"Lex Kacinski faciəsi-Cəhənnəmə eniş" -FOTO

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, müstəqil araşdırmaçı və hüquqşünas İlqar Altay Polşa prezidenti Lex Kaçinskinin ölümü ilə bağlı aprdığı uzunmüddətli araşdırmanın nəticəsini “Hürriyyət”x9d qəzeti və Moderator.az saytına təqdim edib. İ.Altayın çoxsaylı fakt və  inkaredilməz dəmir məntiq əsasında yazdığı bu qiymətli araşdırmanı oxucularımıza təqdim edirik.

 

Lev Kaçinskinin ölümü və 5 illik müəamma

 

2010-cu ilin ən ağır faciəsinin, Polşa prezidenti Lex Kaçinski təyyarəsinin Rusiyanın Smolensk səmasındakı qəzasının 5-ci ildönümü tamam oldu. Bütün sivil dünya Polşa prezidenti, onun xanımı, dövlət rəhbərliyi də daxil olmaqla 96 şəxsin faciəli ölümünü Polşa xalqı ilə bölüşür. İldönümü ətrafında Rusiya və Polşa istintaq komissiyalarının daha yeni fərqli nəticələri ortaya atılır.

 

Rusiya qəza ilə bağlı məsuliyyətdən imtina edir

 

Polşa prezidenti də daxil olmaqla dövlətin rəhbər şəxslərinin təyyarə qəzasının üstündən 5 il keçməsinə baxmayaraq, bu iş müəmmalı qalır. Bu faciəni araşdıran Polşa və Rusiyanın istintaq komissiyaları vahid nəticəyə gələ bilmirlər, mübahisəli durum qalır. Səbəb nədir?

Səbəb, itkinin, faciənin böyüklüyündə və bu məsuliyyəti üzərinə götürmək narahatçılığındadır. 2010-cu ildə Polşa kimi böyük bir dövlətin prezidenti başda olmaqla, dövlətin əksər rəhbər elitası təyyarə qəzasında həlak olub. Bir dövlətin başına gələ biləcək ən ağır tarixi hadisədir. Qəza həm də, başqa bir dövlətin, Rusiyanın ərazisində səfər zamanı baş verdiyi üçün məsələ ziddiyyətlidir. Ziddiyyət ondadır ki, Polşa tərəfi qəzada ağır hava şəraitindəki enişdə öz təyyarə ekipajının günahı oldugunu qəbul edir, amma Smolensk aeroportu dispetçer idarəçiliyinin, yəni Rusiya tərəfinin də günahı olmasını iddia edir. Rusiya tərəfi isə, bu faciədə hər hansı günahı üzərindən atır, qismən də olsa məsuliyyət götürməkdən imtina edir. Bütün məsuliyyət yükünü Polşa tərəfinin üzərinə qoymaq istəyir.  

 

Dövlətlərarası Aviasiya Komitəsi və Moskvadan gələn sifariş

 

Təəccüblüdür ki, eyni bir təyyarə qəzasının araşdırılmasını iki qonşu dövlət ayrılıqda aparır. Maraqlıdır, niyə?


