“İstanbul Bəyannaməsi” imzalandı - AZƏRBAYCAN-TÜRKİYƏ-PAKİSTAN - FOTO

İstanbulda keçirilən Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin İkinci Üçtərəfli Görüşünün sonunda “İstanbul Bəyannaməsi” imzalanıb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya bildirilib ki, imzalanma mərasimindən sonra parlament sədrlərinin mətbuata bəyanatı səsləndirilib.

Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop və Pakistan İslam Respublikası Milli Assambleyasının sədri Raca Pərviz Əşrəf imzalanan bəyannamənin ölkələrimiz arasındakı münasibətlərin daha da inkişaf etdirilməsi baxımından böyük əhəmiyyət kəsb etdiyini bildiriblər.
 

MÖVZU İLƏ BAĞLI:

Sahibə Qafarova "Baykar" şirkətini ziyarət etdi - FOTO


Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin adından tədbir iştirakçılarını salamlayan parlament sədri Azərbaycan Respublikası Milli Məclisinin sədri kimi yenidən qardaş Türkiyə Respublikasına səfər etməsindən məmnun olduğunu bildirib, Türkiyə Böyük Millət Məclisinin sədri professor Mustafa Şentopa Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin İkinci Üçtərəfli Görüşünə dəvətə, göstərdiyi qonaqpərvərliyə və tədbirin yüksək səviyyədə təşkilinə görə təşəkkürünü ifadə edib.

Bir neçə gün öncə qardaş Türkiyə xalqının 15 İyul - Demokratiya və Milli Birlik Gününün 6-cı ildönümünü qeyd etdiyini xatırladan Milli Məclisin sədri Azərbaycan xalqının və dövlətinin bu xəyanətkar dövlət çevrilişi cəhdini ilk dəqiqələrdən ən qəti şəkildə pislədiyini, hər zamankı kimi qardaş Türkiyənin yanında olduğunu vurğulayıb.

Qeyd edilib ki, təxminən bir il bundan əvvəl Azərbaycan Respublikasının Milli Məclisinin təşəbbüsü ilə Azərbaycan, Pakistan və Türkiyə Parlament sədrlərinin Birinci Üçtərəfli Görüşü keçirilib.

Həmin görüşdə parlamentlərimiz arasında üçtərəfli əməkdaşlıq formatı təsis edilib. Bu format böyük əhəmiyyətə malikdir. Belə ki, qardaş ölkələrimiz arasındakı münasibətlərin bugünkü yüksək səviyyəsi müxtəlif sahələrdə əməkdaşlığın davamlı inkişafı ilə xarakterizə olunur.

Xalqlarımızın təmsilçiləri olaraq biz parlamentarilər də bu platformanı yaratmaqla həmin prosesə öz töhfəmizi veririk. Bu platforma həm də parlament diplomatiyasının müasir dövrdə beynəlxalq əməkdaşlığın mühüm vasitəsi kimi vacib rolunu vurğulayır.

Bildirilib ki, ötən dövr ərzində beynəlxalq parlament təşkilatları çərçivəsində birgə fəaliyyətimiz və səmərəli əməkdaşlığımız da bu üçtərəfli formatın zəruriliyini bir daha təsdiq edir.

İkinci Üçtərəfli Görüş çərçivəsində biz bu formatın daha da gücləndirilməsi, üç ölkə parlamenti arasında praktiki əməkdaşlıq platformasına çevrilməsi imkanlarını nəzərdən keçirdik, gələcək inkişaf perspektivlərini müzakirə etdik.

“Mən İkinci Üçtərəfli Görüş çərçivəsində qəbul etdiyimiz İstanbul Bəyannaməsini də qeyd etmək istərdim. Bəyannamədə bir çox önəmli məsələlərə dair fikir birliyimiz və ortaq mövqeyimiz öz əksini tapıb. Bu mənada, Bəyannamə qardaş ölkə parlamentlərimizin qarşılıqlı etimad və dəstəyinin nümayiş etdirilməsi baxımından əhəmiyyətlidir.
Mən xüsusən Azərbaycan Respublikasının işğaldan azad olunan torpaqlarının bərpası və yenidən qurulmasına, Cənubi Qafqazda suverenlik, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında mehriban qonşuluq münasibətlərinin yaradılmasına verdikləri dəstəyə görə qardaş ölkə parlamentlərinə öz təşəkkürümü bildirirəm”, - deyə Milli Məclisin sədri ifadə edib.

