Dünyasını dəyişən klarnet ifaçısı Zahid Sabirabadlının həyat yoldaşı Leyli xanım artıq bir neçə gündür ki, “Bizimləsən” verilişində ipotekaya götürdükləri evin 11 min manat kredit borcuna görə insanlardan kömək istəyir. Artıq məbləğin müəyyən hissəsi yığılıb və hələ də insanlar kömək etməkdə davam edirlər.
Moderator.az-a danışan əməkdar artist Cavanşir Məmmədov bildirib ki, Leyli xanıma kömək etmək üçün o, “Kapital Bank”da hesab açdırıb:
“Bu işin ağsaqqalı mənəm və Zahidin ailəsinə kömək etmək üçün “Kapital Bank”da hesab açdırmışam. Hesabı da Leyli xanıma təqdim etmişik və kim istəyirsə o hesaba pul köçürür, ya da aparır verilişdə pulu verir. Məbləğ yığılana qədər Leyli xanım da, övladı da verilişdə olacaq. Bilirsiniz ki, Zahid mənimlə 7-8 il birlikdə işləyib”.xa0
Qeyd edək ki, dünən xalq artisti Nazpəri xanım Dostəliyeva Zahidin ailəsinə beş min manat pul göndərib. Zahid Sabirabadlı dekabrın 18-də qəflədən dünyasını dəyişib. Dekabrın 19-da o, Sabirabadda Şamaxı qəbiristanlığında dəfn edilib.
Vasif Əlihüseyn