Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın İsveçrə Konfederasiyasında, eyni zamanda Lixtenşteyn Knyazlığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Dövlət başçısının digər Sərəncamı ilə Fuad Eldar oğlu İsgəndərov Azərbaycanın Polşada fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.
Bizim.Media