Vardanyanın Azərbaycanda “dövlət naziri” təyin olunmasına Bakı niyə susur? – Deputatın ŞƏRHİ

“Təfəkkürünə və digər göstəricilərinə görə ancaq əyalətdə, özü də müvəqqəti istifadəyə yarayan Araik Arutyunyanın beynəlxalq dərəcəli fırıldaqçı Ruben Vardanyana məhz Praqa görüşləri öncəsi “dövlət naziri” postu təklif etməsi elə-belə deyildi. Həmən gün Rusiyanın səfiri Sergey Kopırkin İrəvanda media qarşısına çıxaraq ölkəsinin Ermənistandan üz döndərmədiyini, regionu da tərk etmək niyyətində olmadığını açıqladı ki, hər kəs bu təklifin arxasında kimin durduğunu, nə üçün verildiyini bilsin”. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Millət vəkili Sahib Alıyev səsləndirib.

Deputat qeyd edib ki, Ruben Vardanyanın məhz Moskvanın razılığıyla Qarabağda peyda oduğu kimsəyə sirr deyil. Və əgər Arutyunyan ona de-fakto “baş nazir” vəzifəsi təklif edirsə, bu, həm də o deməkdir ki, Qarabağdakı separatçı rejim üzərində kontrol da artıq tam Moskvanın əlindədir.

Vardanyan nəyə görə beynəlxalq fırıldaqçı adlanır?

Fikirlərini inkişaf etdirən millət vəkili daha sonra bildirib ki, mən Vardanyanı boş yerə beynəlxalq dərəcli fırıldaqçı kimi təqdim etmədim, yəni bu adam o tiplərdəndir ki, hətta çox-çox yüksəkdəkilərin “incə” tapşırıqlarını yerinə yetirəndə belə həmişə öz oynunu da oynayıb.

Yoxsa kasıb bir hay dığasının Rusiyada çox da gəlir vəd etməyən işlə uğraşıb da qısa müddətdə milyarderə çevrilməsi mümkünsüzdü:

“İndi o, Qarabağda da tapşırıq yerinə yetirməklə yanaşı həm də öz oynunu oynayır. Nensi Pelosi, ondan yuxarıda və aşağıda duran demokratların haylara, o sıradan da Qarabağdakılara yardım arzusuyla necə alışıb-yandıqlarını, amma ABŞ-ın dövlət ənənəsində bunu başqalarının əli ilə etməyə üstünlük verildiyini yaxşı bildiyindən bir az pul xərcləməklə milyardlarını qərbin sanksiyalarından qurtarmağa çalışır”.

Vardanyanı şərəfsiz bir yol gözləyir

Sahib Alıyev onu deyib ki, baxmayaraq ona “dövlət naziri” postu təklifinin arxasında Rusiya durur, ən azından bu, ABŞ-dakılara da əl verir. Və təkcə bayaq dediyim səbəbə görə yox, həm də digər amillərə görə Paşinyan və onun komandası da səslərini çıxartmırlar.

Halbuki Vardanyanın gələcəkdə Ermənistanın başına gətirilməsi üçün Qarabağa atıldığını onlar hər kəsdən daha yaxşı anlayırlar:

“Anlayır amma, susurlar. Yəqin Rusiyanın onu qərbin adamlarından ibarət komanda yaratmağa qoymayacağına əmindirlər. Belədə isə ABŞ-ın Ermənistanda get-gedə artan təsirini də nəzərə alaraq demək olar ki, hərbi çevrilişsiz beynəlxalq dərəcəli fırıldaqçının baş nazir olması çox çətindir”.

Vardanyanın təyinatına Paşinyan niyə reaksiya vermədi? 

“Vardanyanın Xankəndində eşələnməsi Paşinyan üçün elə də böyük təhlükə vəd etmir, əksinə onu bir az rahtaladır. Axı o, çoxdandır ölkəsinin deyil, məhz Rusiyanın Qarabağda Azərbaycanla üz-üzə gəlməsinə çalışırdı. Vardanyanın “dövlət naziri” qoyulmasını isə yəqin buna yol açacaq addımlardan biri kimi qiymətləndirir. Zənnimcə, Vaşinqtondakılar da oxşar düşüncədədirlər və onlar da çox istərdilər ki, Azərbaycanla Türkiyəni Rusiya ilə toqquşdursunlar”.