Bu sual əslində Rusiya rəhbərliyinə ünvanlanmalıdır. Bu qəzanın əvvəlindən işin araşdırılmasını birgə komissiya aparmalı idi. Ancaq Rusiya ilk əvvəldən bu araşdırmaya xüsusi ehtiyatla yanaşıb. Onu Dövlətlərarası Aviasiya Komitəsi (rusca-MAK) adlanan quruma tapşırdı və Polşa tərəfindən bir-iki nümayəndə müşahidəçi qismində cəlb edildi. Komitənin işi isə, Rusiya Prokurorluğu və İstintaq Komitəsinin istintaqı nəzdində aparıldı. Hadisə yerindən götürülən bütün dəlil sübutlar, şahidlər Rusiya tərəfdə qaldı. Və yalnız, 6 aydan cox araşdırmadan sonra Rusiya tərəfi öz yekun nəticəsini elan etdi. Dövlətlərarası Aviasıya Komitəsi-DAK (MAK) bəzən Beynəlxalq Aviasiya Komitəsi kimi səslənir. Ancaq rəsmi adından da göründüyü kimi bu, yalnız 11  postsovet respublikası arası təşkilatdır. 1991-ci ildə yaradılıb, MDB məkanında aviasiya hadisələrini araşdırır. Həmin Komitə Moskvada yerləşir, rusiyalı mütəxəssislərdən ibarətdir və Moskvanın da istək və tapşırıqları üzrə fəaliyyət göstərir. Bu komitənin fəaliyyətini dəqiq təhlil etsək, onun bu illərdəki işi Rusiya istehsalı olan təyyarələrin defekt və nasazlığını ört-basdır etmək və qəzalarda günahı ya insan (ekipaj), ya da hava şəraiti faktorunun üzərinə yönəltmək olub. Nə olur-olsun, Rusiyanın aviasiya texnikasının imici  qorunsun.

 

Dispetçer məntəqəsinə təzyiq

 

Bu barədə müstəqil araşdırma aparıb, müxtəlif səfərlər etmiş şəxs kimi Lex Kaçinski təyyarəsi qəzasında əsas səbəbi nədə görürəm?


Belə qənaətdəyəm ki, Lex Kaçinski və onun rəhbərlik etdiyi dovlət rəhbərliyi elitası Polşa və Rusiya dövlət hakimiyyətləri arasındakı siyasi ziddiyyətin qurbanı olub. Bunu yəqin etmək  üçün məsələnin texniki tərəfindən siyasi tərəfinə doğru getmək lazımdır. 10 aprel 2010-cu ildə kəskin dumanlı şəraitdə prezident təyyarəsini idarə edən ekipajın səhvi və pilot kabinəsinə girib onun işinə müdaxılə edən yüksək ranqlı dövlət nümayəndələrinin günahı var, bu danılmaz həqiqətdir.  Ancaq burada məsələnin daha böyük günah yüklü Rusiya tərəfi var. Yaxınlarda Polşa tərəfinin istintaq komissiyası öz açıqlamasında qəzada polşalı pilotlarla bərabər rusiyalı dispetçerlərin də günahını qeyd edib. Ancaq mən düşünürəm ki, Polşa tərəfin bu açıqlaması da yarımçıqdır. Çünki dərin araşdırmada, həmin şəraitdəki qərar qəbulunda rusiyalı dispetçerlərin işinə də mütəmadi olaraq “yuxarıdan”x9d, komandanlıq və Moskvadan daima təsir və təzyiq olunduğu məlum olur. Bu isə, aviasiyada yolverilməzdir. Yəni, şübhələr Rusiya tərəfin daha yuxarı qatlarına yönəlir. Görünür ki, Polşa tərəfi indiki Ukraynaətrafı ziddiyyətli bir dövrdə Rusiya ilə münasibətləri daha da kəskinləşdirmək istəmir. 


Bu qəzada aeroport dispetçerləri və ümumiyyətlə Rusiya tərəfinin baiskarlığını nə dərəcədə qiymətləndirərmək olar?

 

“Özünüz baxın, istəyirsiniz enin, istəmirsiniz, yox!”x9d

 

