tahir Abdullayev UFC turnirində qələbə qazandı - VİDEO

Tahir Abdullayev UFC turnirində qələbə qazandı - VİDEO

Portuqaliya millisindən duyğusal jest – VİDEO

Portuqaliya millisindən duyğusal jest – VİDEO

İkinci qəbul imtahanı asan olmayacaq - AÇIQLAMA

İkinci qəbul imtahanı asan olmayacaq - AÇIQLAMA

Bir gündə itkin düşən 11 nəfər tapıldı

Bir gündə itkin düşən 11 nəfər tapıldı

Bakıdakı UFC turniri START götürdü

Bakıdakı UFC turniri START götürdü

İsa Həbibbəylinin müzakirə yaradan videosu barədə AMEA-dan AÇIQLAMA - VİDEO

İsa Həbibbəylinin müzakirə yaradan videosu barədə AMEA-dan AÇIQLAMA - VİDEO

Azərbaycan Ordusu gücünə görə dünyada NEÇƏNCİDİR?

Azərbaycan Ordusu gücünə görə dünyada NEÇƏNCİDİR?

9-cu sinif şagirdi vəfat etdi

9-cu sinif şagirdi vəfat etdi

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Hərbi xidmətdən yayınanları bu CƏZALAR GÖZLƏYİR

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

Qazaxda kişi arvadını yuxudan oyadıb 10 dəqiqə döydü - Səbəbi və cəzası...

End of content

No more pages to load

RADİO