Həftənin şanslı bürcləri - Gizli fürsətlər qapıdadır

Bu həftənin enerjisinə baxanda göy üzü bizi tələsdirmir, amma diqqətli olmağa çağırır. Planetlərin mövqeyi göstərir ki, şans bu dəfə səs-küylə yox, sakit addımlarla gəlir. Kim harada axına düşəcəyini anlasa, fürsətləri daha rahat görə bilər. Burada əsas məsələ bəxt gözləmək yox, enerjini düzgün istiqamətə yönəltməkdir.

Bizim.Media xəbər verir ki, bu həftə hava elementi güclüdür və bu da düşüncə, ünsiyyət və qərar vermə mövzularını ön plana çıxarır. Eyni zamanda Saturnun mövqeyi bizə xatırladır ki, həqiqi uğur yalnız başlanğıc yox, davamlılıq tələb edir. Ona görə də bu həftə “nə edə bilərəm” sualı “nəyi düzgün edə bilərəm” sualı ilə əvəz olunur.

Bəs bu həftə yüksələn bürclərə görə şans haradan gəlir? Həftə daha çox yüksələn bürclər üzərindən sınaqlar, mükafatlar, yeni inkişaflar yaşamaq şansı gətirəcək.

Yüksələn Dolça

Bu həftə planetlərin böyük hissəsinin Dolça bürcündə toplanması yüksələn Doça üçün ilin ən aktiv dövrlərindən birini yaradır. Diqqət mərkəzində olmaq, özünü ifadə etmək, yeni layihələrə başlamaq və sosial çevrədən dəstək almaq baxımından ciddi üstünlük var. Şans burada təsadüf deyil, doğru zamanda görünmək və təşəbbüs göstərmək üzərindən gəlir. Bu həftə səhnə sənin üçündür. Sözünü deməkdən, fikrini paylaşmaqdan çəkinmə. Özünü ifadə etdikcə, yolun açıldığını hiss edəcəksən. Kiçik addımlar böyük qapılar aça bilər.

Yüksələn Əkizlər

Hava elementi dəstəyi yüksələn Əkizlər üçün informasiya, danışıqlar, təhsil və əlaqələr sahəsində rahatlıq yaradır. Bu həftə qərar vermək, təqdimat etmək, razılaşma əldə etmək daha asan ola bilər. Şans əsasən ünsiyyət və çevik davranışdan doğur. Düşünülmüş addımlar real nəticə verə bilər. Danış, yaz, soruş. Bu həftə sənin üçün sözlər işləyir. Bir telefon zəngi, bir mesaj, bir fikir gözlədiyindən daha çox imkan gətirə bilər. Açıq ol, amma tələsmə.

Yüksələn Tərəzi

Yüksələn Tərəzi üçün bu həftə sosial münasibətlər, əməkdaşlıq və qarşılıqlı fayda mövzuları ön plana çıxır. Dolça vurğusu Tərəzi yüksələnlərə balansı pozmadan risk almaq imkanı verir. Xüsusilə iş və şəxsi münasibətlərdə yeni qapılar açılması mümkündür. Şans təkbaşına deyil, düzgün insanlarla birlikdə hərəkət etdikdə aktivləşir. Bu həftə səni anlayan insanlar yaxınlaşır. Münasibətlərdə balansı qorumaqla yanaşı, öz istəklərini də unutma. Şans bu dəfə kompromisdən deyil, səmimiyyətdən keçir.

Yüksələn Qoç

Saturnun Qoç bürcünə keçidi məsuliyyəti artırsa da, uzunmüddətli sabitlik qurmaq üçün real fürsətlər yaradır. Atılan addımlar dərhal nəticə verməyə bilər, amma gələcək üçün möhkəm təməl formalaşdırır. Bu, şansın gecikmiş, amma qalıcı formasıdır. Bu həftə hər şey dərhal baş verməyə bilər və bu normaldır. Sən indi təməl atırsan. Sakit qal, qərarlarına güvən. Səbirli olsan, bu prosesin səni haraya aparacağını yaxın aylarda aydın görəcəksən.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Bakıya gəlmişdi, yeni fotosu yayıldı

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Süni intellektə inanmaq onu uçuruma apardı - Fotolar

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Ən qeyri-adi bürclər: Onların öz dünyası və qaydaları var

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Deputatlar ABŞ Konqresinə müraciət etdi

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

Dünyanın ən yaraşıqlı kişiləri bu ölkələrdədir - Azərbaycanın yeri

ABŞ-da atışma: 5 nəfər öldü

ABŞ-da atışma: 5 nəfər öldü

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Seçkidə qalib gələn merin adı müzakirə yaratdı

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Cüdoçumuz Camal Qamzatxanov dünya çempionatına qələbə ilə BAŞLADI

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Kredit götürmək istəyən pensiyaçılara ŞAD XƏBƏR

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Rusiya Zaporojye şəhərinə hücum etdi: 8 ölü, 16 yaralı var – FOTO/VİDEO

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Moskvanın 4 aeroportunda uçuşlar dayandırıldı

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Panamadakı güclü zəlzələ nəticəsində azı 27 nəfər xəsarət alıb – VİDEO

Banklar bu şəxslərə kredit verməyəcək

Banklar bu şəxslərə kredit verməyəcək

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

İtkin kimi axtarılan 8 nəfər TAPILDI

Azərbaycan nefti UCUZLAŞDI

Azərbaycan nefti UCUZLAŞDI

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

DYP-dən yağışlı hava şəraiti ilə əlaqədar sürücülərə MÜRACİƏT

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Gürcüstanla bağlı Komissiyanın yeni tərkibi müəyyənləşdi – SƏRƏNCAM

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Həkimlərin sığorta sistemindən narazılıqlarına RƏSMİ CAVAB

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bir sıra birinci instansiya məhkəmələrinə hakimlər təyin edilib – ADLAR

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Bu ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Azərbaycanda ov mövsümü BAŞLADI

Azərbaycanda ov mövsümü BAŞLADI

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Kimin evində varsa, atmasın: sərvət dəyərindədir

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Azərbaycan XİN Ficini təbrik etdi – FOTO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

Masazırda 4 avtomobil külə döndü – VİDEO

End of content

No more pages to load

RADİO