“Sözün həqiqi mənasında, qarşıdakı günlərdə gözəl layihələr olacaq.”x9d
Bu iddialı fikirlər rejissor Rauf Sahiboğluna məxsusdur. O, mətbuata açıqlmasında bildirib ki, hazırda gənc müğənni Vəfa Şərifovanın ifa etdiyi sözləri və musiqisi Asif Məhərrəmova aid olan “Olmaz, olmaz!”x9d adlı yeni mahnısına ekran həyatı verivb:
“Mahnıya video çarx çəkilib və yaxın günlərdə televiziya efirlərində yayımlanacaq. Bütün işlərin prodüserlik fəaiyyətinini də özüm həyata keçirmişəm. Onu da əlavə edim ki, mahnı radio dalğalarında da yayımlanır.

Bundan başqa, Vəfa Şərifonın yeni fotosessiyası və bununla yanaşı yeni klipinin çəkilişlərinə hazırlıq prosesi davam edir.”x9d

Qeyd edək ki, video çarxın operatoru Mürşüd Vəliyevdir.