“Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”x9d

Bütün sivil, demokratik cəmiyyətlərdə qadınların dövlətin idarə edilməsində, dövlətçiliyin, müstəqilliyin möhkəmlənməsində aktiv rol oynadığı, bu inkişafa ciddi töhfə vetdiyi inkaredilməzdir. Bu mənada Azərbaycan qadınlarının da dövlətimizin tərəqqisində, onun müstəqilliyinin möhkəmlənməsində yaxından iştirak etdiyi, bu istiqamətdə mühüm uğurlara imza atdığı birmənalıdır. Tariximizin ən müxtəlif dövrlərinin təhlili də göstərir ki, Azərbaycan qadını əsrlər, qərinələr boyu ictimai-siyasi aktivliyi, siyasi-diplomatik fəallığı ilə yanaşı, hərbi sərkərdəlik qabiliyyəti ilə də digər xalqlar üçün nümunə olmuşdur.

 

Tarixdəki ilk qadın hökmdar ”“ Tomris”¦

 

Azərbaycan qadınının ictimai-siyasi aktivlik göstəricisini müəyyən etmək üçün bəzi tarixi faktlara nəzər salmaq kifayətdir ki, bu qəbildən olan ən önəmli faktlardan biri hökmdar Tomrislə bağlı həqiqətdir. E.ə VI əsrdə yaşayan və tarixdə ilk qadın hökmdar kimi tanınan Tomris Azərbaycan tayfası olan massagetlərin rəhbəri olmuş, İran hökmdarı Kiri döyüş meydanında məğlub edib öldürməklə yadelli istilanın qarşısını almışdır. 2600 il bundan öncə baş verən bu hadisə Azərbaycan qadınının hərbi sərkərdəlik məharəti və dövlət idarəetmə qabiliyyətinin ən parlaq örnəyi sayıla bilər.

 

Şərqin ilk diplomat qadını -Sara Xatun!

 

Orta əsrlər dönəminin Azərbaycan dövlətlərindən olan Ağqoyunlu dövlətinin başçısı Uzun Həsənin anası Sara Xatunun Şərqin ilk diplomat qadını kimi tanınması, onun siyasi uzaqgörənliyinin o dövrün tanınmış hökmdar və sərkərdələri tərəfindən etiraf edilməsi Azərbaycan qadınının diplomatik  müstəvidə də qeyri-adi səriştəyə malik olduğunu göstərir. Sara Xatun peşəkar diplomat kimi Tеymuri hökmdarı Əbu Səid, Osmanlı impеratoru II Mеhmеd ilə danışılar aparmış, bu danışıqlarda dövlətimizin maraqlarını bacarıqla müdafiə etmişdir. Onun diplomatik fəallığı sayəsində Ağqoyunlu dövləti ilə Osmanlı imperiyası arasında 1461-ci ildə imzalanan Yassıçəmən sülhü iki türk dövləti arasındakı hərbi əməliyyatlara bəlli bir müddət üçün son qoymuş, tərəflər arasında sülh və sabitliyin bərqərar olmasında mühüm rol oynamışdır.

 

Azərbaycan qadınının mərdlik və sədaqət obrazı: Bəyimxanım fenomeni”¦

 

Azərbaycan qadınının mərdlik, mübarizlik simvollarından biri də Gəncə gökmdarı Cavad xanım həyat yoldaşı Bəyimxanım fenomeni ilə bağlıdır. Hansı ki, o, XIX əsrin əvvəllərində Azərbaycana qarşı hərbi ekspedisiya həyata keçirən rus general Sisianovun 1804-cü ildə Gəncə xanlığına hücumu zamanı döyüş meydanında qəhrəmancasına şəhid olan Cavad xanla birlikdə döyüşdə iştirak etmiş, qaniçən rus generalıı öldürməyə səy göstərmişdir. Bəyimxanımın bu cəsarəti məşhur rus generallarından birinin xatirəsində bu cür yer alır: "Pavel Dmitriyeviçin yanında yavəri olmasaydı, o qəhrəman tatar (azərbaycanlı-red.) xanın qəhrəman zövcəsinin qılıncından salamat qurtarmayacaqdı. Biz qalanı zəbt etmişdiksə də, bu tatar qadını özünü qalib kimi aparırdı və əmr etdi ki, onun otağından çıxaq. O nə ərinin, nə də oğlunun meyitləri üstə ağlamırdı. Yanaqlarında bir qətrə də olsun göz yaşı görmədim. Ağlayanlar saray adamları idilər... İgid xanın dəfnindən bir gün sonra biz onun zövcəsinə başsağlığı verməyə gəldik. O, başdanÂxadbaşa qara paltar içində idi, bizə qatil kimi baxırdı. Buna onun haqqı vardı...` 