Dumanlı hava şəraitində təyyarənin enmə idarəçiliyi aeroportdakı dispetçer komandası üzərinə düşür. Yəni, təyyarə tamamilə dispetçerin hərəkət və ya hərəkətsizliyindən asılı qalır. Təyyarəni isə, məhv etmək üçün mütləq deyil ki, onu “Buk”x9d tipli raketlə, ya qırıcı təyyarə ilə vurub salasan. Bilirsiniz, dinc məqsədlə yaradılmış sərnişin təyyarəsinin özü bəzən dəhşətli bombaya çevirlir. Bunun üçün onun sadəcə təyinatını zərərli tərəfə yönəltmək lazımdır. Bunu isə ya pilotlar, ya da görünməz havada şəraitində yerdəki idarəçi dispetçerlər, ya bilərəkdən, ya da səhlənkarlıqdan edə bilər. Dispetçer idarəçiliyində sərbəst qərarverməyə hətta, yuxarı komandanlıqdan belə, hər hansı kənar müdaxilə maneçilikdir və qəti yolverilməzdir. Nəzərə alaq ki, Smolensk aeroportu hərbi statusludur, dispetçer və bütün qulluq personalı hərbçidirlər, onlarin həmin qəza anında bütün fəaliyyətinin hərbi komandanlığın və oradan da Moskvanın nəzarəti və diktəsi altında aparılması faktlarla təsdiq olunur. Dispetçer heyəti Kaçinski təyyarəsinin eniş idarəçiliyində real şəraitlə komandanlıq təzyiqi arasındakı sıxıntıda qalmışlar. Öz qətiyyətsizlikləri və inamsızlıqları ilə əvvəlcə, pilotları çaş-baş salmışlar. Və sonda çətin, görünməz dumanlı şəraitdə “yuxarıdan”x9d gələn etinasız əmrə əsasən prezident təyyarəsi pilotlarına aviasiya tarixində görünməmiş absurd qərarlarını söyləmişlər: “Özünüz baxın, istəyirsiniz enin, istəmirsiniz, yox!”x9d.  Bunu mən özüm, araşdırmam zamanı smolenskdəki həmin “Severniy”x9d adlı aeroport yerləşən hərbi şəhərcikdəki əlaqəli hərbçi zabitlərlə söhbətimdə yəqin etdim.

 

Dəvətsiz qonaq və bunu həzm edə bilməyən Putin

 

Faciənin səbəbi kimi həmin dövrdə Polşa və Rusiya rəhbərliyi arasındakı kəskin ziddiyyətdə daha konkret səbəb nədən ibarət idi? 


Moskva, daha konkret, Putin həmin zaman Kaçinskinin Smolenskə səfərinin qəti əleyhinə idi. Niyə? Putin Konstitusiyaya uygun, prezidentliyi müvəqqəti Medvedyevə vermişdi. Prezidentlik üçün bərk darıxırdı. Baş nazir vəzifəsində olsa belə, hərdən ölkənin birinci şəxsi kimi manevrlər edir, Rusiya və dünya ictimaiyyəti gözündə qalmaq istəyirdi. Bəzən prezidentə aid tədbirləri özü aparırdı. 1940-cı ildə SSRİ NKVD-si tərəfindən Smolensk yaxınlığındakı Katın kəndi ərazisində qətlə yetirilmiş minlərlə polşa zabitinin faciəsinin 70 illiyinin anımı kimi yüksək tədbiri də özü aparmaq fikrinə düşdü. Belə bir yüksək tədbir hər iki ölkənin prezidenti tərəfindən aparılmalı idi. Ancaq, Putin baş nazir olaraq tədbiri Polşanın o zamankı baş naziri Tuskla aparmaga qərar verdi, onu dəvət etdi. Digər tərəfdən, o dövrdə əsl barışmaz demokrat Lex Kaçinski artıq, Putinin apardığı siyasət əleyhinə kəskin çıxışlar edirdi. 2008-ci ildə Rusiya hərbisinin Gürcüstana hücumu zamanı Saakaşvilini açıq dəstək üçün xüsusi reyslə Tiflisə gəlmişdi. O zaman baş nazir Tuskla Kaçinski arasında həm də bir soyuqluq vardı. Görünürdü ki, Tusk Rusiyaya, Smolenskə səfərini prezidentlə heç də, razılaşmadan etmişdi. Çünki, Putin-Tusk birgə Katın yadetmə mərasimindən bir neçə gün sonra prezident Kaçinski qəflətən, dəvətsiz, qeyri-rəsmi olaraq bütün Polşa rəhbərliyi elitasını götürüb Smolenskə, Katın faciəsinin yadetməsinə gəldi. Görünürdü ki, Polşanın vacib milli-mənafe səviyyəli tədbirindən kənarda qalması Kaçinski kimi səmimi vətənpərvər prezidentə bərk toxunmuşdu. Belə bir hal, dövlətlərarası münasibətlərdə görünməyən təəccüblü bir hadisə idi. Təbii ki, Kaçinski prinsipiallığı və inadkarlığı hikkəli Putində qıcıq yaratmalı idi. Və Kaçinski onun gözündə, onun hakimlik etdiyi məkana dəvətsiz, icazəsiz özbaşına gələn, onun bir neçə gün əvvəlki dövlətin yüksək şəxsləri adından keçirtdiyi təntənəli tədbirini heçə endirən arzuedilməz şəxs idi. Hətta, prezident Medvedyev belə, Putinin təzyiqi altında qalaraq Moskvadan cəmisi 300 km aralıdakı Smolenskə gəlib, qonşu ölkənin prezidentini qarşılamağa cürət etməmişdi. Görün indi, yazıq Smolensk aeroportu hərbçi dispetçerləri və onların hərbi rəhbərləri hansı “kapriz”x9d və hikkə təzyiqi altında olublar!

