“ABŞ normallaşma prosesinə dəstək verməyə hazırdır” - Filip Riker 

14 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Filip Riker arasında görüş keçirilib. 

XİN-dən Bizim.Media-ya verilən xəbərə görə, görüş zamanı tərəflər bölgədə mövcud olan gərgin vəziyyəti və normallaşma prosesinə qayıtmaq üçün mümkün addımları müzakirə ediblər. 

Nazir Ceyhun Bayramov Ermənistanın genişmiqyaslı təxribatları nəticəsində sərhədboyu ərazilərdə baş verən toqquşmalar, son bir neçə ay ərzində Ermənistan tərəfinin destruktiv addımları barədə ətraflı məlumat verib.
13 sentyabr tarixində əldə edilmiş atəşkəsin bir neçə saat sonra Ermənistan tərəfindən pozulduğu və mövqelərimizin intensiv atəşə tutulduğunu bildirib. Nazir Azərbaycanın bölgədə post-münaqişə dövründə yenidənqurma işləri həyata keçirdiyi və sülh təşəbbüsləri ilə çıxış etdiyini, bununla da vəziyyətin gərginləşməsində maraqlı olmadığını vurğulayıb. 

Nazir Ermənistanın əldə edilmiş razılıqlar çərçivəsində öhdəliklərini yerinə yetirməsinin, erməni silahlı birləşmələrinin Azərbaycan ərazisindən tam çıxarılmasının və təxribatlara son verməsinin vacib olduğunu qarşı tərəfin diqqətinə çatdırıb. 
İki ölkə sərhədində yaşanan gərginlikdən narahatlıq ifadə edən Filip Riker vəziyyətin sabitləşməsinin vacibliyini vurğulayıb.

O, bütün fikir ayrılıqlarının siyasi və diplomatik yolla həllinin tərəfdarı olduqlarını və ABŞ tərəfinin normallaşma prosesinə bütün vasitələrlə dəstək verməyə hazır olduğunu bildirib. 

Görüş zamanı, həmçinin normallaşma prosesinin müxtəlif aspektləri, bu istiqamətdə zəruri addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

Meksikada 7,4 bal gücündə zəlzələ oldu

“Beşiktaş” Salahla danışıqlara başladı

“Beşiktaş” Salahla danışıqlara başladı

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Gəncədə qadın boşanmaq üstündə ərini maşınla vurdu

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Dənizə getmək istəyənlər üçün ÇİMƏRLİK HAVASI

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Şuşada Vaqif Poeziya Günlərinin açılış mərasimi keçirildi - VİDEO

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

Xaricdən diri heyvan gətirənlərin nəzərinə: AQTA daşınma qaydaları ilə bağlı xəbərdarlıq etdi

“Qarabağ”ın legioneri Avstriya klubuna keçir?

“Qarabağ”ın legioneri Avstriya klubuna keçir?

Dövlət Komitəsi konfrans iştirakçıları üçün mediatur təşkil etdi - FOTO

Dövlət Komitəsi konfrans iştirakçıları üçün mediatur təşkil etdi - FOTO

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Türkiyədə Trampa sui-qəsd hazırlanıb? - Araşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Bəzi şəxslər üçün baş mühasib olma qaydası asanlaşdırıldı

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

Esra Ezmeci Xoşqədəm Hidayətqızının yerinə gəlir?

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

FİFA Azərbaycan klubuna transfer qadağası qoydu

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

690 bal toplayan Zamin Kərimov: " Çox çalışmışam, telefondan da uzaq qalmamışam"

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Hərbi Prokurorluqda əməliyyat müşavirəsi olub - FOTO

Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

Azad olunmuş ərazilərdə torpaq alan qaliblər müəyyənləşdi – SMS göndərildi

Bağçalarda dövlət dəstəyinin AYLIQ MƏBLƏĞİ məlum oldu

Bağçalarda dövlət dəstəyinin AYLIQ MƏBLƏĞİ məlum oldu

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTO

Azərbaycanda 5 ölkənin iştirakı ilə hərbi təlim keçiriləcək - FOTO

Bağça müəllimləri üçün vakansiya seçiminin vaxtı UZADILDI

Bağça müəllimləri üçün vakansiya seçiminin vaxtı UZADILDI

Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı – ANBAAN VİDEO

Saç kəsimini bəyənmədiyi üçün bərbəri bıçaqladı – ANBAAN VİDEO

Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

Beynəlxalq Türk Dövlətləri Universitetində 50 təqaüd yeri ayrılması planlaşdırılır

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

"Evdə Tək"in "Göyərçinli Qadın"ı dünyasını dəyişdi – FOTO

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

Püşkatma oldu- “Qarabağ”ın oyununun yeri dəyişdi

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

“Hədəfimiz 5 universiteti dünyanın ilk 500-lüyünə çıxarmaqdır” - Bahadır Turayev

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

Bakı metrosunda yeni ventilyatorlar quraşdırıldı – VİDEO

End of content

No more pages to load

RADİO