Vətənimiz üçün daha bir uğura imza atdıq.xa0
“Aşıq Şəmşir”x9d Mədəniyyət Ocağı İctimai Birliyi UNESCO-da məsləhətçi statusu qazandı.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Qurbanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevaya Azərbaycan mədəniyyətinin inkişafına verdiyi dəstəyə və YUNESKO ilə əlaqələrimizin yüksək xətlə davam etdirilməsinə görə "Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin çox saylı üzvləri adından minnətdarlığını bildirir.xa0
Xəbər verdiyimiz kimi, noyabrın 30-dan dekabrın 4-nə qədər Namibiyanın paytaxtı Vindhuk şəhərində UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin 10-cu sessiyası keçirilib. Beş gün davam edən müzakirələrdə Azərbaycan üçün əhəmiyyətli qərarlar qəbul edilib.xa0
Dekabrın 2-də keçirilən müzakirələrdə Azərbaycan tərəfindən təqdim olunan “Lahıc misgərlik sənəti”x9d nominasiyası UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısına daxil edilib.xa0
Bugün UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsi Azərbaycanın QHT ictimaiyyəti, xüsusilə də mədəni irsimizin qorunması və təbliği istiqamətində fəaliyyət göstərən QHT-lər üçün örnək təşkil edən qərar qəbul edib.xa0
Komitə “Aşıq Şəmşir”x9d Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiya üçün müraciətinə müsbət rəy verib, İctimai Birliyin müraciət faylının Konvensiyanın tələblərinə cavab verdiyinə dair qərar qəbul edib və Baş Assambleyaya İctimai Birliyin akkreditasiyadan keçirilməsini tövsiyə edib.
Akkreditasiyadan keçən təşkilatlar UNESCO-da məsləhətçi status qazanır və UNESCO ilə dünyada mədəni irsin qorunması istiqamətində sıx əməkdaşlıq edir.xa0
Qeyd edək ki, Hökumətlərarası Komitənin 10-cu sessiyasında qəbul edilən qərarlar 2016-cı ilin iyununda UNESCO-ya üzv dövlətlərin Baş Assambleyasında təsdiq edildikdən sonra qüvvəyə minəcək.
Azərbaycan Prezidenti İlham Əliyevin və Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri millət vəkili Mehriban xanım Əliyevanın səyləri nəticəsində bugünə qədər Azərbaycanın muğam ifaçılıq sənəti, aşıq sənəti, tar ifaçılıq sənəti və digər mədəniyyət nümunələri YUNESKO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil edilib.
"Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin UNESCO-da akkreditasiyadan keçməsi bizə imkan verəcək ki, işğal altında olan ərazilərimizdə dağıdılmış mədəni irs və abidələrimiz haqqında məlumatları dünya ictimaiyyətinə çatdıraq, Azərbaycanın haqlı mövqeyini UNESCO tərəfindən təşkil edilən beynəlxalq forumlarda müdafiə edək və Azərbaycan mədəniyyətini dünyada layiqincə təmsil edək.