Rac Kapur azərbaycanlı rejissoru milyonçu edəcəkmiş...

Moderator.az saytı “Kino-kuryoz”x9d layihəsi çərçivəsində bu dəfə Azərbaycanın ən çox sevilən filmlərindən olan “O olmasın, bu olsun”x9ddan danışacaq. 1956-cı ildə rejissor Hüseyn Seyidzadə tərəfindən lentə alınan, bu gün də  hamımızın sevə-sevə baxdığımız, özündə “göz yaşı içində gülüş”x9d konsepsiyasını  lazımınca daşıyan, dövrün cahil insan və hüquqsuz fərd problemini çox böyük ustalıqla əks etdirən, Azərbaycanın ilk rəngli bədii filmi olan “O olmasın, bu olsun”x9d filmi  el arasında “Məşdibad”x9d adı ilə də məşhurdur.

1956-cı ildə çəkilən film o vaxtdan bu yana öz dəyərini qoruyub saxlamaqdadır. Filmin əsas uğuru rejissor Hüseyn Seyidzadənin dahi Üzeyir bəy ideyalarını, replikalarını ustalıqla qoruyub saxlaması oldu. Başqa uğur isə filmin aktyor heyətidir. 

Gözdən qaçan iki detal

Filmdə gözdən qaçan iki detala diqqət edək. Biri filmin sonunda Gülnaz (Tamilla Gözəlova) qaçırılandan sonra Məşədi İbad (Əliağa Ağayev) qulluqçu Sənəmi yanına çağıraraq, qazının gəlməsini və kəbinin o arvadla kəsilməsini istəyir. Musiqi ilə Məşədi və ətrafdakılar tərəfindən verilən “razısan”x9d sualına Sənəmin (Barat Şəkinskaya) “hə... hə..”x9d deməsi əslində çox ağrılı səhnədir. Yəni, o, qulluqçudur. Rüstəm bəy onsuz da onu Gülnazdan sonra qovacaq. Nə etməli? Onun fikrini belə soruşmadan qazıya xəbər yollayan nataraz Məşədi ilə evlənməmək şansı varmı? Burada razı olub-olmaması qədər mənasız bir suala ağrılı şəkildə “hə, hə”x9d deməklə çox mətləbləri açır.

İkinci kiçik epizod isə Adil İsgəndərovun cəmi bir neçə saniyənin içində oynadığı qoçu Balaqədeş obrazıdır. Fikir verin, o kimə qarşı çıxır?- Qoçu Əsgərə (Möhsün Sənani) qarşı. Bəs özü kimdi-qoçu. Deməli, iş nə yerə çatıb ki, bir tərəfdə haqq-ədaləti pozan bir qoçu, o biri tərəfdən ədaləti bərpa etmək istəyir. (Sənə rəhmət, Üzeyir bəy, kiçik detalda nə böyük həqiqətlər gizlənib...)



Mirzə Babayev  və  Məşədi İbad

Filmdə Məşədi İbadı əslində müğənni Mirzə Babayev oynamalı imiş. Teatrda Məşədi İbadı ustalıqla oynamış Mirzağa Əliyev dünyasını dəyişdikdən sonra rejissor bu rola kimi çəkəcəyini bilmir. Müğənni Mirzə Babayev sınaq çəkilişlərinə dəvət edilir. Rejissor tərəfindən bəyənilsə də, Bədii Şura onu peşəkar aktyor olmadığı üçün bu filmə dəvət etmir. Baxmayaraq ki, müğənni buna qədər bir neçə filmə çəkilmişdi. Rejissor ona qəti “yox”x9d demir. Bu məqamda Hüseyn Seyidzadənin heç ağlından keçməyən bir aktyor Əliağa Ağayev sınaq çəkilişlərinə gələrək özü rejissordan sınanmasını xahiş edir. Əliağa Ağayevi sınaq çəkilişlərində bəyənir və filmə dəvət edirlər. Mirzə Babayev də işsiz qalmır. Belə ki, filmdə Məşədi İbadın oxuduğu musiqiləri o səsləndirir.

Bəs Rəşid Behbudov?