 

Azərbaycan qadınları Qarabağ savaşında”¦

 

Azərbaycan qadınlarının Qarabağ savaşında da yaxından iştirak etdiyi, döyüşlərdə öz qəhrəmanlıqları ilə diqqət çəkdikləri hər kəsə məlumdur. Müharibə zamanı ən qaynar döyüş bölgələrində snayperçi, tankist, rabitəçi və s. kimi müxtəlif vəzifələrdə çalışan qadınlar düşmən hücumlarının dəf edilməsində yaxından iştirak etmiş, ağır müdafiə əməliyyatlarında böyük fədakarlıqlar göstərmişdir. Qarabağ savaşında öz mərdlikləri, cəsarətləri ilə tanınan qorxmaz qadınlarımıza nümunə olaraq Solmaz Əliyeva, Radə Abbas, Sevil Əliyeva və başqalarını göstərmək olar.

Bu gün də Azərbaycan Silahlı Qüvvələrində xidmət edən 1000-dən çox qadın var ki, bu rəqəmin özü qadınlarımızın Azərbaycanın hərbi qüdrətinin möhkəmlənməsindəki rolundan xəbər verir.

 

Qanunverici hakimiyyətdə qadın təmsilçiliyi”¦

 

Azərbaycan qadınının dövlətin idarə edilməsində hansı paya sahib olmasının mühüm göstəricilərindən biri də  Milli Məclisdəki xanım millət vəkillərinin sayı, onların sərgilədiyi siyasi fəallıq əmsalıdır. Hansı ki, hər seçki ilində parlamentdə təmsil olunan qadınların sayı ilə yanaşı, onların siyasi fəallığı da əhəmiyyətli dərəcədə artır. Məsələn, millət vəkili Qənirə Paşayeva yalnız müxtəlif qanunların qəbul edilməsində deyil, həmçinin Qarabağ həqiqətlərinin tanınması, erməni vəhşiliyinin, erməni yalanlarının ifşası istiqamətində  dünyanın bir çox ölkələrində aktiv iş aparır. Milli Məclis sədrinin müavini, millət vəkili Bahar Muradovanın, Elmira Axundovanın, Jalə Əliyevanın və digərlərinin siyasi aktivliyi çağdaş Azərbaycan qadınının dövlətin, onun bu gününün və gələcəyinin dayağı olduğunu göstərir. Millət vəkili Mehriban Əliyevanın həm millət vəkili, həm də Heydər Əliyev Fondunun rəhbəri kimi çoxşaxəli siyasi fəaliyyəti də qadın siyasilərin aktivinə yazılan çox böyük üstünlüklərdən biridir.

 

Yerli icra hakimiyyətlərində yeni ənənə

 

Son illər yerli icra hakimiyyətlərində yeni bir ənənənin formalaşması müşahidə edilir ki, bu da əksər icra orqanlarında qadınların aparıcı vəzifələrə cəlb edilməsi, onların əməyindən geniş istifadədir. Bu gün ölkədəki bir çox icra hakimiyyətində müavin postlarından ən azı biri qadınlara məxsusdur. Bundan başqa, şöbə müdiri, məsləhərtçi və s. vəzifələrdə də xeyli sayda qadın çalışır ki, bu da qadınların dövlətin, cəmiyyətin idarə edilməsində yaxından iştirakını təmin etmək baxımından əhəmiyyətlidir.

