Hikmət Hacıyev Veteranlar Təşkilatının iclasında iştirak edib - FOTO

Yanvarın 16-da Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirilib.

Bizim.Media xəbər verir ki, gündəliyə uyğun olaraq, iclasda Respublika Veteranlar Təşkilatının fəaliyyətinin gücləndirilməsi barədə məsələ müzakirə edilib.

İclası giriş sözü ilə təşkilatın sədri, ehtiyatda olan general-polkovnik Tofiq Ağahüseynov açaraq qurumun fəaliyyəti barədə məlumat verib.

Prezidentin köməkçisi Hikmət Hacıyev iclasda çıxış edərək Respublika Veteranlar Təşkilatının ölkənin ictimai-siyasi həyatındakı, o cümlədən müharibə, əmək və silahlı qüvvələr veteranlarının problemlərinin həll olunmasındakı rolunu vurğulayıb, bu kateqoriyadan olan insanların dövlət qayğısı ilə əhatə edildiyini bildirib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən veteranlara göstərilən dövlət qayğısının yeni səviyyəyə qalxdığını, Respublika Veteranlar Təşkilatına müasir standartlara tam cavab verən inzibati binanın ayrıldığını, müharibə veteranlarına verilən birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırıldığını, veteranların mənzil və digər problemlərinin həll olunduğunu qeyd edib.

Hikmət Hacıyev ötən əsrin 90-cı illərinədək veteran ifadəsi dedikdə, ilk növbədə, Böyük Vətən müharibəsində iştirak edən bir qədər yaşlı insanların yada düşdüyünü, lakin həmin ifadənin əvvəlcə Birinci Qarabağ müharibəsində, daha sonra isə 44 günlük Vətən müharibəsində gəncləşdiyini vurğulayıb.

O, Respublika Veteranlar Təşkilatının üzərinə yeni vəzifələrin düşdüyünü, Qarabağ uğrunda bütün döyüşlərdə iştirak etmiş şəxslərin də bu qurumun fəaliyyətinə cəlb olunmasının, onları narahat edən məsələlərin həll olunmasının vacibliyini qeyd edib.

Prezidentin köməkçisi Respublika Veteranlar Təşkilatının yeni gənc veteranlarla körpü rolu oynayacağına, onlarla daim bağlantı yaradacağına ümid edərək, təşkilatda təmsil olunan ağsaqqal və ağbirçək veteranların məsləhətlərinə hər zaman ehtiyac olduğunu diqqətə çatdırıb.

Hikmət Hacıyev Respublika Veteranlar Təşkilatının qarşısında ciddi vəzifələrin durduğunu diqqətə çatdırıb, qurumun yerlərdə fəaliyyətinin gücləndirilməsinin, veteranları narahat edən problemlərin öyrənilərək müvafiq qurumların diqqətinə çatdırılmasının, beynəlxalq veteranlar təşkilatları ilə əlaqələrin genişləndirilməsinin, veteranlarla iş sahəsində beynəlxalq təcrübənin öyrənilərək tətbiq edilməsinin vacibliyini vurğulayıb.

O, ölkə başçısının müvafiq Fərmanı ilə bir neçə gün öncə yerli icra hakimiyyətlərində Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin yaradıldığını qeyd edərək, Veteranlar Təşkilatının həmin şöbələrlə əməkdaşlığının əhəmiyyətini bildirib.

Rəyasət Heyətinin üzvləri çıxış edərək təşkilatın 2020-ci il üzrə fəaliyyətini yüksək qiymətləndirib, veteranların sosial-hüquqi müdafiəsinin gücləndirilməsi, gənclərin hərbi vətənpərvərlik, dövlətçilik ruhunda tərbiyəsinin təşkili və s. istiqamətlərdə gördükləri işləri qənaətbəxş hesab ediblər.

Daha sonra Respublika Veteranlar Təşkilatının sədri T.Ağahüseynovun səhhəti ilə əlaqədar qurumun gündəlik fəaliyyəti ilə bağlı bəzi məsələlərin daha operativ həllində çətinliklərin yarandığı qeyd olunub, onun vəzifəsindən azad olunması məqsədəuyğun hesab edilib.

Rəyasət Heyətinin üzvləri tərəfindən təşkilatın sədri vəzifəsinin icrasının İkinci Dünya müharibəsi veteranı, Prezident təqaüdçüsü Fatma Səttarovaya həvalə edilməsi təklif olunub. Hər iki təklif səsə qoyularaq yekdilliklə qərar qəbul edilib.