Sərvəri də əslində Arif Mirzəquliyev yox, böyük müğənni Rəşid Behbudov oynamalı imiş. Həm rejissor, həm də Bədii Şura Rəşid Behbudovu təsdiqləyir. Hətta ona gələn təbrik məktublarında müğənnini ərkyana Sərvər də adlandırırlar. Vəziyyət isə əksinə olur. Ssenari ilə tanış olan R.Behbudov qətiyyətlə roldan imtina edir. Səbəb kimi isə özünü bu rol üçün yaşlı sayır. Bildirir ki, “Sərvər gimnaziya tələbəsidir, gəncdir, mən artıq onun üçün qocayam”x9d. O zaman Behbudovun yaşı 40-a çatırdı.

Kino-kuryoz

Film haqqında rejissora Moskvadan  göndərilən məktubda onun ta Yaponiyada maraq doğurduğu bildirilir. Filmi ümumilikdə 40 ölkə alır.
Nə qədər maraqlı olsa da Azərbaycan kinosunun əsas obrazlarından olan Məşədi İbadı bəzi mütəxəssislər yamaq obraz adlandırırlar. “Məşədi  sadəcə filmdə yoxdur”x9d deyə rola qiymət verirlər.

Məşədi İbdadın ətrafındakı adamlaırn ikinci dəfə kütləvi şəkildə pul almalarını rejissorun kobud səhvi kimi qeyd edirlər. Guya kütləvi pul paylama bir dəfə olubsa bəs idi. İkincidə artıq ikrah yaradır.

Hamam səhnəsi kobud və naqis, hətta iyrənc  səhnə adlandırılıb.

Məşhur Rac Kapur filmə baxandan sonra H.Seyidzadəni ölkəsinə dəvət edib. “Hindistana gəl, səni milyonçu edim”x9d deyib. Lakin rejissor təklifi qəbul etməyib.

Qeyd: Yazıda Ulduzə Qaraqızının "Azərbaycan kino tarixindən" kitabından, Mədəniyyət televiziyasının rejissor Hüseyn Seyidzadəyə həsr etdiyi sənədli filmdən, Mirzə babayevin xatirələrindən istifadə edilib

Elmin Nuri
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Qubada keçmiş məhkum “Makarov”la tutuldu – FOTO

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Azərbaycanda “TikTok” istifadəçilərinin SAYI AÇIQLANDI

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Heydər Əliyevin hakimiyyətə gəlişinin ildönümü Qusarda anıldı – FOTO

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Qlobal gündəmin Şuşa gündəliyi – Prezidentin çıxışından TARİXİ MESAJLAR

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Hikmət Hacıyev və Qazaxıstan rəsmiləri arasında GÖRÜŞ – Media sahəsində qarşılıqlı fəaliyyət MÜZAKİRƏ OLUNDU – FOTO

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Bu il 3 mindən çox müəllim imtahandan kəsilib - RƏSMİ

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Əli Əsədov rusiyalı nazirlə görüşdü: Nələr müzakirə edildi?

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Hikmət Hacıyev Şuşada Suriyanın informasiya naziri ilə GÖRÜŞDÜ

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Sabahdan MİQ imtahanları BAŞLAYIR

Pulu maqnit kimi çəkən 5 bürc

Pulu maqnit kimi çəkən 5 bürc

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

"Qarabağ"da gözlənilməz ayrılıq - FOTO

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Məşhur belçikalı avtomobil dizayneri Rusiya vətəndaşlığı ALDI

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

ADY-də SİMA İmzadan istifadə edən sərnişinlərin sayı 9 mini ÖTDÜ – FOTO

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Alkoqolu dayandırdıqdan sonra bədən belə dəyişir

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Bu ilin 6 ayında ölkədə 5 tondan çox narkotik AŞKARLANIB

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

Səudiyyə Ərəbistanı Yəməndə hava limanına zərbə endirdi – VİDEO

İki gün geomaqnit qasırğası OLACAQ

İki gün geomaqnit qasırğası OLACAQ

Azərbaycanda dövlət qurumu ləğv edildi

Azərbaycanda dövlət qurumu ləğv edildi

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Balıqçılıqla məşğul olanların NƏZƏRİNƏ – Nəzarət mexanizmi ilə bağlı YENİLİK

Rafael Ağayevə ağır itki

Rafael Ağayevə ağır itki

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Məktəbəhazırlıq qruplarına qəbulun vaxtı AÇIQLANDI

Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO

Hikmət Hacıyev "Tiktok" və "Linkedin" nümayəndələri ilə görüşdü – FOTO

Rusiyanın Penza şəhərində benzin növbəsində dava – ANBAAN VİDEO

Rusiyanın Penza şəhərində benzin növbəsində dava – ANBAAN VİDEO

End of content

No more pages to load

RADİO