10 sayı üçüncü Biləcəri seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş BAXCP Təşkilat katibi Bünyamin Qəmbərli seçki yarışında iştirak hüququ qazanıb.
Moderator.az xəbər verir ki, 550 imza toplayaraq, digər tələb olunan sənədlərlə birgə dairə seçki komissiyasına təqdim edən Bünyamin Qəmbərlinin namizədliyi artıq rəsmən təsdiq olunub.