Azərbaycanın Vaşinqtondakı səfirliyinin avtomobili ATƏŞƏ TUTULDU

Bu il oktyabrın 10-dan 11-nə keçən gecə Azərbaycanın Vaşınqtondakı səfirliyinin xidməti avtomobilinə atəş açılıb. Baş vermiş hadisə ilə bağlı diplomatik nümayəndəliyimiz tərəfindən dərhal ABŞ müvafiq qurumlarına məlumat verilib, kamera görüntüləri qarşı tərəfə təqdim edilib. 

Bu barədə Bizim.Media-ya Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən məlumat verilib. 

Bildirilib ki, məsələ ilə əlaqədar ABŞ-ın ölkəmizdəki müvəqqəti işlər vəkili 12 oktyabr tarixində XİN-ə çağırılıb: 

"Baş vermiş hadisə ilə bağlı ciddi narahatlığımız və narazılığımız ifadə edilib və Azərbaycan diplomatik nümayəndəliyinin təhlükəsizliyinin təmin edilməsi tələbi qarşı tərəfin diqqətinə çatdırılıb".

Məlumatda həmçinin bildirilir ki, son zamanlar xarici ölkələrdəki erməni icmalarının radikal üzvləri tərəfindən Azərbaycanın diplomatik nümayəndəliklərinə qarşı hücumların sistemli xarakter daşıması, o cümlədən Vaşınqton, Paris, Beyrut və digər şəhərlərdə səfirliklərimizə qarşı törədilən hücumlar və vandallıq aktlarının ciddi narahatlıq doğurur:

"Xarici ölkələrdəki diplomatik nümayəbdəliklərimizin təhlükəsizliyinin təmin edilməsi ev sahibi ölkənin beynəlxalq konvensiya ilə üzərinə götürdüyü öhdəliyidir. Bununla bağlı olaraq, baş vermiş hər bir insidentlə bağlı müvafiq araşdırmanın aparılması və səfirliklərimizin, eləcə də diplomatlarımızın təhlükəsizliyinin lazımı səviyyədə təmin edilməsi tələbini bir daha vurğulayırıq.

Xatırladırıq ki, Ermənistan 1991-ci ildə müstəqilliyini bəyan etdikdən sonra Azərbaycana qarşı ərazi iddialarını həyata keçirmək məqsədi ilə terroru dövlət siyasəti vasitəsinə çevirib. Azərbaycan ərazilərinin işğalı prosesində ölkəmizin müxtəlif yerlərində terror vasitələrindən geniş istifadə edib, habelə Bakı şəhərində terror aktları törədiblər. Dünyanın müxtəlif ölkələrində çalışan 24 türk diplomatı erməni terrorunun qurbanı olub.

Təəssüflə qeyd edirik ki, nə son günlərdə baş vermiş hücumlar, nə də hələ 2020-ci ildə Avropa paytaxtlarında, habelə Los-Anceles şəhərində Azərbaycan diplomatik nümayəndəliklərinə, həmçinin azərbaycanlı icma üzvlərinə qarşı edilən hücumlarla bağlı açılan cinayət işləri çərçivəsində heç bir təqsirkar məsuliyyətə cəlb edilməyib. Məhz bu cəzasızlıq radikal erməni qruplarını yeni təxribatlara əl atmağa cəsarətləndirir.

AR XİN-i xarici ölkələrdəki radikal qüvvələrin Azərbaycan diplomatik nümayəndəliklərinə, diplomatlara və onların mülklərinə qarşı yönələn və nifrətə əsaslanan cinayət əməllərini qətiyyətlə pisləyir və müvafiq ölkələrdə bu kimi təxribatların qarşısının alınmasına məsul olan qurumların vəzifələrinə tam məsuliyyətlə yanaşmalarını tələb edir.

Xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizə qarşı edilən hücumlarla bağlı aparılan istintaq tədbirləri XİN-in nəzarətində saxlanılacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Heç bir gün düşünə bilərdiniz ki, ÇİPS FAYDALI OLA BİLƏR?

Heç bir gün düşünə bilərdiniz ki, ÇİPS FAYDALI OLA BİLƏR?

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR

Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR

Bu şəxslərə 2000-6000 manat VERİLƏCƏK

Bu şəxslərə 2000-6000 manat VERİLƏCƏK

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq olub

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq olub

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Qonşu ölkədə benzin BAHALAŞDI

Qonşu ölkədə benzin BAHALAŞDI

Röya Ayxanın keçmiş həyat yoldaşı övladları ilə danışmır? - AÇIQLAMA/VİDEO

Röya Ayxanın keçmiş həyat yoldaşı övladları ilə danışmır? - AÇIQLAMA/VİDEO

Bu ölkədə bütün sosial mediaya qoyulan qadağalar LƏĞV EDİLDİ

Bu ölkədə bütün sosial mediaya qoyulan qadağalar LƏĞV EDİLDİ

ABŞ və İran arasında danışıqların keçiriləcəyi TARİX açıqlandı

ABŞ və İran arasında danışıqların keçiriləcəyi TARİX açıqlandı

Milli Qəhrəman Albert Aqarunovun DOĞUM GÜNÜDÜR

Milli Qəhrəman Albert Aqarunovun DOĞUM GÜNÜDÜR

Brilliant Dadaşova nənə OLDU - FOTO

Brilliant Dadaşova nənə OLDU - FOTO

Hamiləlikdə bu balıqları YEMƏK OLMAZ!

Hamiləlikdə bu balıqları YEMƏK OLMAZ!

May ayında pulu maqnit kimi çəkəcək 3 BÜRC: Qazancları ikiqat artacaq

May ayında pulu maqnit kimi çəkəcək 3 BÜRC: Qazancları ikiqat artacaq

Qalibafın istefası ilə bağlı AÇIQLAMA

Qalibafın istefası ilə bağlı AÇIQLAMA

Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO

Azərbaycanda cinayət törədən azyaşlılar necə islah olunurlar? - VİDEO

İran Qərbi İTTİHAM ETDİ: Yalan məlumatlar yayırlar

İran Qərbi İTTİHAM ETDİ: Yalan məlumatlar yayırlar

ABŞ İsrailin xahişi ilə İrana qarşı müharibəyə başladıqlarını BƏYAN ETDİ

ABŞ İsrailin xahişi ilə İrana qarşı müharibəyə başladıqlarını BƏYAN ETDİ

Xalq artistinin qızı evləndi – VİDEO

Xalq artistinin qızı evləndi – VİDEO

Vens yalnız bu halda İslamabada gedəcək – AĞ EV

Vens yalnız bu halda İslamabada gedəcək – AĞ EV

Bakı məktəbində daha bir HADİSƏ: 7-ci sinif şagirdi özünə xəsarət yetirdi - TƏFƏRRÜAT/VİDEO

Bakı məktəbində daha bir HADİSƏ: 7-ci sinif şagirdi özünə xəsarət yetirdi - TƏFƏRRÜAT/VİDEO

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

Qazinin atasına qarşı DƏLƏDUZLUQ: Qadın biznesmenə cinayət işi açıldı

Türkiyədən 1915-ci il olayları ilə bağlı AÇIQLAMA

Türkiyədən 1915-ci il olayları ilə bağlı AÇIQLAMA

End of content

No more pages to load

RADİO