Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndələyinin rəhbəri səfir Peter Mixalko ötən gün Londondakı səfirliyimizə hücumu pisləyib.
Bizim.Media xəbər verir ki, səfir "Twitter" hesabında dünənki hücumdan narahatlıq keçirdiyini deyib:
"Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına qarşı zorakılıq yolverilməzdir. Səfirlik əməkdaşlarının və onların ailə üzvlərinin sağ-salamat olmasından şad oldum", - diplomat qeyd edib.
Bizim.Media
