Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə ABŞ Dövlət katibi Entoni Blinken arasında telefon danışığı baş tutub.
Bizim.Media TRT-yə istinadən xəbər verir ki, tərəflər regional məsələlər barədə fikir mübadiləsi aparıblar.
Həmçinin, diplomatlar Azərbaycan və Ermənistan arasında dialoqu müzakirə ediblər.
E.Blinken həmkarının diqqətinə çatdırıb ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında dialoqun asanlaşdırılmasına və uzunmüddətli danışıqlara nail olunmasına töhfə verməyə hazırdır.
Bizim.Media