Azərbaycan Ombudsmanına beynəlxalq təşkilatlarda XÜSUSİ HÜQUQ veriləcək

Ombudsmanın “A” statusunun bərpa edilməsi təklif olunur.

Bizim.Media xəbər verir ki, bununla bağlı "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Konstitusiya qanununda dəyişikliklər edilir.

Sənəd layihəsinin qeyd hissəsində göstərilir ki, təqdim olunan layihə insan hüquq və azadlıqları sahəsində Azərbaycan Respublikasının dövlət siyasətinin məqsəd və prinsiplərinə xidmət etməklə, Müvəkkilin bu sahədə fəaliyyətinin təkmilləşdirilməsinə və effektivliyinin artırılmasına, beynəlxalq hüquqi sənədlərin implementasiyasına, beynəlxalq təşkilatların tövsiyyələrinin icra edilməsinə və müsbət beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə, bununla da həm ölkəmizin həm də təsisatın beynəlxalq nüfuzunun artırılmasına töhfə vermək məqsədi daşıyır.

Qanun layihəsinin hazırlanmasını zəruri edən əsas şərtlərdən biri BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığının dəstəklədiyi Milli İnsan Hüquqları Təsisatlarının Qlobal Alyansı (GANHRI) tərəfindən Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının statusunun “A”dan “B”yə endirilməsi olub.

“A” statusu Milli İnsan Hüquqları Təsisatlarına (o cümlədən Ombudsman təsisatlarına) Avropa Şurası, Avropa İttifaqı, ATƏT kimi beynəlxalq təşkilatlarda, BMT-nin İnsan Hüquqları Şurasında və müqavilə qurumlarında, eləcə də digər beynəlxalq və regional mexanizmlərdə xüsusi iştirakçı hüququ və söz hüququ verməklə yanaşı, bu statusdan irəli gələn digər üstünlükləri qazandırır.
BMT, eləcə də digər beynəlxalq və regional təşkilatların Baş Assambleya orqanları “A” statuslu Milli İnsan Hüquqları Təsisatlarına onların işlərində iştirakına imkan yaradır ki, bu da öz növbəsində dövlət maraqları baxımından mühüm əhəmiyyət kəsb edir.

“A” statusunun yenidən əldə olunması yuxarıda qeyd olunanlarla yanaşı, ölkəmizin BMT-nin İnsan Hüquqları Şurasının aidiyyəti sessiyalarına yazılı və şifahi bəyanatlar təqdim etmək hüququnu bərpa edəcəkdir ki, bu da post-müharibə dövründə dövlət maraqları baxımından olduqca əhəmiyyət kəsb edir.

Qanun layihəsində təklif edilən bir qrup dəyişikliklər isə ölkədə aparılan islahatlar nəticəsində Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsi, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılması və dövlət büdcəsi vəsaitindən səmərəli istifadənin təmin edilməsi məqsədi ilə hazırlanb.
Bu islahatlar hazırda da davam etdirilməkdədir. Konstitusiya Qanununun göstərilən subyektlərə münasibətdə tətbiqi baxımından yarana biləcək məhdudiyyətlərin qarşısının alınması, bununla da Müvəkkilin insan hüquq və azadlıqlarının müdafiəsi üzrə fəaliyyətinin təmin edilməsi üçün Konstitusiya Qanununun 1.1-ci maddəsində müvafiq dəqiqləşmə aparılmış, eləcə də digər maddələr üzrə fəaliyyət istiqamətləri konkretləşdirilib.

Qeyd olunanlarla yanşı, dövlər qurumlarının təklifləri də nəzərə alınmaqla Konstitusiya Qanunun 1-ci, 5-ci, 8-ci, 12-ci, 13-cü.5-ci maddələri üzrə subyektlərin dairəsi dəqiq müəyyənləşdirilmişdir ki, bu da fəaliyyətin effektivliyinə xidmət edəcəkdir.

Azərbaycan Respublikasının 2008-ci il 2 oktyabr tarixində qoşulduğu “Əlillərin hüquqları haqqında” Konvensiyasının 33.2-ci maddəsində iştirakçı dövlətlər tərəfindən hüquqi və inzibati quruluşlarına müvafiq olaraq bu Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üçün müstəqil mexanizmlərdən ibarət strukturun dəstəklənməsi, möhkəmləndirlməsi, təyin və ya təsis edilməsi nəzərdə tutulub.

Ölkəmizdə Konvensiyanın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üçün müstəqil mexanizm funksiyalarının Ombudsman tərəfindən həyata keçirilməsi dövlət səviyyəsində də məqsədəmüvafiq hesab edilmiş və razılaşdırılmışdır. Hökumətin təqdim etdiyi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanan dövlət hesabatlarında da Müvəkkil “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsinin təşviqi, müdafiəsi və monitorinqi üzrə müstəqil mexanizm olaraq təqdim olunub.