 

Qadın hakimlər ”“ məhkəmə sistemimizin ayrılmaz tərkib hissəsi”¦

 

Qadınlarımızın müstəqil Azərbaycanın inkişafındakı aktiv iştirakının digər bir göstəricisi isə qadınlar bütün sferalarda olduğu kimi, məhkəmə sistemində də yaxından təmsil olunması, bu sistemin ayrılmaz tərkib hissəsinə çevrilməsidir.  Son vaxtlar qadın hüquqşünasların sayının sürətlə artması, onların məhkəmə-hüquq sistemində özlərini müsbət mənada təsdiq etməsi günümüzün sevindirici reallıqlarından biridir. Təkcə Ali Məhkəmədə bir neçə qadın hüquqşünas çalışır ki, bunlara misal olaraq Şəlalə Məmmədovanı, Mehparə Əhmədovanı,Sevda Hüseynovanı, Nigar Rəsulbəyovanı və başqalarını göstərmək olar. Bütün bu faktlar bir daha göstərir ki, ölkənin ictimai-siyasi həyatına dərindən inteqrasiya edən Azərbaycan qadını sadəcə cəmiyyətin aktiv üzvlərinə çevrilməmiş, həm də yaşadıqları cəmiyyətin lokomotivinə çevrilməyi bacarmışdır.

 

Millət vəkilləri nə düşünür?

 

Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən millət vəkili Siyavuş Novruzov da Azəbaycan cəmiyyətində qadınların kifayət qədər aktiv rol oynadığını vurğuladı:

“Azərbaycanda dövlət idarəçiliyində qadınların mühüm rol oynadığı, onların bir qisminin mühüm vəzifələrdə, dövlət postlarında təmsil olunduğu hər kəsə məlumdur. Bu gün dövlət idarəçiliyində elə bir sahə, elə bir sfera yoxdur ki, orada qadın əməyinə, qadın təmsilçiliyinə rast gəlinməsin. Bu, dövlətimizin qadınlara, onların ictimai-siyasi proseslərdə iştirakına verdiyi önəmi göstərir”x9d.

Millət vəkili Elman Məmmədov da qadınların dövlətin idarə edilməsində, müstəqilliyimizin möhkəmlənməsində kifayət qədər yaxından iştirak etdiyini, bunun sevindirici hal olduğunu vurğuladı:

“Sevindirici haldır ki, Azərbaycanda dövlətin idarə edilməsində qadınların rolu kifayət qədər böyükdür və bu, özünü bütün sahələrdə göstərir. Bu gün qadınlarımız müxtəlif vəzifələrdə, məsul işlərdə çalışır və öz işlərinin öhdəsindən layiqincə gəlirlər. İstər dövlət, istərsə də özəl sektorda çalışan minlərlə qadın var ki, onlar ölkəmizin inkişafına, onun iqtisadi rifahına, siyasi tərəqqisinə böyük fayda verir. Bu baxımdan ölkəmizin inkişafında qadınların rolu danılmazdır və bu rol artmaqda davam edir. Bu tendensiyanın özü Azərbaycan dövlətinin uğuru kimi qiymətləndirilməlidir”x9d.

 

Seymur Əliyev

e-mail: [email protected]

 

Məqalə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin keçirdiyi “Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”x9d mövzusundakı müsabiqəyə təqdim edilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Venesuelada son 126 ilin ən güclü zəlzələsi - DETALLAR - FOTO

Venesuelada son 126 ilin ən güclü zəlzələsi - DETALLAR - FOTO

Şagirdlərin imtahan qorxusu – Stressi yaradan şəxslər KİMDİR?

Şagirdlərin imtahan qorxusu – Stressi yaradan şəxslər KİMDİR?

