"Hərbçilərin və xüsusi xidmət orqanları əməkdaşlarının xidmət müddəti artırıla bilər"

Üzeyir Cəfərov: “24 saat ekstremal vəziyyətdə çalışan hərbi qulluqçuların xidmət müddətinin artırılması doğru addım deyil”x9d

Dövlət Sosial Müdafiə Fondunda hüquq-mühafizə orqanlarında və orduda xidmət müddətinin artırılması ilə bağlı müzakirələr gedir. Bu barədə “Azadlıq”x9d qəzetinin iddialarına görə, bu məsələ “Əmək pensiyaları haqqında» Qanuna dəyişikliklər layihəsində öz əksini tapıb və müvafiq nazirliklər layihəni baş nazirə təqdim ediblər. Layihəni əldə edən “Azadlıq”x9d qəzeti orada nəzərdə tutulan dəyişiklikləri açıqlayıb.

Qəzet yazır ki, maliyyə böhranına görə hüquq-mühafizə orqanlarında və orduda xidmət müddətinin 5-10 il civarında artırılması, başqa bir məlumata görə isə 25 ilə çatdırılması  nəzərdə tutulur. Belə ki, dəyişiklik qəbul edilərsə, hazırda prokurorluq orqanlarında azı 25 il qulluq etmiş prokurorluq işçiləri yaşa görə əmək pensiyasına çıxa bilirsə, o müddət artırılaraq, 35 ilə çatdırılacaq. 

Hazırda 25 il və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını prokurorluq orqalarında qulluq etmiş şəxslər əmək pensiyasına çıxa bilirsə, dəyişikliyə görə, bu müddət 17 il 6 aya qaldırıla bilər. Qanuna görə, hərbi xidmətdən buraxılanadək 20 il və daha çox hərbi xidmət etmiş qulluqçular əmək pensiyasına çıxa bilərlər. Dəyişiklikdə isə bu 20 ilə daha 10 ilin də artırılması təklif olunur. Qəzetin iddialarına görə, digər xüsusi xidmət orqanlarında çalışan şəxslərin stajının artırılması da nəzərdə tutulur. 

Mətbuatda səslənən iddialara cavab verən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev bildirib ki, hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin güzəştli şərtlərlə pensiyaya çıxması üçün tələb olunan xidmət müddətinin 30 ilə qaldırılması nəzərdə tutulmur. "APA-Economics"ə açıqlama verən DSMF sədri qeyd edib ki, bu təklif ilkin mərhələdə nəzərdən keçirilən müxtəlif variantlardan biri idi və hazırda müzakirə olunmur.  

DSMF sədri Elman Mehdiyev eyni zamanda islahat tədbirləri çərçivəsində demoqrafik göstəricilərin, o cümlədən, ömür uzunluğu göstəricisinin pensiya sisteminə təsirinin tənzimlənməsi zəruriliyini önə çəkərək bildirib ki, hazırda silahlı qüvvələrdə və daxili işlər orqanlarında çalışan hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsi nəzərdən keçirilir: "Təklif qəbul edilərsə, bu qaydalar pensiyaya çıxmış şəxslərə şamil edilməyəcək və onların pensiyası gələcəkdə yenidən hesablandıqda təyinat tarixinə tətbiq olunmuş əvvəlki qayda tətbiq ediləcək. Buna görə də təyin olunmuş pensiyaların gələcəkdə məbləğinin dəyişməsi barədə narahatçılığa heç bir əsas yoxdur".

Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərin güzəştli pensiya təminatı üçün tələb olunan xidmət müddətinin 25 ilə çatdırılması məsələsinə münasibət bildirən hərbi ekspert Üzeyir Cəfərov musavat.com-a açıqlamasında bildirdi ki, bu dəyişiklik qəbul olunsa, çox böyük müzakirələrə səbəb olacaq: “Hərbi qulluqçular və xüsusi strukturların nümayəndələri hərbi xidmət müddətinin 25 ilə qaldırılmasını birmənalı qarşılamayacaqlar. Əgər, bu, reallaşacaqsa, həm hazırda hərbi xidmətdə olan, həm də gələcəkdə hərbçi peşəsini seçmək istəyən insanlar tərəfindən çox ağrılı qəbul olunacaq və bunun fəsadları olacaq.
 
Hərbi xidmət müddəti həm tibbi baxımdan, həm də hərbinin xüsusiyyətləri nəzərə alınmaqla, 20 il müddətinə hesablanmışdı. Birdən-birə bunun 25-30 ilə qaldırılması söhbəti ortaya atıldı. Azərbaycanda bu cür hallar olur ki, əvvəl ideyanı verirlər, cəmiyyətdə eksperiment formasında sınaqdan keçirirlər, sonra isə özünü doğrultmadıqda bundan imtina edirlər. Məsələn, Müdafiə Nazirliyinin yeni rəhbərliyinin müddətdən artıq xidmət edənlərlə bağlı təşəbbüsü çox gözəl təşəbbüs, çox lazımlı addım idi. Sonrada onlardan bəziləri özlərini doğrultmadı və indi həmin məsələdə korrektələr həyata keçirilir”x9d. 

