“Azərbaycan Qoşulmama Hərəkatının fəallığını təmin edib” – Ceyhun Bayramov 

Biz müxtəlif platformalarda gənclərin potensialından istifadə etməliyik. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Qoşulmama Hərəkatının Gənclər Sammitinin bağlanış mərasimində bildirib. 

Nazirin sözlərinə görə, bu sammitdə dörd qitənin gəncləri iştirak edib. 

Sammiti tarixi hadisə adlandıran nazir deyib ki, bu sammitdə fikir və ideyaların mübadiləsi baş tutub: “Gənclərin gücü əvəzsiz dəyərdir. Biz gənclərə dəyər veririk, onların potensialından istifadə edirik”. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov Lavrovun nümayəndəsi ilə GÖRÜŞDÜ


Apa.az-ın məlumatına görə, XİN rəhbəri qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə bir sıra təşəbbüslər irəli sürüb ki, bunlardan biri də Gənclər Şəbəkəsinin yaradılması idi:

“Bu şəbəkə beynəlxalq səviyyədə əhatə qazanıb. Şəbəkənin gəncləri Belqradda görüşüblər”. 

Ceyhun Bayramov Qoşulmama Hərəkatının dəyəri barədə də danışıb. O diqqətə çatdırıb ki, sosial, iqtisadi, etnik, dini fərqliliklərə baxmayaraq, üzv ölkələr müxtəlifliklərin öhdəsindən gələrək birgə əməkdaşlığı sübut ediblər:

“Mən inanıram ki, gənclər öz ölkələrinin təmsilçisi olaraq vahid ideyalar naminə birləşəcək”. 

Azərbaycan XİN başçısı vurğulayıb ki, Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının fəallığını və öndə olmasını təmin və təşviq edib: “Üzv dövlətlərin yekdil qərarı ilə sədrliyimiz 2023-cü ilin sonuna qədər uzadılıb ki, bu da bizə olan etimadın göstəricisidir”. 
Nazir əlavə edib ki, qlobal sülh üçün qətiyyətli olmalı, universal normalara əməl edilməlidir: “Biz əməkdaşlığı təşviq edir, Bandunq prinsiplərinin bizim gələcək fəaliyyətimizin əsasında dayanması üçün çalışırıq”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ən uğurlu insanların doğulduğu aylar açıqlandı

Ən uğurlu insanların doğulduğu aylar açıqlandı

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl OĞURLADI

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl OĞURLADI

“İranın bankiri mənəm” – VİDEO

“İranın bankiri mənəm” – VİDEO

Köhnə telefonları ATMAYIN – İçərisində sərvət yatır

Köhnə telefonları ATMAYIN – İçərisində sərvət yatır

Sabah çimərliklərdə hava necə olacaq? – PROQNOZ

Sabah çimərliklərdə hava necə olacaq? – PROQNOZ

19 yaşında milyonçu oldu, 8 il sonra yenidən zibil toplamağa qayıtdı

19 yaşında milyonçu oldu, 8 il sonra yenidən zibil toplamağa qayıtdı

“Kubinkada satdığı çörəklərin puluna kitab alırdı” – Cəfər Cabbarlının nəvəsi danışdı – ÖZƏL

“Kubinkada satdığı çörəklərin puluna kitab alırdı” – Cəfər Cabbarlının nəvəsi danışdı – ÖZƏL

Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi

Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi

Bakıda ət qiymətinə satılan meyvə – FOTO

Bakıda ət qiymətinə satılan meyvə – FOTO

Məzunların DİQQƏTİNƏ – Elektron attestatları bu yolla əldə edə bilərsiniz – FOTO

Məzunların DİQQƏTİNƏ – Elektron attestatları bu yolla əldə edə bilərsiniz – FOTO

Evində meyiti tapıldı

Evində meyiti tapıldı

“Yaprak dökümü”nün Ali Rza bəyi 16 il sonra həmin malikanədə

“Yaprak dökümü”nün Ali Rza bəyi 16 il sonra həmin malikanədə

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı ARTIB

Azərbaycanda aktiv ƏDV ödəyicilərinin sayı ARTIB

Rusiyada film kimi TƏQİB – Polis sərxoş traktorçunu belə saxladı – VİDEO

Rusiyada film kimi TƏQİB – Polis sərxoş traktorçunu belə saxladı – VİDEO

Əhalinin NƏZƏRİNƏ – Yeniyetmələrlə bağlı yeni qadağa GÜNDƏMDƏ

Əhalinin NƏZƏRİNƏ – Yeniyetmələrlə bağlı yeni qadağa GÜNDƏMDƏ

Kralın ölüm xəbəri YAYILDI

Kralın ölüm xəbəri YAYILDI

Uşaq kəmərini bağlamadı, uçuş ləğv edildi

Uşaq kəmərini bağlamadı, uçuş ləğv edildi

UEFA Çempionlar Liqası: "Sabah" – "Orhus" oyununun bütün biletləri satıldı

UEFA Çempionlar Liqası: "Sabah" – "Orhus" oyununun bütün biletləri satıldı

Astarada ƏMƏLİYYAT: İrandan Rusiyaya aparılan “bibər” yükündə marixuana aşkarlandı –FOTO/VİDEO

Astarada ƏMƏLİYYAT: İrandan Rusiyaya aparılan “bibər” yükündə marixuana aşkarlandı –FOTO/VİDEO

Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? – Detallar

Azərbaycanda bu yaşdan sonra sürücülük vəsiqəsi verilməyəcək? – Detallar

Bakıda məşhur şadlıq sarayı satışa çıxarıldı - 5,5 milyon manata

Bakıda məşhur şadlıq sarayı satışa çıxarıldı - 5,5 milyon manata

Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi

Mətanət İsgəndərlinin keçmiş gəlini indiki gəlinini polisə şikayət etdi

Paltarı canlı orqanizmdən düzəltdilər, özünü bərpa edir

Paltarı canlı orqanizmdən düzəltdilər, özünü bərpa edir

Hansı mənzillər daha çox bahalaşıb? – İyul ayının STATİSTİKASI

Hansı mənzillər daha çox bahalaşıb? – İyul ayının STATİSTİKASI

End of content

No more pages to load

RADİO