Rusiya ordusu Ukraynanın Zaporojye şəhərinə idarəolunan aviasiya bombası ilə zərbə endirib.
Bizim.Media “RBC.ua”ya istinadla xəbər verir ki, bu barədə Zaporojye vilayət hərbi administrasiyasının rəhbəri İvan Fedorov məlumat yayıb.
Hücum nəticəsində 24 nəfər yaralanıb. Onlardan ikisi uşaqdır.
Bundan əlavə, zərbə nəticəsində avtomobillər yanıb, fərdi yaşayış evinə ziyan dəyib.
Bizim.Media