 

Nəticə

 

Polşa prezidentini qəbul edən dispetçer komandası daimi təzyiq və qorxu altında, çaşqın və qeyri-müəyyən vəziyyətdə olub. Dispetçerlər və aeroportun rəhbərliyi Moskva tapşırıqları icrası ilə hərəkət etməklə, təyyarəni qəbul etməkdə qəti son qərara sahib ola bilməyiblər və pilotları da anlaşılmaz çaşqın bir vəziyyətə salıblar. Moskvanın sonradan iddia etdiyi kimi, dispetçerlərin guya pilotlara hava şəraitinə görə əlavə ehtiyat aeroporta enmə təklif etməsi və pilotların tabesizlik göstərərək mütləq enmə cəhdi absurddur. Aviasiya tarixində ola bilməz ki, qəbul edən aeroport qəti “yox”x9d dediyi halda təyyarə bunu iqnorə edib eniş etsin. Belə şey ola bilməz! Hətta açıq hava şəraitində belə, təyyarə qəbul edilmə razılığı olmadan hava limanına eniş edə bilməz. Mümkün deyil bu. Yaxın günlərdə Məkkəyə ümrə ziyarətinə gələn İranlı zəvvarlarla dolu təyyarənin son anda Ciddə hava limanına enişinə Səudiyyə Ərəbistanı icazə verməyib. Təyyarə dönüb, qayıdıb. Bu bir misal deyil, bu bir qanundur, labüdlükdür.


Lex Kaçinski təyyarəsi enişin mümkün olmadığı çətin dumanlı hava şəraitində, son eniş anına qədər yaxına gətirilərək, ən son anda pilotlara “özünüz qərar verin”x9d deyilərək talenin ümidinə buraxılmışdır. Bu nə deməkdir? Bu, arzuedilməz prezident təyyarəsinin oynadılıb, çaşdırılıb, tələyə salınlb məhv edilməsi və sonra, tamamilə sudan quru çıxılması üçün, xüsusi xidmət orqanlarından ötrü əla təxribat metodudur. Tər-təmiz işdir və bu metodda heç, “BUK”x9d yer-hava raketinə, beynəlxalq qınaq və skandallara da ehtiyac yoxdur. Vəssalam.  


PS.Təqdim edilən fotolar araşdırma müəllifinə məxsusdur. 

-FOTO" src="//old.moderator.az/fotobaza/original/4869.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/4870.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/4871.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/4872.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/4873.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/4874.jpg">
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

5 dəqiqəyə adamı yatızdıran ÇAY

5 dəqiqəyə adamı yatızdıran ÇAY

Rusiyada azərbaycanlı tələbəni sosial şəbəkədə təhqir edən müəllim İŞDƏN ÇIXDI

Rusiyada azərbaycanlı tələbəni sosial şəbəkədə təhqir edən müəllim İŞDƏN ÇIXDI

Yamal dünya çempionatının ilk oyunlarını buraxa bilər

Yamal dünya çempionatının ilk oyunlarını buraxa bilər

Krala hansı yeməklər təqdim olunub? - Nə hamburger, nə kartof qızartması...

