Xalq artisti Habil Əliyev ağır xəstələnməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib. O, aznews.az-a açıqlamasında deyib ki, Xoşqədəm Hidayətqızının “Səni axtarıram”x9d verilişində iştirak etməsi və orada xəstələnməsi haqda mediada yayılan məlumatların heç bir əsası yoxdur:
“Kim deyirsə ki, Habil Əliyev Xoşqədəm xanımın verilişində xəstələnib, onun özü xəstələnsin. Düzdür, mən həmin verilişə dəvət almışam, ancaq xəstə olduğum üçün ora getməmişəm. Ancaq hazırda xəstə deyiləm. Kim istəsə, 4 saat müsahibə verə bilərəm”x9d.
Kamança ustası Habil Əliyev, onun sağlamlığından narahatçılıq keçirən dostlarına razılıq etməyi də unutmayıb: “Uzun zamandır ki, mən evdən kənara çıxmıram. Yəni, hava soyuqdur, bu üzdən çıxa bilmirəm. Həmkarlarımdan kim sağdırsa, yeriyə bilənləri gəlib-gedir. Günüm televizora baxmaqla keçir. Əsasən əsgərlərdən, ordudan bəhs edən verilişlərə baxıram. Nəvələrim böyüyür, sabah onlar da ordumuza yarıyan əsgərlər olacaq”x9d.