“Seyid balalarına sataşmasınlar!”x9d.
Xəbər verdiyimiz kimi noyabrın 19-dan 20-dək Tatarıstanın paytaxtı Kazan şəhərində “Turkvision - 2014”x9d Beynəlxalq televiziya müsabiqəsi keçirilib.
Ötən gün əməkdar artist Elza Seyidcahanın Oxu.Az-a verdiyi məlumata görə, müsabiqədə təmsilçimiz 24 ölkə arasında 13-cü yerlə kifayətlənərək finala keçə bilməyib.
Lakin bu gün Elza Seyidcahan bizimlə əlaqə saxlayaraq ötən gün səsvermədə anlaşılmazlıq olduğunu söyləyib:
“Biz finaldayıq. Dünən səsvermədə yanlışlıq olub. Hər şey iclasda aydın oldu. Amma bəziləri sevindilər. Allah onları həmişə sevindirsin, amma bizim uğursuzluğumuzla yox, öz uğurları ilə...
Bu gün əhval-ruhiyyəmiz əladır. Musiqimizə, rəqsimizə, geyimə heyran olublar. Xüsusilə də mənim geyimimə. Müsabiqədə iştirak edən ölkələrin fotomüxbirləri şəklimi çəkirlər. Sual verirlər ki, belə ayaqqabılarla necə gəzirsiniz? Burada diqqət mərkəzindəyəm. İnşallah, uğurla geri dönərik.
Mahnımıza heyran olublar. Hətta başqa təmsilçilər məşq zamanı bizim mahnını ifa edirlər. Buradakı müğənnilər məndən xahiş edirlər ki, icazə verim mahnımı oxusunlar.
Elə bu uğurlarımıza görə pis insanlar haqqımızda şayiələr uydururlar. Öz işləri ilə məşğul olsunlar. Seyid balalarına sataşmasınlar! Azərbaycanın adının yüksəlməsi üçün xalqımızın yolunda təmənnasız çalışdığımız üçün gözləri götürmür”x9d.
Qeyd edək ki, müsabiqədə ölkəmizi Elvin Ordubadlı təmsil edir. O, musiqisi Elza Seyidcahana, sözləri Ayşə Birgül Yılmaza aid olan “Divlərin yalnızlığı”x9d adlı mahnı ilə bu gün finalda çıxış edəcək.