“Ermənistan rəhbərliyi zamanı səhv salır, indi 1994-cü il deyil, 2022-ci ildir” – Rusiyalı POLİTOLOQ

Rusiyalı politoloq Yevgeni Mixaylov Qarabağda son baş verən hadisələr və Rusiya sülhməramlılarının bölgədəki rolu ilə bağlı Bizim.Media-nın suallarını cavablandırıb.

- Sizcə nə üçün Paşinyan cənab Putinin Qarabağla bağlı ona ünvanladığı sülh çağırışlarına cavab vermir?

- Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinin Qarabağla bağlı çağırışlarına niyə əməl etmədiyinə birmənalı cavab vermək mənim üçün çətindir. Üstəlik, qeyd edirəm ki, o və ətrafı çox vaxt 2020-ci ilin noyabrında verdikləri vədləri yerinə yetirməyə çalışırlar. Başqa bir məqam odur ki, rus atalar sözündə olduğu kimi vəd edilən şeyi üç il gözləyirlər. Rusiya İrəvanın razılaşmalara əməl etməsi üçün hər cür səy göstərir, lakin görünür, bunun üçün daha çox çalışmaq lazımdır.

- 10 Noyabr bəyanatına əsasən erməni silahlı birləşmələri dərhal Qarabağı tərk etməli idi. Bəs nə üçün onlar hələ də Qarabağdadırlar və Ermənistan 10 Noyabr bəyanatında üzərinə götürdüyü öhtəlikləri icra etmir?

-  Anladığım qədər, İrəvan siyasətçiləri “Vəd vermək evlənmək demək deyil” qaydası ilə yaşayırlar. Yalnız qarşı tərəfin səbri tükəndikdə və diplomatiya yolu ilə istənilən nəticəni əldə etmək üçün istəyi bitdiyi zaman ermənilər razılaşmalara başlayır və ya vədi yerinə yetirməyə çalışırlar. Bildiyimə görə, İrəvan sentyabrda qoşunlarını çıxaracağını vəd edib və geri qalan bunu gözləməkdir. Lakin Bakının timsalında mən müşahidə edirəm ki, Azərbaycan bundan sonra belə laqeyd münasibətə dözmək fikrində deyil və danışıqlar prosesinin qarantı olan ölkələrə hərbi və diplomatik təzyiqlər göstərəcək.

- Qarabağda sülh missiyasını üzərinə götürən Rusiya sülhməramlılarının olduğu təqdirdə, erməni silahlı birləşmələrinin ərazidə qalmasına nə ehtiyac var?

- Həqiqətən də, sülhməramlılar regionda sülhü tam təmin edir və Qarabağda qeyri-qanuni silahlı birləşmələrin saxlanmasına ehtiyac yoxdur. 2020-ci ilin Noyabr Müqaviləsində hər şey aydın şəkildə təsvir edilib. Ancaq yenə də deyirəm, əgər rəsmi İrəvan nəsə vəd edibsə, səbəb budur ki, Azərbaycanın yenidən hücuma keçəcəyindən qorxur. Onlar çox nahaq elə fikirləşirlər ki, Azərbaycan onları uzun müddət gözləyəcək. Məncə rəsmi Bakı onları daha gözləməyəcək və müvafiq olaraq, yaxın aylarda Moskvanın köməyi ilə Ermənistan rəhbərliyi ilə daha sərt şəkildə danşıqlar aparacaq. Görünən odur ki, hazırkı Ermənistan rəhbərliyi zamanı səhv salır, indi 1994-cü il deyil, 2022-ci ildir. Ermənistan rəhbərliyi bunu unutmamalıdır.

- Rusiya Müdafiə Nazirliyi niyə Qarabağda yaşanan son insidenti Azərbaycanın öz suveren ərazisində anti-terror əməliyatı aparması kimi dəyərləndirməkdən çəkinir?

- Azərbaycanın son hərəkətlərinə qiymət verilməsi məsələsi diplomatik səviyyədə müzakirə olunmalıdır. Hərbçilər diplomat deyillər. Sülhməramlıların məqsədi Ermənistanın və tanınmamış anklavın hərbçilərini deyil, mülki şəxslərin həyat və sağlamlığını qorumaqdır.

