Egey dənizində zəlzələ baş verib.
Bizim.Media xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Son məlumatlara görə, Çanaqqalanın Ayvacık rayonu yaxınlığında 3,9 bal gücündə zəlzələ qeydə alınıb. Zəlzələ 6,64 kilometr dərinlikdə baş verib.
Ətrafdakı yaşayış məntəqələrində hiss olunan zəlzələ qısa müddətli narahatlığa səbəb olub.
Bizim.Media