Ombudsmandan ATƏT-in qərəzli yanaşmasına ETİRAZ BƏYANATI 

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun qərəzli yanaşmasına etiraz bəyanatı yayıb.

Bizim.Media xəbər verir ki, Ombudsman Aparatının məlumatında bildirilib.

"Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlı hərbi əsirlərin qəddarcasına qətlə yetirilməsi, insanlığa sığmayan digər hərəkətlərə yol verilməklə işgəncə və təhqirə məruz qalması ilə bağlı çoxsaylı təkzibolunmaz sübutlar mövcuddur.
Sosial şəbəkələrdə və digər media resurslarında azərbaycanlı hərbi əsirlərə qarşı törədilmiş müharibə cinayətlərini təsdiq edən faktları əks etdirən videogörüntülərlə bağlı ATƏT-ə, habelə BMT, Avropa İttifaqı, Avropa Şurası və onların ixtisaslaşmış qurumlarına, digər səlahiyyətli beynəlxalq və regional təşkilatlara tərəfimizdən dəfələrlə müraciətlər edilib, hesabatlar təqdim olunub.

Təəssüflər olsun ki, Azərbaycandan fərqli olaraq Ermənistan tərəfi bu kimi faktlarla bağlı heç bir araşdırma aparmır və bununla da beynəlxalq humanitar hüquq normalarından irəli gələn öhdəliklərə əməl etmir.

Bununla belə Azərbaycana münasibətdə ikili standartlara yol verilərək Ermənistan tərəfindən törədilmiş müharibə cinayətlərinə ATƏT tərəfindən heç bir reksiya verilmir, əksinə ölkəmiz barədə həqiqəti əks etdirməyən qərəzli məlumatlar paylaşılmaqla sülhyaratma fəaliyyətinin pozulmasına yönəlmiş addımlar atılır.

Məlum olduğu kimi, artıq Ermənistan və Azərbaycan BMT Nizamnaməsinə və 1991-ci il “Alma-Ata bəyannaməsi”nə sadiqliyini bir daha nümayiş etdirərək bir-birinin ərazi bütövlüyü və suverenliyini tanıyıblar.
Bu baxımdan tərəflərin bir-birinin ərazi bütövlüyünü və suverenliyini tanımaqla sülhə daha da yaxınlaşdığı hazırkı çox həssas bir vaxtda məqsədli şəkildə nümayiş etdirilən bu qərəzli münasibəti kəskin şəkildə qınayır, ATƏT-i tərəflər arasında davamlı sülhün təşviqinə və insan hüquqlarının təmininə xidmət edən ədalətli mövqe nümayiş etdirməyə çağırırıq",-deyə bəyanatda qeyd olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

1 milyon sakini təxliyə etdilər - Uçuşlar ləğv edilir

1 milyon sakini təxliyə etdilər - Uçuşlar ləğv edilir

Kartlara mədaxil limiti ilə bağlı yeni detallar – ABA açıqladı

Kartlara mədaxil limiti ilə bağlı yeni detallar – ABA açıqladı

Bəzi məhsullar bahalaşacaq – SİYAHI

Bəzi məhsullar bahalaşacaq – SİYAHI

AZAL-dan Naxçıvana səfərə hazırlaşan sərnişinlərə MÜRACİƏT

AZAL-dan Naxçıvana səfərə hazırlaşan sərnişinlərə MÜRACİƏT

Zirzəmidə kartof saxlayanda nə baş verir? – EHTİYATLI olun

Zirzəmidə kartof saxlayanda nə baş verir? – EHTİYATLI olun

Yeni mövsüm başlayır -İlk turun oyunları bəlli oldu

Yeni mövsüm başlayır -İlk turun oyunları bəlli oldu

Bir ildə 100-dən çox kənd yer üzündən silindi – FOTO

Bir ildə 100-dən çox kənd yer üzündən silindi – FOTO

Azərbaycanda ucuz avtomobillər hərraca çıxarılacaq: 600 manatdan BAŞLAYIR – SİYAHI

Azərbaycanda ucuz avtomobillər hərraca çıxarılacaq: 600 manatdan BAŞLAYIR – SİYAHI

Bu məşhur simalar bir-biri ilə qohum imiş - (Fotolar)

Bu məşhur simalar bir-biri ilə qohum imiş - (Fotolar)

Unudulmuş xatirələr əslində silinmirmiş – Alimlərdən milçək üzərində unikal ARAŞDIRMA

Unudulmuş xatirələr əslində silinmirmiş – Alimlərdən milçək üzərində unikal ARAŞDIRMA

Axşam qarpız və yemiş yeməyin zərərləri barədə XƏBƏRDARLIQ

Axşam qarpız və yemiş yeməyin zərərləri barədə XƏBƏRDARLIQ

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

Strateji obyektlərin kibertəhlükəsizliyi ilə bağlı qaydalar hazırlanacaq – FƏRMAN

Strateji obyektlərin kibertəhlükəsizliyi ilə bağlı qaydalar hazırlanacaq – FƏRMAN

Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı - 1500 manat azaldıldı

Tibb Universitetində bu ixtisas üzrə təhsilhaqqı - 1500 manat azaldıldı

Zaur Baxşəliyev efirə qayıdır

Zaur Baxşəliyev efirə qayıdır

Sumqayıtda zavodda FACİƏ: 19 yaşlı oğlan həyatını itirdi

Sumqayıtda zavodda FACİƏ: 19 yaşlı oğlan həyatını itirdi

0 şəkər, 0 kalori: Yaponlar hər gün stəkan-stəkan içirlər

0 şəkər, 0 kalori: Yaponlar hər gün stəkan-stəkan içirlər

Bu gün təyin olunan səfirlər kimdir? – DOSYE

Bu gün təyin olunan səfirlər kimdir? – DOSYE

418 kilometrlik yol sökülür - 60 illik səhv düzəldilir

418 kilometrlik yol sökülür - 60 illik səhv düzəldilir

60 ilin kölgəsi… UZUN ŞAİR

60 ilin kölgəsi… UZUN ŞAİR

Azərbaycan və Ukrayna arasında daha bir Saziş TƏSDİQLƏNDİ

Azərbaycan və Ukrayna arasında daha bir Saziş TƏSDİQLƏNDİ

Məmməd Əhmədzadə Belçikaya səfir TƏYİN EDİLDİ

Məmməd Əhmədzadə Belçikaya səfir TƏYİN EDİLDİ

Vaqif Sadıqov səfir vəzifəsindən geri ÇAĞIRILDI – SƏRƏNCAM

Vaqif Sadıqov səfir vəzifəsindən geri ÇAĞIRILDI – SƏRƏNCAM

Azərbaycanın İsveçrədəki səfiri geri ÇAĞIRILDI - YENİ TƏYİNAT

Azərbaycanın İsveçrədəki səfiri geri ÇAĞIRILDI - YENİ TƏYİNAT

End of content

No more pages to load

RADİO