Prezident və birinci xanım Müslüm Maqomayevin xatirə gecəsinə qatılıblar - FOTO-VİDEO

Avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Xatirə gecəsində ulu öndər Heydər Əliyevin Müslüm Maqomayev haqqındakı fikirlərini əks etdirən fraqmentlər nümayiş olunub.

Sonra Müslüm Maqomayevin “Odlar Yurdu Azərbaycan” mahnısı səsləndirilib.

Daha sonra Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov, Dinarə Əliyeva, Elçin Əzizov, Emin Ağalarov, Samir Cəfərov, Əməkdar artist Azər Rza, Başqırdıstan Respublikasının Xalq artisti Askar Abdrazakov, Gürcüstanın Xalq artistləri Nani Breqvadze, Vaxtanq Kikabidze, italiyalı tenor, dünyaşöhrətli müğənni Alessandro Safina, Nürnberq Opera Teatrının solisti, vokalçıların Müslüm Maqomayev adına birinci beynəlxalq müsabiqəsinin laureatı Cavid Səmədov, Rusiyanın Əməkdar artisti Yana Melikayeva və digər ifaçılar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etdilər. Eləcə də Müslüm Maqomayevin repertuarından əsərlər səsləndirildi, görkəmli müğənni haqqında videoçarxlar nümayiş olundu.

Konsertdən sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya səhnəyə gələrək ifaçılarla görüşüblər.

 



Xatirə gecəsində çıxış edən Prezident İlham Əliyev bildirib:

"Bu gün unudulmaz bir gündür. Bu gün səhər əziz Müslümün şəhərimizin ən gözəl yerlərindən birində - bulvarda abidəsini açdıq. Onu da bildirməliyəm ki, bu günə qədər bulvarda heç bir abidə olmamışdır. Birinci abidə Müslümün şərəfinə qoyulub və bu, təbiidir. Çünki bulvar şəhərimizin gözüdür. Bulvar Müslümün də ən sevimli yeri olmuşdur. Bu gün bu abidə bir daha onu göstərir ki, Azərbaycan xalqı Müslümü nə qədər sevirdi və o, bu sevgiyə nə qədər layiq idi.

Bu gün bizim incəsənət ustaları bizə gözəl bir hədiyyə bəxş etmişlər. Mən əminəm ki, bu konserti dinləyən hər kəs böyük zövq almışdır. Müslümün unudulmaz siması bir daha gözümüzün önündən keçdi. Onu yaxından tanıyanlar bir daha gördülər ki, o, nə qədər böyük sənətkar, nə qədər gözəl insan idi.
Bugünkü konsertin bütün iştirakçılarına təşəkkür etmək istərdim.

Biz bu gün səhərdən Müslümün gününü qeyd edirik. Şəhərin ən gözəl yerində, Dənizkənarı Bulvarda, unudulmaz “Mavi əbədiyyət” mahnısında tərənnüm etdiyi, hamımızın çox sevdiyi Xəzər dənizinin fonunda Müslümun möhtəşəm abidəsi ucalır, onun gözəlliyini, istedadını, qamətini, məğrur simasını, ləyaqətini təcəssüm etdirir.

Bu gün biz abidəni açarkən mən dedim ki, indi səslənən “Əlvida, Bakı” mahnısı vəfatından az öncə onun tərəfindən yazılıb və mən onu ilk dəfə Bakıda, Filarmoniyanın binasında keçirilən Müslümlə vidalaşma mərasimində dinlədim, o, mənə çox təsir etdi. Çünki o, şəhərlə, dostları ilə, həyatı ilə vidalaşırdı.

Bu mahnını yazmağın ona necə çətin olduğunu, onun hansı hisslər keçirdiyini yalnız təxmin etmək olar. Əlbəttə, bu barədə danışarkən mən dedim, burada ucalan bu abidə onu göstərir ki, Bakı onunla heç vaxt vidalaşmayıb və heç bir zaman vidalaşmayacaq. O, bizimlədir.