DYP postunda gərginlik yaradan şəxs həbs edildi – VİDEO

DYP postunda gərginlik yaradan şəxs həbs edildi – VİDEO

Rüttedən Trampa 1,2 trilyon dollarlıq vəd – VİDEO

Rüttedən Trampa 1,2 trilyon dollarlıq vəd – VİDEO

Keniyada DƏHŞƏT: 50 azərbaycanlının orqanları satılıb –TƏFƏRRÜAT

Keniyada DƏHŞƏT: 50 azərbaycanlının orqanları satılıb –TƏFƏRRÜAT

Fitso Ukraynaya 70 milyard avroluq yeni hərbi kreditə qarşı çıxdı – VİDEO

Fitso Ukraynaya 70 milyard avroluq yeni hərbi kreditə qarşı çıxdı – VİDEO

“ВКонтакте” “App Store”dan SİLİNDİ

“ВКонтакте” “App Store”dan SİLİNDİ

İƏT Parlament İttifaqı Konfransında Bakı Bəyannaməsi QƏBUL EDİLDİ

İƏT Parlament İttifaqı Konfransında Bakı Bəyannaməsi QƏBUL EDİLDİ

Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi

Bir ekosistemi “Spark Tələbə İnnovasiya Proqramı”nın qaliblərini elan etdi

Bu il yol qəzalarında həyatını itirənlərin SAYI AÇIQLANDI

Bu il yol qəzalarında həyatını itirənlərin SAYI AÇIQLANDI

Böyük Britaniya Kralı Muxtar Babayevlə görüşdü – FOTO

Böyük Britaniya Kralı Muxtar Babayevlə görüşdü – FOTO

Qdanskda Ceyhun Bayramov polşalı həmkarı ilə görüşdü – FOTO

Qdanskda Ceyhun Bayramov polşalı həmkarı ilə görüşdü – FOTO

Messinin 39 yaşını belə qeyd etdilər – VİDEO

Messinin 39 yaşını belə qeyd etdilər – VİDEO

Bu gün qısa iş GÜNÜDÜR

Bu gün qısa iş GÜNÜDÜR

“Piyada vurulmalarının əhəmiyyətli hissəsi keçidlərin yaxınlığında baş verir”

“Piyada vurulmalarının əhəmiyyətli hissəsi keçidlərin yaxınlığında baş verir”

Venesuelada zəlzələ zamanı iki itini xilas edən şəxs gündəm oldu – VİDEO

Venesuelada zəlzələ zamanı iki itini xilas edən şəxs gündəm oldu – VİDEO

Vüqar Rəhimzadə: “Bəzi vətəndaşlar yol hərəkəti qaydalarına əməl etmir”

Vüqar Rəhimzadə: “Bəzi vətəndaşlar yol hərəkəti qaydalarına əməl etmir”

Ayağı ayaq üstünə aşırıb oturmaq insanı şikəst edə bilər – FOTO

Ayağı ayaq üstünə aşırıb oturmaq insanı şikəst edə bilər – FOTO

Dünən bank kartlarında yaşanan problemin səbəbi BƏLLİ OLDU – ABB-dən AÇIQLAMA

Dünən bank kartlarında yaşanan problemin səbəbi BƏLLİ OLDU – ABB-dən AÇIQLAMA

Azərbaycanlı qapıçı “Barselona”da

Azərbaycanlı qapıçı “Barselona”da

ADY Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır – FOTO

ADY Çin şirkətlərindən yeni sərnişin qatarları və vaqonları almağı planlaşdırır – FOTO

Cahid Həsənov: “Gecə işıqlandırması piyada təhlükəsizliyi üçün yetərli deyil”

Cahid Həsənov: “Gecə işıqlandırması piyada təhlükəsizliyi üçün yetərli deyil”

Azərbaycanın İslam dünyasındakı MİSSİYASI - Həmrəylikdən qlobal liderliyə doğru

Azərbaycanın İslam dünyasındakı MİSSİYASI - Həmrəylikdən qlobal liderliyə doğru

Yol qəzalarının yarıdan çoxu piyadaların vurulması ilə nəticələnir – Ərşad Hüseynov

Yol qəzalarının yarıdan çoxu piyadaların vurulması ilə nəticələnir – Ərşad Hüseynov

End of content

No more pages to load

RADİO