Moderator.az xəbər verir ki, Millət vəkili Əli Məsimli “Günəşli”x9d yatağındakı baş vermiş faciə ilə əlaqədar başsağlığı verib:
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Günəşli”x9d yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş dəhşətli qəza nəticəsində insan tələfatı səbəbindən üzüldüyümü bildirir, həlak olanlara Tanrıdan rəhmət diləyir, onların əzizlərinə, yaxınlarına dərin hüznlə baş sağlığı verirəm. Yaralılara Allahdan şəfa diləyirəm”x9d.
Qeyd edək ki, dekabrın 4-də Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli”x9d yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində bir nəfər həlak olub, 33 nəfər xilas edilib. İtkin düşən 29 nəfərin axtarışı davam edir.