Qeyd olunanlarla yanaşı, uşaq hüquqları sahəsində preventiv tədbirlərin həyata keçirilməsi, bu hüquqların təşviqi, müdafiəsi və təmini vəziyyətinin monitorinqi, eləcə də pozulmuş hüquqların bərpası sahəsində Ombudsmanın fəaliyyətinin effektivliyinin artırılması məqsədilə (BMT-nin Uşaq Hüquqları Komitəsinin və digər beynəlxalq təşkilatların tövsiyələri də nəzərə alınmaqla) zəruri mexanizmin təşkili üçün Konstitusiya Qanununa yeni müddaların əlavə edilməsi zərurəti yaranıb.
Qeyd olunanları və xarici ölkələrin bu sahədə təcrübəsini nəzərə alaraq, Konstitusiya Qanununa “Əlilliyi olan şəxslərin hüquqları haqqında Konvensiya”nın, “Uşaq hüquqları haqqında Konvensiya”nın həyata keçirilməsinin, bərabərlik hüququnun təmin edilməsinin və ayrı-seçkiliyin qarşısının alınmasının təşviqi və monitorinqi üzrə müstəqil mexanizm funksiyalarının tətbiqini nəzərdə tutan digər müddalar da təklif edilir.

Qanun layihəsində Konstitusiya Qanununa 13-2 və 13-3-cü maddələri əlavə edilməsi təklifi bu istiqamətlər üzrə dövlət siyasətinin səmərəli təşkili, BMT çərçivəsində qoyulan tələblərin icrası və Ombudsmanın “A” statusunun bərpası məqsədi ilə irəli sürülüb.
Konstitusiya Qanununun 16-cı maddəsi Müvəkkilinin sosial, maliyyə və digər təminatlarını nəzərdə tutur. Beynəlxalq təcrübə də nəzərə alınmaqla 16-cı maddəyə təklif edilən dəyişikliklər Konstitusiya Qanununa dövri dəyişikliklərin edilməsi zərurətini aradan qaldırmaqla, bu sahədə yaranan münasibətlərin günün tələblərinə uyğun tənzimlənməsinə imkan verir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Narkotik çəkib yük avtomobili sürdü, tutuldu – VİDEO

Narkotik çəkib yük avtomobili sürdü, tutuldu – VİDEO

Ağcabədidə ağır QƏZA: Həkim dünyasını dəyişdi, 4 yaralı var

Ağcabədidə ağır QƏZA: Həkim dünyasını dəyişdi, 4 yaralı var

Tehrandan beynəlxalq uçuşlar bərpa olunur

Tehrandan beynəlxalq uçuşlar bərpa olunur

İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları

İbn Sinanın tövsiyə etdiyi meyvə: əncirin faydaları

Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda YENİLİK

Diplomatik xidmətə qəbul üzrə müsabiqəyə qeydiyyatda YENİLİK

"Baharın gəldiyini düşündüyümüz anda qış qayıtdı" - FOTO/VİDEO

"Baharın gəldiyini düşündüyümüz anda qış qayıtdı" - FOTO/VİDEO

Pulunu dollarla saxlayanlara ŞAD XƏBƏR

Pulunu dollarla saxlayanlara ŞAD XƏBƏR

GÜNÜN HAVASI: 24 dərəcə isti olacaq

GÜNÜN HAVASI: 24 dərəcə isti olacaq

BİZİM TƏQVİM:25 apreldə baş vermiş tarixi hadisələr

BİZİM TƏQVİM:25 apreldə baş vermiş tarixi hadisələr

La Liqada ayın ƏN YAXŞI məşqçisi açıqlandı

La Liqada ayın ƏN YAXŞI məşqçisi açıqlandı

Tanınmış model indi çörək satır - FOTO

Tanınmış model indi çörək satır - FOTO

Heç bir gün düşünə bilərdiniz ki, ÇİPS FAYDALI OLA BİLƏR?

Heç bir gün düşünə bilərdiniz ki, ÇİPS FAYDALI OLA BİLƏR?

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

May ayının bu günlərində İŞ OLMAYACAQ - DƏYİŞİKLİK

Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR

Siqaretdən 10 qat daha zərərli: HƏR EVDƏ VAR

Bu şəxslərə 2000-6000 manat VERİLƏCƏK

Bu şəxslərə 2000-6000 manat VERİLƏCƏK

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq olub

Gəncədə 35 yaşlı kişi xəstəxanalıq olub

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Məşhur müğənni Ərdoğana görə istintaqa çağırıldı

Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Makron: Tramp, Putin və Si Cinpin Avropanın DÜŞMƏNLƏRİDİR

Qonşu ölkədə benzin BAHALAŞDI

Qonşu ölkədə benzin BAHALAŞDI

Röya Ayxanın keçmiş həyat yoldaşı övladları ilə danışmır? - AÇIQLAMA/VİDEO

Röya Ayxanın keçmiş həyat yoldaşı övladları ilə danışmır? - AÇIQLAMA/VİDEO

Bu ölkədə bütün sosial mediaya qoyulan qadağalar LƏĞV EDİLDİ

Bu ölkədə bütün sosial mediaya qoyulan qadağalar LƏĞV EDİLDİ

ABŞ və İran arasında danışıqların keçiriləcəyi TARİX açıqlandı

ABŞ və İran arasında danışıqların keçiriləcəyi TARİX açıqlandı

Milli Qəhrəman Albert Aqarunovun DOĞUM GÜNÜDÜR

Milli Qəhrəman Albert Aqarunovun DOĞUM GÜNÜDÜR

Brilliant Dadaşova nənə OLDU - FOTO

Brilliant Dadaşova nənə OLDU - FOTO

End of content

No more pages to load

RADİO