Bişkekdə Azərbaycan-Qırğızıstan Birinci Dövlətlərarası Şuranın iclası keçirilib - VİDEO

Oktyabrın 11-də Bişkekdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qırğız Respublikasının Prezidenti Sadır Japarovun iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın məhdud tərkibdə iclası keçirilib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

İclasda çıxış edən Qırğızıstan Prezidenti Sadır Japarov deyib:

"Hörmətli İlham Heydər oğlu, Sizinlə bu dəfə qonaqpərvər Qırğızıstan torpağında yenidən görüşməyimə çox şadam. Qırğızıstan-Azərbaycan qarşılıqlı əlaqələrinə dair məsələləri müzakirə etmək fürsətinə görə də şadam. Mən Azərbaycana səfərimi böyük məmnuniyyətlə xatırlayıram. Bu ilin aprelində mənə və nümayəndə heyətimizin üzvlərinə göstərdiyiniz qonaqpərvərliyə görə səmimi minnətdarlığımı bildirmək istəyirəm.

Biz Sizin dövlət səfərinizə olduqca böyük əhəmiyyət veririk. Çünki bu səfər bizim qardaş ölkələrimiz arasında əsl strateji tərəfdaşlıq münasibətlərini nümayiş etdirir. Bizim xalqlarımızın dostluğu zamanın və tarixin sınağından çıxmış uzunmüddətli etibarlı və səmimi münasibətlərə əsaslanır. Ölkələrimiz bu il Dostluq və əməkdaşlıq haqqında Müqavilənin 25 illiyini qeyd ediblər. Üç aydan sonra bizim yeni yubileyimiz – diplomatik münasibətlərin qurulmasının 30 illiyi olacaq. Biz bu tarixə yaxşı nəticələrlə yaxınlaşmışıq. Bizim əməkdaşlığımız strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Fərəhli haldır ki, dinamik şəkildə möhkəmlənən və genişlənən əlaqələr ölkələrimizin parlamentləri, hökumətləri və aidiyyəti qurumları arasında aktiv qarşılıqlı fəaliyyətlə nəticələnib. Aprel ayındakı bir sıra razılaşmalarımız hökumətlərarası birgə komissiyanın xətti ilə əməli surətdə həyata keçirilib, İşgüzar Şura yaradılıb, Heydər Əliyev adına, Nizami Gəncəvi adına məktəbləri, Qırğızıstan- Azərbaycan Dostluq Parkını birlikdə açacağıq. Əminəm ki, Sizin səfəriniz və Dövlətlərarası Şuranın iclasının keçirilməsi ikitərəfli münasibətlərə yeni təkan verəcək. Bu, bizim əməkdaşlığımızın siyasi, ticari-investisiya və mədəni-humanitar sahələrdə fəal inkişafının parlaq göstəricisidir. Xüsusilə vurğulamaq istərdim ki, Qırğızıstan qardaş Azərbaycanla sistemli və uzunmüddətli əməkdaşlıq əzmindədir və strateji sahələrdə ciddi qarşılıqlı fəaliyyətə hazırdır.

Hörmətli İlham Heydər oğlu, biz beynəlxalq təşkilatlarda da aktiv qarşılıqlı fəaliyyət göstərir və beynəlxalq strukturlara namizədliklərin irəli sürülməsi zamanı bir-birimizi dəstəkləyirik. Qırğızıstan beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dair mövqeyinə həmişə tərəfdar olub. Biz Sizə ona görə minnətdarıq ki, Siz Qırğızıstanın bütün təşəbbüslərini beynəlxalq arenada dəstəkləyirsiniz. Bizim ölkələrimiz BMT, ATƏT, ŞƏT, TDT, İƏT və Qoşulmama Hərəkatı kimi nüfuzlu beynəlxalq təşkilatlarda və strukturlarda aktiv qarşılıqlı fəaliyyət göstərir. Əminəm ki, əməkdaşlığımızın yüksək səviyyəsi uzunmüddətli olacaq.

Hörmətli İlham Heydər oğlu, Qırğızıstan-Azərbaycan qarşılıqlı fəaliyyətinin aktual məsələlərini müzakirə etməyə hazıram və sözü Sizə verirəm, buyurun".

Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bildirib:

"Çox sağ olun, cənab Prezident. İlk növbədə, qardaş Qırğızıstana dövlət səfərinə dəvətə görə təşəkkürümü bildirirəm. Həmçinin Sizin yarım il bundan əvvəl Azərbaycana səfərinizi məmnunluqla xatırlayıram. Münasibətlərimizin belə dinamikası ondan xəbər verir ki, biz qarşılıqlı əməkdaşlıq potensialını artırmaq əzmindəyik. Sizin Azərbaycana rəsmi səfəriniz zamanı ölkələrimiz arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu Bəyannamə bizim əlaqələrimizi daha yüksək səviyyəyə qaldırıb. Əminəm ki, mənim səfərimin yekunlarına dair razılaşmalar əldə olunacaq və bu razılaşmalar bir çox sahələrdə əməkdaşlığın dərinləşməsinə kömək edəcək.

Siz bizim ölkələrin həm beynəlxalq arenada, həm də ticari-iqtisadi əlaqələr çərçivəsində əməkdaşlıq istiqamətlərini qeyd etdiniz. Düşünürəm ki, bu gün və sabah həm biz Sizinlə, həm də nümayəndə heyətlərinin üzvləri planlarımızı ətraflı müzakirə etmək və tərəfdaşlığın möhkəmləndirilməsi yollarını müəyyənləşdirmək fürsəti əldə edəcəyik. Mən əmtəə dövriyyəsinin rəqəmlərinə baxdım. Əlbəttə, onlar bizi məmnun edə bilməz. Lakin fikrimcə, bu, bizim nəzərdə tutduğumuz o planlardır ki, qısa zaman kəsiyində qarşılıqlı ticarətin həcmini artırmağa imkan verəcək. Azərbaycan, həmçinin Sizin ölkədə investisiya layihələrində maraqlıdır. Biz bu gün bunu da müzakirə edəcəyik.

Mən Azərbaycan dövlətinin banisi Heydər Əliyevin xatirəsinə ehtirama görə Sizə xüsusi təşəkkürümü bildirmək istəyirəm. Bişkekin böyük məktəblərindən birinə onun adı verilib. Həmçinin qeyd etdiyiniz kimi, Qırğızıstan-Azərbaycan Dostluq Parkı, Nizami Gəncəvi adına məktəb açılacaq. Bizim əməkdaşlığımızın bütün bu əlamətdar anları, əlbəttə, Azərbaycan xalqının dərin minnətdarlığına səbəb olur və bizim münasibətlərin qardaşlıq xarakterini ifadə edir. Əminəm ki, biz bundan sonra da səmərəli əməkdaşlıq edəcəyik, ölkələrimiz arasında münasibətlər dinamik inkişaf edəcək".

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bakının dörd rayonunda işıq kəsiləcək – ÜNVANLAR

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

Bu sevgi mahnısı bütün zamanların əsl məşhur hitinə çevrildi (VİDEO)

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İyulun ortasında şaxta və qar: rekord temperatur qeydə alındı

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

İrandan SƏRT CAVAB – Dörd ölkədəki ABŞ bazaları hədəf alındı – VİDEO

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

Məktəblərdə böyük dəyişiklik elan edildi: sentyabrdan başlayır – Detallar

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

ABŞ-dan İrana AĞIR ZƏRBƏLƏR – Strateji obyektlər belə vuruldu – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

“Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – VİDEO

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM: 17 iyulda baş vermiş tarixi hadisələr

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Bu 4 BÜRCÜ sevgi və pulda uğur gözləyir

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Ana və qızı eyni anda məzun oldular: "Mən onun qədər çox oxumamışam" - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Quzu əti niyə fərqli qiymətlərə satılır? - VİDEO

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Bu il hansı universitetdə neçə tələbə fərqlənmə diplomu alıb? – RƏQƏMLƏR

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Yayda bunu heç vaxt etməyin - İstidə ətrin əsas təhlükəsi

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Ronaldo və Messinin şəfərinə qızıl örtüklü telefon: “Əfsanələr” kolleksiyası - VİDEO

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Niyə köhnə mesajları təkrar oxuyuruq? - Səbəbi

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Mehriban Əliyeva xərçəngdən əziyyət çəkən Nuraniyə dəstək olub

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Neymar DÇ-2026-dan sonra 23 milyon dollara YAXTA ALDI

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

Ağlayan uşağı sakitləşdirən "sehrli" söz

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

İsrailin xarici işlər naziri İngiltərə millisinin azarkeşlərini ƏLƏ SALDI

Biləsuvarda ağır yol qəzası: Ölən var

Biləsuvarda ağır yol qəzası: Ölən var

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qusarda böyük toplantı: 30-dan çox media qurumunun təmsilçiləri və din xadimləri iştirak etdilər - FOTO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Qırıcılar insanların 5 metrliyindən keçdi – VİDEO

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

Avqust ayının qeyri-iş günləri - TƏQVİM

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

“Temu” Azərbaycanda bağlanır? - AÇIQLAMA

End of content

No more pages to load

RADİO