Krala hansı yeməklər təqdim olunub? - Nə hamburger, nə kartof qızartması...

Mingəçevirdə möhtəşəm açılış mərasimi: "Prezident Kuboku-2026" başlayır - FOTO

Mingəçevirdə möhtəşəm açılış mərasimi: "Prezident Kuboku-2026" başlayır - FOTO

Sürücülərin NƏZƏRİNƏ: İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

Sürücülərin NƏZƏRİNƏ: İçərişəhərdə nəqliyyatın hərəkəti məhdudlaşdırılır

İmtahanda uğursuzluğun gizli SƏBƏBİ – Stressin idarə olunmasında QIZIL QAYDALAR

İmtahanda uğursuzluğun gizli SƏBƏBİ – Stressin idarə olunmasında QIZIL QAYDALAR

İranda fəaliyyəti bərpa edilən hava limanlarının ADI AÇIQLANDI

İranda fəaliyyəti bərpa edilən hava limanlarının ADI AÇIQLANDI

Xaçmazda "tiktoker" HƏBS OLUNDU - FOTO

Xaçmazda "tiktoker" HƏBS OLUNDU - FOTO

Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO

Azərbaycan və Monteneqro XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirildi - FOTO

Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı YENİLİK

Dövlət məktəblərində yuxarı sinif şagirdləri ilə bağlı YENİLİK

İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb - Paylaşımına görə...

İran səfiri Böyük Britaniya XİN-ə çağırılıb - Paylaşımına görə...

Ukrayna Aİ-dən veriləcək 90 milyard avronu nəyə xərcləyəcək? - SİYAHI

Ukrayna Aİ-dən veriləcək 90 milyard avronu nəyə xərcləyəcək? - SİYAHI

İkinci Liqa: Liderlərin oyununda heç-heçə

İkinci Liqa: Liderlərin oyununda heç-heçə

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı - HƏBS edildi - VİDEO

Avtoxuliqanlıq edib videosunu “TikTok”da paylaşdı - HƏBS edildi - VİDEO

İtaliya Avropa Çempionatına ev sahibliyi etməkdən məhrum edilə bilər

İtaliya Avropa Çempionatına ev sahibliyi etməkdən məhrum edilə bilər

Son sutkada və bu vaxtadək Livanda ölənlərin SAYI

Son sutkada və bu vaxtadək Livanda ölənlərin SAYI

Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara təəccüb edirəm"

Məşhur meyxanaçının qızı "Beniz"in məhkəməsində ifadə verdi: "Adımdan yazılanlara təəccüb edirəm"

Prezident ailəsinin Qəbələdən səmimi FOTOSU

Prezident ailəsinin Qəbələdən səmimi FOTOSU

Diaspor təşkilatları Nyu-York merinə etiraz olaraq Donald Trampa MÜRACİƏT ETDİ

Diaspor təşkilatları Nyu-York merinə etiraz olaraq Donald Trampa MÜRACİƏT ETDİ

Hörmüz boğazında növbə gözləyən GƏMİLƏRİN görüntüləri yayıldı - VİDEO

Hörmüz boğazında növbə gözləyən GƏMİLƏRİN görüntüləri yayıldı - VİDEO

“Gözlərə nur bəxş edən alim” - Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir - FOTO

“Gözlərə nur bəxş edən alim” - Akademik Zərifə Əliyevanın anadan olmasının 103-cü ildönümünə həsr edilmiş tədbir - FOTO

Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə nələri müzakirə etdi? - FOTO

Ceyhun Bayramov BƏƏ dövlət naziri ilə nələri müzakirə etdi? - FOTO

Tramp: “Həmişə Bukingem sarayında yaşamaq istəmişəm”

Tramp: “Həmişə Bukingem sarayında yaşamaq istəmişəm”

End of content

No more pages to load

RADİO