İstənilən halda, məncə, “antiterror” statusu verilən istənilən əməliyyat Moskva ilə razılaşdırılmalıdır. Və hər şeydən əvvəl ona görə ki, Qarabağ nizamlanmasında əsas sülhməramlı missiya Rusiyaya məxsusdur.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Aybəniz Haşımova vəzifəyə təyin olunmasından DANIŞDI - VİDEO

Aybəniz Haşımova vəzifəyə təyin olunmasından DANIŞDI - VİDEO

Nəcməddin Sadıkovun müavini olmuş generalla bağlı məhkəməyə MÜRACİƏT OLUNDU

Nəcməddin Sadıkovun müavini olmuş generalla bağlı məhkəməyə MÜRACİƏT OLUNDU

ABŞ Ermənistanla nüvə əməkdaşlığı haqqında saziş İMZALADI

ABŞ Ermənistanla nüvə əməkdaşlığı haqqında saziş İMZALADI

Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olundu - FOTO

Azərbaycan və ABŞ-də fəaliyyət göstərən yəhudi təşkilatlarının əməkdaşlığı müzakirə olundu - FOTO

"Zirə" "Qalatasaray"ın yetirməsini heyətinə qatdı

"Zirə" "Qalatasaray"ın yetirməsini heyətinə qatdı

Təhlükə anında bir düymə ilə POLİS ÇAĞIRIŞI - Azərbaycanda da bu cür tətbiq yaradılacaq? – RƏSMİ AÇIQLAMA

Təhlükə anında bir düymə ilə POLİS ÇAĞIRIŞI - Azərbaycanda da bu cür tətbiq yaradılacaq? – RƏSMİ AÇIQLAMA

Pensiya artımı bu şəxslərə ŞAMİL OLUNACAQ - FOTO

Pensiya artımı bu şəxslərə ŞAMİL OLUNACAQ - FOTO

Özbəkistanlı yükgöndərənlərlə Orta Dəhliz üzrə daşımaların artırılması imkanları MÜZAKİRƏ OLUNDU - FOTO

Özbəkistanlı yükgöndərənlərlə Orta Dəhliz üzrə daşımaların artırılması imkanları MÜZAKİRƏ OLUNDU - FOTO

Fevral ayında sevgi tapacaq BÜRCLƏR

Fevral ayında sevgi tapacaq BÜRCLƏR

Ukrayna ordusu Rusiyanın PUA anbarına zərbə endirdi

Ukrayna ordusu Rusiyanın PUA anbarına zərbə endirdi

Bakının bəzi yollarında TIXAC VAR

Bakının bəzi yollarında TIXAC VAR

Bakıda dərmandan zəhərlənən 36 yaşlı kişi ölüb

Bakıda dərmandan zəhərlənən 36 yaşlı kişi ölüb

Qış Olimpiadasındasının medallarında problem yarandı - FOTO

Qış Olimpiadasındasının medallarında problem yarandı - FOTO

Atalığı tərəfindən seksual hərəkətlərə məruz qalan 11 yaşlı qız sığınacağa YERLƏŞDİRİLDİ - FOTO

Atalığı tərəfindən seksual hərəkətlərə məruz qalan 11 yaşlı qız sığınacağa YERLƏŞDİRİLDİ - FOTO

"Həmin xəbəri sildirmək üçün nə qədər yalvarsam da, xeyiri olmadı"

"Həmin xəbəri sildirmək üçün nə qədər yalvarsam da, xeyiri olmadı"

“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb - FOTO

“Nar”ın tərəfdaşlığı ilə “GəncVİZYON” ideyatonu uğurla başa çatıb - FOTO

Siyəzəndə DƏHŞƏT – 20 yaşlı şəxs evində ÖLÜ tapıldı – ÖZƏL

Siyəzəndə DƏHŞƏT – 20 yaşlı şəxs evində ÖLÜ tapıldı – ÖZƏL

Avrasiya Nəqliyyat Marşrutuna maraq artır: Gürcüstan Beynəlxalq Assosiasiyaya qoşuldu – FOTO

Avrasiya Nəqliyyat Marşrutuna maraq artır: Gürcüstan Beynəlxalq Assosiasiyaya qoşuldu – FOTO

Kövsər Orucbəyli: “Etik dəyərlər və daxili mədəniyyət fərdi inkişafda mühüm rol oynayır” - FOTO

Kövsər Orucbəyli: “Etik dəyərlər və daxili mədəniyyət fərdi inkişafda mühüm rol oynayır” - FOTO

Həftənin şanslı bürcləri - Gizli fürsətlər qapıdadır

Həftənin şanslı bürcləri - Gizli fürsətlər qapıdadır

“Kəpəz” mövsümdə ilkə İMZA ATDI

“Kəpəz” mövsümdə ilkə İMZA ATDI

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Güclü külək əsəcək – XƏBƏRDARLIQ

Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ! Test proqramı dəyişdi

Dövlət qulluğuna hazırlaşanların DİQQƏTİNƏ! Test proqramı dəyişdi

Şagird müəllimini qısqandığı üçün güllələyib? - ŞOK İDDİA

Şagird müəllimini qısqandığı üçün güllələyib? - ŞOK İDDİA

End of content

No more pages to load

RADİO