Sonda Fatma Səttarova və Rəyasət Heyətinin digər üzvləri Respublika Veteranlar Təşkilatına göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə səmimi təşəkkürlərini çatdırıb, təmsil olunduqları qurumun ölkə başçısının çağırışlarına cavab verməsi üçün bütün bilik və bacarıqlarını sərf edəcəklərini bildiriblər. (Azərtac)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

Ötən gün dünyada nələr baş verib? – XRONİKA

Dövlətə xəyanət edən şəxsə 16 il həbs cəzası verildi

Dövlətə xəyanət edən şəxsə 16 il həbs cəzası verildi

Subbakalavrların qeydiyyatı başladı

Subbakalavrların qeydiyyatı başladı

Ağgöldə lalə dənizi... – FOTO

Ağgöldə lalə dənizi... – FOTO

AVROPANIN LƏKƏLİ ÜZÜ...

AVROPANIN LƏKƏLİ ÜZÜ...

Bennett: “Hər ay HƏMAS-a çamadanlarla 30 milyon dollar nağd pul göndərilirdi” – VİDEO

Bennett: “Hər ay HƏMAS-a çamadanlarla 30 milyon dollar nağd pul göndərilirdi” – VİDEO

Söyüş söyənlər bunu mütləq oxusun – XƏBƏRDARLIQ

Söyüş söyənlər bunu mütləq oxusun – XƏBƏRDARLIQ

Bu il qaz ixracı və nəqlindən ölkəmiz nə qədər gəlir əldə edib? – ARAŞDIRMA

Bu il qaz ixracı və nəqlindən ölkəmiz nə qədər gəlir əldə edib? – ARAŞDIRMA

Simonyan: “Zelenskinin İrəvana səfəri Ermənistanın “nankor addımı”dır” - VİDEO

Simonyan: “Zelenskinin İrəvana səfəri Ermənistanın “nankor addımı”dır” - VİDEO

Bu gün Arəstə Baxışovanın doğum günüdür – VİDEO

Bu gün Arəstə Baxışovanın doğum günüdür – VİDEO

Bu ərazilərdə qaz olmayacaq

Bu ərazilərdə qaz olmayacaq

ABŞ-ın İranla danışıqlar komandasına yeni SİYASƏTÇİ qoşuldu

ABŞ-ın İranla danışıqlar komandasına yeni SİYASƏTÇİ qoşuldu

Sumqayıtda 66 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Sumqayıtda 66 yaşlı kişi faciəvi şəkildə ÖLDÜ

Pensiyaçılara ŞAD XƏBƏR – Bu il iki dəfə artım ola bilər – FOTO

Pensiyaçılara ŞAD XƏBƏR – Bu il iki dəfə artım ola bilər – FOTO

İrəvanda Rusiya meyilli qüvvələr etiraz aksiyası keçirir

İrəvanda Rusiya meyilli qüvvələr etiraz aksiyası keçirir

Bu gün 10 vaqon gübrə Azərbaycandan Ermənistana göndəriləcək

Bu gün 10 vaqon gübrə Azərbaycandan Ermənistana göndəriləcək

“Yuventus” doğma meydanda xal itirdi - VİDEO

“Yuventus” doğma meydanda xal itirdi - VİDEO

Nihat Pirin ilk hekayələr kitabı nəşr olundu – FOTO

Nihat Pirin ilk hekayələr kitabı nəşr olundu – FOTO

Yol Polisi skuter istifadəçilərinə MÜRACİƏT ETDİ

Yol Polisi skuter istifadəçilərinə MÜRACİƏT ETDİ

Qadın sürücü monstr avtomobili insanların üzərinə sürdü: 3 ölü, 40 yaralı var – VİDEO

Qadın sürücü monstr avtomobili insanların üzərinə sürdü: 3 ölü, 40 yaralı var – VİDEO

ABŞ-da sərnişin təyyarəsi eniş zamanı işıq dirəyinə və yük maşınına toxundu - VİDEO

ABŞ-da sərnişin təyyarəsi eniş zamanı işıq dirəyinə və yük maşınına toxundu - VİDEO

İranda daha üç məhbus edam edildi

İranda daha üç məhbus edam edildi

Ötən ay 79 nəfər zəhərlənib, 5-i dünyasını dəyişib – RƏSMİ

Ötən ay 79 nəfər zəhərlənib, 5-i dünyasını dəyişib – RƏSMİ

Türkiyənin vitse-prezidenti İrəvanda səfərdədir - VİDEO

Türkiyənin vitse-prezidenti İrəvanda səfərdədir - VİDEO

End of content

No more pages to load

RADİO