XIII əsrdə yaşamış böyük Azərbaycan alimi Nəsirəddin Tusidən ayrı-ayrı illərdə Nyuton, Kepler, Leybnits, Paş kimi alimlər çox yararlanıb. Amma məşhur rus alimi Laboçevski kimi heç kəs Tusidən sui-istifadə etməyib.xa0
Moderator.az bu sui-istifadənin tarixçəsinə nəzər salaraq, Tusidən oğurlanan elmi ideya əsasında yaradılan yeni nəzəriyyə haqqında danışacaq:
xa0
Böyük alimimiz Mirzə Kazım bəy Sankt - Peterburqda çalışan zaman Laboçevski ondan yerlisi olan alim- Nəsirəddin Tusinin əsərlərini xahiş edir. Şərqşünas alim Mirzə Kazım bəy onun xahişini yerə salmır. Tusinin bir neçə əsərini riyaziyyatçıya təqdim edir. Həmin əsərlərin arasında Azərbaycan elm tarixinin ilk çap kitabı hesab edilən “Təhriri- Öqledis”x9d əsəri də var idi. “Təhriri-Öqledis”x9d antik yunan filosof, astronom və riyaziyyatçısı Evklidin əsərlərinin şərhi əsasında yazılmışdı. Əsərin adı “Evklidin şərhi”x9d olsa da, Tusi yalnız şərhlərlə kifayətlənməmişdi. Onun riyazi nəzəriyyələrinə əks olan başqa bir nəzəriyyə ortaya qoymuş, bir növ Qeyri-Evklid həndəsəsi ideyasını ərsəyə gətirmişdi.xa0
Lakin çox təəssüflər olsun ki, Laboçevski Mirzə Kazım bəyin bəxşişindən yararlanaraq o əsərdəki ideyaları öz adına çıxarmış və riyaziyyatda qeyri-evklid həndəsəsi adlanan predmetin “əsasını qoymuşdu”x9d.xa0
Çox təəssüflər olsun ki, bu gün də dünyanın əksər ölkələrində “Qeyri-Evklid həndəsə”x9dsinin banisi kimi Tusi deyil, plagiat ustası olan rus alimi göstərilir.xa0
Elmin Nuri