Millət vəkili xatırladıb ki, Vardanyan özü də haradasa bir ay bundan qabaq “Forbes”a verdiyi müsahibədə “Arsax”ın statusu tam dəqiqləşmədiyindən orada hər hansı post tutmaqla Rusiyanı pis vəziyyətdə qoymaq istəmədiyini demişdi: 
“Əgər o, uydurma rejimin “dövlət naziri” vəzifəsinə razılaşacaqsa (cox güman ki, bu haqda açıqlama bəlli səbəbdən Praqa görüşündən sonraya saxlanıb), demək, Rusiya “pis vəziyyətdə qoyulmaq” qərarına gəlinib. Ona görə də Arutyunyana “təyin et”, Vardanyana isə “razı ol” əmri verilib. 

Azərbaycan niyə susur?

Sahib Alıyev qeyd edir ki, Vardanyanın “dövlət naziri” qoyulmaqlığına Azərbaycanda hələlik ciddi reaksiya verilməməsinin isə iki izahı var: 
“Birincisi, bizim üçün Arutyunyan, yaxud da Xankəndindəki uydurma rejimin hər hansı başqa bir üzvü ilə Vardanyan arasında heç bir fərq yoxdur. Heç kimdirlər, müvəqqətidirlər, digər haylar qalıb yaşasalar da, onlar oradan rədd olacaqlar. Bizim üçün önəmli olan beynəlxalq dərəcəli fırıldaqçının “dövlət naziri” təyinatının ardından Rusiyanın Qarabağda hansı addımları atacağıdır. Reaksiya məhz o zaman üzə çıxacaq.

İkincisi, Vardanyandan öncə bəzi hay kökənli varlılar Azərbaycanın işğal altındakı torpaqlarında nəsə tikib, yol salıblar. Bəs, həmən yol indi kimin xidmətindədir? O tikililərin çoxu hardadır? Qoy Vardanyan da Qarabağda nə tikir-tiksin. Hamısı Azərbaycana, etnik kimliyindən asılı olmayaraq Azərbaycan vətəndaşlarına qalacaq”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Narkotik çəkib yük avtomobili sürdü, tutuldu – VİDEO

Narkotik çəkib yük avtomobili sürdü, tutuldu – VİDEO

Ağcabədidə ağır QƏZA: Həkim dünyasını dəyişdi, 4 yaralı var

Ağcabədidə ağır QƏZA: Həkim dünyasını dəyişdi, 4 yaralı var

Tehrandan beynəlxalq uçuşlar bərpa olunur

Tehrandan beynəlxalq uçuşlar bərpa olunur

İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları

İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları

Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda YENİLİK

Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda YENİLİK

"Baharın gəldiyini düşündüyümüz anda qış qayıtdı" - FOTO/VİDEO

"Baharın gəldiyini düşündüyümüz anda qış qayıtdı" - FOTO/VİDEO

Pulunu dollarla saxlayanlara ŞAD XƏBƏR

Pulunu dollarla saxlayanlara ŞAD XƏBƏR

GÜNÜN HAVASI: 24 dərəcə isti olacaq

GÜNÜN HAVASI: 24 dərəcə isti olacaq

BİZİM TƏQVİM:25 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:25 apreldə baş vermiş tarixi hadisələr

La Liqada ayın ƏN YAXŞI məşqçisi açıqlandı

La Liqada ayın ƏN YAXŞI məşqçisi açıqlandı

Tanınmış model indi çörək satır - FOTO

Tanınmış model indi çörək satır - FOTO

Heç bir gün düşünə bilərdiniz ki, ÇİPS FAYDALI OLA BİLƏR?

Heç bir gün düşünə bilərdiniz ki, ÇİPS FAYDALI OLA BİLƏR?

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR

Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR

Bu şəxslərə 2000-6000 manat VERİLƏCƏK

Bu şəxslərə 2000-6000 manat VERİLƏCƏK

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq olub

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq olub

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Qonşu ölkədə benzin BAHALAŞDI

Qonşu ölkədə benzin BAHALAŞDI

Röya Ayxanın keçmiş həyat yoldaşı övladları ilə danışmır? - AÇIQLAMA/VİDEO

Röya Ayxanın keçmiş həyat yoldaşı övladları ilə danışmır? - AÇIQLAMA/VİDEO

Bu ölkədə bütün sosial mediaya qoyulan qadağalar LƏĞV EDİLDİ

Bu ölkədə bütün sosial mediaya qoyulan qadağalar LƏĞV EDİLDİ

ABŞ və İran arasında danışıqların keçiriləcəyi TARİX açıqlandı

ABŞ və İran arasında danışıqların keçiriləcəyi TARİX açıqlandı

Milli Qəhrəman Albert Aqarunovun DOĞUM GÜNÜDÜR

Milli Qəhrəman Albert Aqarunovun DOĞUM GÜNÜDÜR

Brilliant Dadaşova nənə OLDU - FOTO

Brilliant Dadaşova nənə OLDU - FOTO

End of content

No more pages to load

RADİO