Mən bizim ifaçılara təşəkkür etmək istəyirəm. Əminəm ki, bu gün Azərbaycan ifaçılarının gözəl səsləri hamımızı heyran etdi. Bu, bizim fəxrimizdir. Bu, onu göstərir ki, Müslümün yaradıcılığı yaşayır və xalqımızın nəsil-nəsil nümayəndələri yaradıcılıqda zirvəyə ucalır. Bu gün biz Müslümlə onun bütün həyatı boyu fəxr etdiyimiz kimi, bugünkü gözəl ifaçılarımızla da fəxr edirik.
Əlbəttə, mən dost ölkələrdən gələn bizim əziz, sevimli qonaqlarımıza xüsusi təşəkkür etmək istərdim. Bu gün bizimlə olduğunuza, Müslümə olan sevginizə, onun haqqında xatirələrinizə, ona münasibətinizə görə sizə təşəkkür edirəm. Bu gün unudulmaz gündür. Biz əziz dostumuzu, qardaşımızı, Azərbaycan xalqının böyük oğlunu bir daha xatırlayaraq deyirik ki, Müslüm həmişə bizimlədir. Bu gün Nani xanım bu barədə mahnı oxudu. Hörmətli Vaxtanq ölkəmizə həsr edilən gözəl mahnı və ecazkar popurri ifa etdi. Bu gün çıxış edən bütün ifaçılarımız Müslüm obrazından ruhlanmışdı.

Hamıya Allahdan cansağlığı, bütün ölkələrə, xalqlara firavanlıq arzu edirəm. Yaşasın Azərbaycan. Sağ olun".

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. O, ilk dəfə səhnəyə 14 yaşında çıxıb. 1960-70-ci illərdə Müslüm Maqomayevin şöhrəti artıq bütün dünyaya yayılmışdı. Həmin dövrdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, İtaliyanın dünyaşöhrətli “La Skala” teatrında təcrübə keçib.

31 yaşında SSRİ Xalq artisti adına layiq görülüb. Onun repertuarında 600-dək əsər var. Müslüm Maqomayev həm də gözəl mahnılar müəllifidir. Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı isə ölkəmizə ithaf edilmiş ən gözəl əsərlərdən biridir.

Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.

Qeyd edək ki, avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında unudulmaz sənətkar Müslüm Maqomayevin abidəsinin açılışı olub.

*** 22.20

Avqustun 17-də “Yaşıl Teatr” Bakı Konsert Kompleksində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə dünyaşöhrətli opera və estrada müğənnisi, bəstəkar, SSRİ-nin və Azərbaycanın Xalq artisti Müslüm Maqomayevin 80 illik yubileyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva tədbirdə iştirak ediblər.

Xatirə gecəsində ulu öndər Heydər Əliyevin Müslüm Maqomayev haqqındakı fikirlərini əks etdirən fraqmentlər nümayiş olunub. Sonra Müslüm Maqomayevin “Odlar Yurdu Azərbaycan” mahnısı səsləndirilib.
Daha sonra Azərbaycan Respublikasının Xalq artistləri Azər Zeynalov, Dinarə Əliyeva, Elçin Əzizov, Emin Ağalarov, Samir Cəfərov, Əməkdar artist Azər Rza, Başqırdıstan Respublikasının Xalq artisti Askar Abdrazakov, Gürcüstanın Xalq artistləri Nani Breqvadze, Vaxtanq Kikabidze, italiyalı tenor, dünyaşöhrətli müğənni Alessandro Safina, Nürnberq Opera Teatrının solisti, vokalçıların Müslüm Maqomayev adına birinci beynəlxalq müsabiqəsinin laureatı Cavid Səmədov, Rusiyanın Əməkdar artisti Yana Melikayeva və digər ifaçılar Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərlərini ifa etdilər.

Eləcə də Müslüm Maqomayevin repertuarından əsərlər səsləndirildi, görkəmli müğənni haqqında videoçarxlar nümayiş olunub.

Konsertdən sonra Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və unudulmaz sənətkarın ömür-gün yoldaşı, SSRİ Xalq artisti, məşhur opera müğənnisi Tamara Sinyavskaya səhnəyə gələrək ifaçılarla görüşüblər. Prezident İlham Əliyev xatirə gecəsində çıxış edib.

Qeyd edək ki, Müslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakıda anadan olub. O, ilk dəfə səhnəyə 14 yaşında çıxıb. 1960-70-ci illərdə Müslüm Maqomayevin şöhrəti artıq bütün dünyaya yayılmışdı.

Həmin dövrdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olub, İtaliyanın dünyaşöhrətli “La Skala” teatrında təcrübə keçib. 31 yaşında SSRİ Xalq artisti adına layiq görülüb. Onun repertuarında 600-dək əsər var. Müslüm Maqomayev həm də gözəl mahnılar müəllifidir.

Xalq şairi Nəbi Xəzrinin sözlərinə bəstələdiyi və dillər əzbəri olan əzəmətli "Azərbaycan" mahnısı isə ölkəmizə ithaf edilmiş ən gözəl əsərlərdən biridir.