Hərbi ekspertin fikrincə, 25 il məsələsi həm xidmətdə olan, həm də bu peşəni seçmək istəyən insanlar üçün bir çəkindirici amil olacaq: “Sabah hərbçi peşəsinə keçmək istəyən adam bir qədər fikirləşməli olacaq və bu da hərbiyə gələnlərin sayını azaldacaq. Bunun əvəzində sosialyönümlü digər qanunların icrasına nəzarət etsinlər. Məsələn, hərbi qulluqçuların və xidmətdən ehtiyata buraxılmış şəxslərin qanunla mənzil hüququ olsa da, Azərbaycanın icra strukturları bunu icra etmirlər, bəhanələr gətirirlər ki, bizim torpaq sahəmiz yoxdur və sair”¦
 
Bu 25 il məsələsi insanlar arasında narahatlığa səbəb olur və bununla bağlı bizə də müraciət edirlər. Mən istəməzdim ki, bu məsələ reallaşsın və isti kabinetlərdə oturan məmurlar cəbhənin ön xəttində xidmət edən hərbi qulluqçuların haqqında belə qərar versinlər. Bu qərar onlara pis təsir edəcək və mənfi əhval-ruhiyyə yaradacaq. Bu təklif verilsə də məntiqli bir əsaslandırması yoxdur. Əgər söhbət ömür uzunluğu göstəricisinin artmasından gedirsə, mən hesab edirəm ki, əksinə, hazırda qidaların keyfiyyətsizliyi, ekoloji çirkli mühit və sair insan ömrünün qısalmasına gətirib, çıxarır.

Hərbi xidmət dedikdə, son dərəcə ağır iş rejimindən söhbət gedir. Bu insanlar sutkanın 24 saatında ayaq üstə ağır rejimdə xidməti vəzifələrini yerinə yetirirlər. Əgər, bu addım atılacaqsa, mənfi nəticələri müsbətdən daha çox olacaq”x9d. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

ABŞ-da ticarət mərkəzində kütləvi ATIŞMA: hamı təxliyə edildi

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

TRAMP bu danışıqlarda iştirak edəcək - səfirləri ŞƏXSƏN qarşılayacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

İsrail-Livan danışıqlarında YENİ MƏRHƏLƏ: İkinci raund Ağ Evdə olacaq

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Şəbnəm qızının yol hərəkəti qaydalarını pozmasından DANIŞDI: “Videonu mən çəkmişdim” - VİDEO

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Gəncədə dəm qazından zəhərlənmə ilə bağlı DETALLAR: Adlar məlum oldu

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

Bəqayi: İranın nüvə bombası 20 illik qondarma bir XƏYALDIR

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

60 yaşı olan Xalq artisti qızı ilə bağlı arzusundan yazdı

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

“Abşeron Lions” “Neftçi”yə qalib gəldi

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

İranlı diplomatdan diqqətçəkən AÇIQLAMA: İran QALİBDİR

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Gəncədə dəm qazından ZƏHƏRLƏNMƏ: ölən var

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

Tramp: "İrana nə edirəmsə, yaxşı nəticə verir"

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

«Beşiktaş”dan İtaliya klubuna 15 milyonluq təklif

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Səhər qəhvəsini faydalı edəcək TƏRKİB

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Maksimum bal toplayan BƏXTİYAR: harda oxumaq istədiyindən DANIŞDI

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Ermənistanda TÜRKİYƏ BAYRAĞI yandırıldı: Paşinyan DƏRHAL reaksiya verdi - VİDEO

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

Tehran HHM sistemlərini işə SALDI - Hücum təhlükəsi var?

"Yeşilçam"ın "Afrodita"sı 17 yaş kiçik şəxslə evlənir

"Yeşilçam"ın "Afrodita"sı 17 yaş kiçik şəxslə evlənir

Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

Gürcüstanın sabiq müdafiə naziri HƏBS EDİLDİ - 10 il müddətinə...

İranın nümayəndəsi GÜLÜŞ HƏDƏFİ oldu: İngilis dilindəki danışığına görə... - VİDEO

İranın nümayəndəsi GÜLÜŞ HƏDƏFİ oldu: İngilis dilindəki danışığına görə... - VİDEO

300 bal toplayan Burlaxatının ailəsində İKİQAT SEVİNC

300 bal toplayan Burlaxatının ailəsində İKİQAT SEVİNC

Timatidən ona qarşı sanksiyaya CAVAB: "Vecimə də deyil!"

Timatidən ona qarşı sanksiyaya CAVAB: "Vecimə də deyil!"

Aktyordan sərt TƏNQİD: “Əyləncə adı altında biabırçılığı təbliğ edirsiniz!” - VİDEO

Aktyordan sərt TƏNQİD: “Əyləncə adı altında biabırçılığı təbliğ edirsiniz!” - VİDEO

Bakıda 30 il öncə törədilən qətlin TƏFƏRRÜATI - VİDEO

Bakıda 30 il öncə törədilən qətlin TƏFƏRRÜATI - VİDEO

Binaların aşağı mərtəbələrində yaşamaq sağlamlığa ziyandır - Səbəbi TƏƏCCÜBLƏNDİRƏCƏK

Binaların aşağı mərtəbələrində yaşamaq sağlamlığa ziyandır - Səbəbi TƏƏCCÜBLƏNDİRƏCƏK

End of content

No more pages to load

RADİO