Avrasiya Nəqliyyat Marşrutuna maraq artır: Gürcüstan Beynəlxalq Assosiasiyaya qoşuldu – FOTO

AZCON Holding şirkətlərindən olan ADY-nin sədri Rövşən Rüstəmovun Daşkəndə səfəri çərçivəsində “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayev və “Gürcüstan Dəmir Yolları” SC-nin baş direktoru Laşa Abaşidze ilə görüşünün yekunu olaraq Gürcüstan “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyasına üzv olub.

Bizim.Media xəbər verir ki, bu mühüm qərar Orta Dəhlizin cənub qanadı olan Avrasiya Nəqliyyat Marşrutu üzrə yükdaşımaların daha da cəlbedici olmasına, ümumilikdə regional əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.
 

Tərəflər həmçinin Avrasiya Nəqliyyat Marşrutunun inkişafı, Çin–Qırğızıstan–Özbəkistan dəmir yolu xəttinin inşasının tamamlanması ilə bu marşrutun Şərq-Qərb istiqaməti üzrə yük daşımaları üçün daha cəlbedici ola biləcəyi barədə fikir mübadiləsi aparıblar.


Xatırladaq ki, 20 sentyabr 2024-cü ildə Bakıda ADY, Özbəkistan Dəmir Yolları, Qırğızıstan Dəmir Yolları Milli Şirkəti və Tacikistan Dəmir Yollarının iştirakı ilə “Avrasiya Nəqliyyat Marşrutu” Beynəlxalq Assosiasiyası yaradılıb.

Azərbaycan tərəfinin təşəbbüsü ilə Assosiasiyanın yaradılmasında məqsəd tranzit yüklərin cəlbi, inteqrasiya edilmiş logistika məhsullarının inkişafı, daşıma prosesləri üzrə vahid texnologiyanın yaradılması, səmərəli tarif siyasətinin həyata keçirilməsi və xərclərin optimallaşdırılmasıdır.

Assosiasiyaya Azərbaycanın sədrlik etməsi ADY-nin regionun əsas operatorlarından biri kimi mövqeyini gücləndirir, Azərbaycanı Orta Dəhlizin cənub qolunun bütün marşrutu boyunca tranzitin təşkili üzrə əsas qərarların qəbul edildiyi strateji dispetçer mərkəzinə çevirir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

ABŞ-da atışma: 5 nəfər öldü

ABŞ-da atışma: 5 nəfər öldü

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Banklar bu şəxslərə kredit verməyəcək

Banklar bu şəxslərə kredit verməyəcək

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda ov mövsümü BAŞLADI

Azərbaycanda ov mövsümü BAŞLADI

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

End of content

No more pages to load

RADİO