ATƏT-in tədbirində "Göyçə Azərbaycandır" sözü erməniləri təşvişə saldı - VİDEO

26 sentyabr tarixində Polşanın paytaxtı Varşava şəhərində "ATƏT-in İnsani Dəyərlərin Qiymətləndirilməsi Konfransı" öz işinə başlayıb. 

Bizim.Media xəbər verir ki, konfransda ATƏT üzvü olan ölkələrin nümayəndələri – səfirlər, diplomatlar, beynəlxalq təşkilatların rəhbərləri, habelə hüquq müdafiəçiləri və ictimai-siyasi fəallar iştirak edirlər.

Tədbirdə iştirak edən ASGA sədri, 7NEWS.az saytının baş redaktoru Səbuhi Abbasov ATƏT-ə üzv olan dövlətləri erməni vandalizminə qarşı mübarizəyə səsləyib: 

"Azərbaycan bütün azadlıqların, o cümlədən də din azadlığının yüksək səviyyədə təmin olunduğu tolerant ölkədir. Bəli, bu gün ölkəmizdə bütün azadlıqlar - mətbuat, söz, sərbəst toplaşmaq, o cümlədən, vicdan azadlığı təmin edilib. Azərbaycanda bütün xalqların, bütün konfessiyaların, dinlərin nümayəndələri bir ailə kimi yaşayırlar. Heç vaxt ölkəmizdə dini zəmində heç bir qarşıdurma olmayıb.

Azərbaycan eyni zamanda, beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsinə öz mühüm tövhəsini verib. Təsadüfi deyil ki, son illərdə ölkəmiz dünyanın multikulturalizm mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, humanitar və mədəniyyətlərarası dialoq forumları, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar Azərbaycan reallığıdır.

Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası olaraq mütəmadi şəkildə slavyan xalqlarının nümayəndələri ilə birgə tədbirlər, layihələr həyata keçirir, problemlərini öyrənir və həllinə nail oluruq.

Hal-hazırda bu sahədə ən böyük problem erməni işğalından azad olan ərazisində dini abidələrin bərpası məsələsidir. 30 il ərzində Ermənistan tərəfindən işğal edilən ərazilərdə bir dini, mədəni abidə salamat qalmayıb, məscidləri donuz fermasına çevirmişdilər. Hal-hazırda Azərbaycan höküməti onların bərpasını xüsusi proqramla həyata keçirir.
Eyni zamanda, anadan olduğum qədim Azərbaycan torpağı olan Göyçə mahalında da bir dənə olsun Azərbaycan xalqına aid dini abidə qalmayıb, hamısı darmadağın edilib. Bütün dünya ictimaiyyətini bu məsələdə aktiv olmağa, Erməni vandalizminə yox deməyə çağırıram. Göyçə Azərbaycandır, Qarabağ Azərbaycandır və nida. Diqqətinizə görə təşəkkür edirəm."

Məlumat üçün qeyd edək ki, Səbuhi Abbasov ATƏT-in yüksək səviyyəli konfransında rəhbərlik etdiyi qurumun daxili imkanları hesabına iştirak edir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Pezeşkian İran vətəndaşlarına: "Elektrik enerjisindən istifadəni azaldın"

Pezeşkian İran vətəndaşlarına: "Elektrik enerjisindən istifadəni azaldın"

İran ordusu ABŞ-a XƏBƏDARLIQ ETDİ: Güclü cavab verəcəyik...

İran ordusu ABŞ-a XƏBƏDARLIQ ETDİ: Güclü cavab verəcəyik...

Çernobıl əlillərinə avtomobil verildi - FOTO

Çernobıl əlillərinə avtomobil verildi - FOTO

İlham Əliyev: "Bunlar çox güclü siyasi sənədlərdir..."

İlham Əliyev: "Bunlar çox güclü siyasi sənədlərdir..."

"Neftçi" və "Qarabağ" azarkeşlərə ÇAĞIRIŞ ETDİ: Hər birimizə yaraşan rəqiblərə ehtiram göstərməkdir!

"Neftçi" və "Qarabağ" azarkeşlərə ÇAĞIRIŞ ETDİ: Hər birimizə yaraşan rəqiblərə ehtiram göstərməkdir!

Yevlaxda kişini ilan sancdı - təcili BAKIYA göndərildi

Yevlaxda kişini ilan sancdı - təcili BAKIYA göndərildi

Azərbaycan və Ukrayna arasında 6 SƏNƏD İMZALANIB

Azərbaycan və Ukrayna arasında 6 SƏNƏD İMZALANIB

Bakıda “Oxu Günü – 11 Kitab Festivalı”nın təntənəli açılış mərasimi keçirildi

Bakıda “Oxu Günü – 11 Kitab Festivalı”nın təntənəli açılış mərasimi keçirildi

"Dəli Kür" sakitləşməyə başlayır: Zərdabda son vəziyyət – VİDEO

"Dəli Kür" sakitləşməyə başlayır: Zərdabda son vəziyyət – VİDEO

Kamçatkada 5,5 maqnitudalı ZƏLZƏLƏ

Kamçatkada 5,5 maqnitudalı ZƏLZƏLƏ

"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"

"Tanışlıqdan 10 gün sonra evlilik təklifi etdi"

Sarsılmaz iradəyə sahib olan insanların 4 doğum tarixi

Sarsılmaz iradəyə sahib olan insanların 4 doğum tarixi

Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır

Hesablama Palatası: Dövlət qurumları nasaz avtomobilləri sığortalayır

Alyaska sahillərində güclü ZƏLZƏLƏ oldu

Alyaska sahillərində güclü ZƏLZƏLƏ oldu

İntensiv yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

İntensiv yağış yağacaq, dolu düşəcək – XƏBƏRDARLIQ

Süni intellekt “yalan danışır”? – Alimlərdən risklər barədə XƏBƏRDARLIQ

Süni intellekt “yalan danışır”? – Alimlərdən risklər barədə XƏBƏRDARLIQ

Azərbaycan duz istehsalını ARTIRIB

Azərbaycan duz istehsalını ARTIRIB

Tək analığa meyillənmə - Kişilərdən niyə İMTİNA EDİRLƏR?

Tək analığa meyillənmə - Kişilərdən niyə İMTİNA EDİRLƏR?

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB: “Məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir!”

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB: “Məsuliyyətsiz bəyanatlar qəbuledilməzdir!”

Qidaları dondurucuda saxlamağın təhlükəsiz YOLLARI

Qidaları dondurucuda saxlamağın təhlükəsiz YOLLARI

Şəkidə hərəkətdə olan yük avtomobili yandı – VİDEO

Şəkidə hərəkətdə olan yük avtomobili yandı – VİDEO

Naxçıvanda ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Naxçıvanda ağır QƏZA: Xəsarət alanlar var – FOTO

Rusiyada müəllim azərbaycanlı uşağın fotosunu paylaşıb təhqir etdi – FOTO

Rusiyada müəllim azərbaycanlı uşağın fotosunu paylaşıb təhqir etdi – FOTO

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər SAXLANILDI

Cinayət törətməkdə şübhəli bilinən 54 nəfər SAXLANILDI

End of content

No more pages to load

RADİO