Bir nece həftə öncə gizlin şəkildə yenidən ailə quran məşhur türk müğənnisi Gülber Ergen keçmiş ərinə təşəkkür edib.Məlumata görə, müğənni 3 uşağının atası olan ilk əri Mustafa Ərdoğana mesaj göndərib.
M.Ərdoğan keçmiş arvadının jurnalist Erhan Çeliklə evlənməsindən sonra övladlarının başqa bir adamla yaşamasını arzu etməməsini deməsi ilə gündəmə gəlmişdi. Lakin o ötən günlərdə verdiyi açıqlaması ilə G.Ergenlə arasındakı buzları əridib. “Mən 3 uşağımın anası haqqında pis bir şey deyə bilmərəm. Ona çox şey borcluyam. Üç aslan kimi övlad verdiyi, yaxşı tərbiyə etdiyi və yaxşı ana olduğu üçün təşəkkür edirəm".
Keçmiş ərinin bu sözləri müğənninin çox xoşuna gəlib. O, jurnaldan bu sətirlərin fotosunu çəkib sosial şəbəkədə paylaşıb. "Uşaqlarımın atası ilə. Bu ata-ana duruşudur. Mənim də ona təşəkkürlərim sonsuzdur. Həyatıma gətirdiyi 3 övlad və bu duruşu üçün..." (anspress)