Azərbaycan parlamentinin spikeri bildirib ki, bu gün aparılan müzakirələr və qəbul etdiyimiz qərarlar üçtərəfli əməkdaşlığımızın ölkələrimizin və xalqlarımızın maraqları və rifahı naminə daha da möhkəmləndirilməsi və genişləndirilməsi işinə öz töhfəsini verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Su içmək kökəldir? – Yayda daha şişkin görünməyin SİRRİ AÇILDI

Su içmək kökəldir? – Yayda daha şişkin görünməyin SİRRİ AÇILDI

"O Ses Türkiye"nin qalibinin geyimi müzakirələrə səbəb oldu – VİDEO

"O Ses Türkiye"nin qalibinin geyimi müzakirələrə səbəb oldu – VİDEO

“Bəzi sürücülər bunları yalnız özlərinə aid qərar kimi qəbul edir” - FOTO

“Bəzi sürücülər bunları yalnız özlərinə aid qərar kimi qəbul edir” - FOTO

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi

Nazir İsaxan Aşurovun oğluna yeni vəzifə verdi

MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF – “İranın nüvə obyektinə dəfələrlə getmişəm”

MOSSAD-ın sabiq rəhbərindən SENSASİON ETİRAF – “İranın nüvə obyektinə dəfələrlə getmişəm”

Təkcə maaş yox, həm də pay: Əmək bazarında yeni dövr başlayır

Təkcə maaş yox, həm də pay: Əmək bazarında yeni dövr başlayır

Kurban Berdıyev Rusiyaya qayıdır?

Kurban Berdıyev Rusiyaya qayıdır?

Zaqatalada AĞIR QƏZA – Vəzifəli şəxslər yaralandı - VİDEO

Zaqatalada AĞIR QƏZA – Vəzifəli şəxslər yaralandı - VİDEO

Heç vaxt heç nədən qorxmamışam - Putin

Heç vaxt heç nədən qorxmamışam - Putin

UNEC-də də təhsil haqları azaldıldı – RƏSMİ

UNEC-də də təhsil haqları azaldıldı – RƏSMİ

Bu şəxslərə XƏBƏRDARLIQ: 13 000 manatadək CƏRİMƏSİ VAR

Bu şəxslərə XƏBƏRDARLIQ: 13 000 manatadək CƏRİMƏSİ VAR

Aliment borcunu ödəmədiyinə görə həbs olunanların SAYI AÇIQLANDI

Aliment borcunu ödəmədiyinə görə həbs olunanların SAYI AÇIQLANDI

Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR

Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR

Ən uğurlu insanların doğulduğu aylar açıqlandı

Ən uğurlu insanların doğulduğu aylar açıqlandı

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl OĞURLADI

Bakıda usta işlədiyi evdən 10 min manatlıq qızıl OĞURLADI

“İranın bankiri mənəm” – VİDEO

“İranın bankiri mənəm” – VİDEO

Köhnə telefonları ATMAYIN – İçərisində sərvət yatır

Köhnə telefonları ATMAYIN – İçərisində sərvət yatır

Sabah çimərliklərdə hava necə olacaq? – PROQNOZ

Sabah çimərliklərdə hava necə olacaq? – PROQNOZ

19 yaşında milyonçu oldu, 8 il sonra yenidən zibil toplamağa qayıtdı

19 yaşında milyonçu oldu, 8 il sonra yenidən zibil toplamağa qayıtdı

“Kubinkada satdığı çörəklərin puluna kitab alırdı” – Cəfər Cabbarlının nəvəsi danışdı – ÖZƏL

“Kubinkada satdığı çörəklərin puluna kitab alırdı” – Cəfər Cabbarlının nəvəsi danışdı – ÖZƏL

Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi

Azərbaycanlı tələbə Rusiyada Kadırova görə həbs edildi

Bakıda ət qiymətinə satılan meyvə – FOTO

Bakıda ət qiymətinə satılan meyvə – FOTO

Məzunların DİQQƏTİNƏ – Elektron attestatları bu yolla əldə edə bilərsiniz – FOTO

Məzunların DİQQƏTİNƏ – Elektron attestatları bu yolla əldə edə bilərsiniz – FOTO

Evində meyiti tapıldı

Evində meyiti tapıldı

End of content

No more pages to load

RADİO