Müslüm Maqomayevin milli musiqi mədəniyyətimizin inkişafındakı xidmətləri hər zaman yüksək qiymətləndirilib və o, müstəqil Azərbaycan Respublikasının ali mükafatları – "Şöhrət" və "İstiqlal" ordenləri ilə təltif edilib.
Qeyd edək ki, avqustun 17-də Bakının Dənizkənarı Milli Parkında unudulmaz sənətkar Müslüm Maqomayevin abidəsinin açılışı olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Çexiyanın Baş naziri Avropa İttifaqından kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO

Çexiyanın Baş naziri Avropa İttifaqından kənara ilk rəsmi səfərini Azərbaycana edir - FOTO

İnsanları Suriyada silahlı münaqişələrə cəlb edən şəxsə hökm oxundu

İnsanları Suriyada silahlı münaqişələrə cəlb edən şəxsə hökm oxundu

Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO

Ukrayna Krımda Rusiyanın mühüm hərbi hədəflərinə zərbə endirdi - FOTO

Keniyalı atletdən yeni dünya REKORDU

Keniyalı atletdən yeni dünya REKORDU

Hava bu insanlar üçün əlverişsiz olacaq

Hava bu insanlar üçün əlverişsiz olacaq

Tbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirildi - TƏFƏRRÜAT

Tbilisidə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirildi - TƏFƏRRÜAT

Bugünkü imtahanın nəticələri bu tarixdə elan ediləcək

Bugünkü imtahanın nəticələri bu tarixdə elan ediləcək

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Müdafiə Nazirliyindən həftəlik icmal - VİDEO

Azərbaycan Prezidenti: “Bu mükafata layiq görülmək böyük şərəfdir”

Azərbaycan Prezidenti: “Bu mükafata layiq görülmək böyük şərəfdir”

“Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir” - İlham Əliyev

“Azərbaycan bu gün sülh şəraitində yaşamağın nə olduğunu öyrənir” - İlham Əliyev

Qəzzanın cənubunda “İslami Cihad”ın istifadə etdiyi tunel məhv edildi - VİDEO

Qəzzanın cənubunda “İslami Cihad”ın istifadə etdiyi tunel məhv edildi - VİDEO

İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü

İlham Əliyev “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görüldü

Zelenski Sandu ilə görüşdü - VİDEO

Zelenski Sandu ilə görüşdü - VİDEO

Makron: “Avropa İttifaqı NATO-dan daha güclüdür”

Makron: “Avropa İttifaqı NATO-dan daha güclüdür”

Ukrayna cəbhədə səgərləri robotlarla əvəz edir

Ukrayna cəbhədə səgərləri robotlarla əvəz edir

İsrail ordusu Livanın cənubunda “Hizbullah” obyektlərini vurdu - FOTO/VİDEO

İsrail ordusu Livanın cənubunda “Hizbullah” obyektlərini vurdu - FOTO/VİDEO

Zelenski: “Daha üç ölkə bizə silah tədarük edəcək”

Zelenski: “Daha üç ölkə bizə silah tədarük edəcək”

Yollarda görünüş 300 metrədək məhdudlaşacaq

Yollarda görünüş 300 metrədək məhdudlaşacaq

İran Hörmüz boğazı ilə bağlı qərarını dəyişməyəcək

İran Hörmüz boğazı ilə bağlı qərarını dəyişməyəcək

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 28.4 m/san-dək güclənəcək

Bakıda və Abşeron yarımadasında küləyin sürəti 28.4 m/san-dək güclənəcək

Ukrayna Ali Radasının Komitə sədri: “Biz bilirik ki, Azərbaycana güvənə bilərik” – EKSKLÜZİV

Ukrayna Ali Radasının Komitə sədri: “Biz bilirik ki, Azərbaycana güvənə bilərik” – EKSKLÜZİV

Bu gün 55 mindən çox şagird buraxılış imtahanı VERDİ

Bu gün 55 mindən çox şagird buraxılış imtahanı VERDİ

Türkiyənin şərqində qəza: 16 nəfər yaralandı

Türkiyənin şərqində qəza: 16 nəfər yaralandı

8 yaşlı uşaq anasının hesabından fırıldaqçılara çoxlu pul köçürdü - FOTO

8 yaşlı uşaq anasının hesabından fırıldaqçılara çoxlu pul köçürdü - FOTO

End of content

No more pages to load

RADİO