ADR-in son aylarda fəaliyyəti müşahidə olunmur ; rəhbərlik isə deyilənlərlə razı deyil
Müsavatın məlum qalmaqallı qurultayından sonra narazıların bir hissəsinin də toplandığı başqanlığa sabiq namizəd Qubad İbadoğlunun yaratdığı Azərbaycan Demokratiya və Rifah Hərəkatının (ADR) son aylarda sönük fəaliyyəti müşahidə olunur. Qurumun demək olar ki, ölkədə baş verən proseslərdə fəaliyyəti görünmür.
Xüsusilə bu hal ADR-in bu il fevralın 21-də keçirilən konfransından sonra yaranıb. Məlum konfransdan sonra qurum indiyə qədər yalnız bir məsələ ilə bağlı gündəmə gəldi. O da Ədliyyə Nazirliyinə təşkilatın qeydiyyata alınması ilə bağlı müraciəti və rədd cavabı alması ilə.
Hazırda ADR-in rəhbəri, iqtisadçı Qubad İbadoğlu ABŞ-da xüsusi bir proqram çərçivəsində kurs keçir.
ADR rəhbəri 2015-ci ili təşkilatlanma ili elan etdiklərini bildirdi: “21 fevral 2015-ci ildə təsis konfransında qəbul etdiyimiz ”x9d2015-ci il üçün fəaliyyət proqramı"nda, bu il ADR Hərəkatının təşkilatlanması ili elan edilib. Bu proqramda ADR-in strukturlaşması, şəbəkələnməsi və portfelləşməsi istiqamətində də qarşısında məqsədlər qoyulub. Təşkilatlanma sahəsində fəaliyyətimiz davam edir. Mərkəzi strukturlar formalaşıb, regionda yerli təşkilatlar fəaliyyətə başlayıb, bu iş davam edir.
Şəbəkələnmə ilə bağlı fəaliyyətimizdə də irəliləyişlər var, hərəkatın saytı fəaliyyətə başlayıb, xanımlar və gənclərlə iş üzrə ayrıca yaradılmış strukturlar bu sahədə iş aparır. Portfelləşmə işinə də başlamışıq. Bununla bağlı 3 dəfə ekspert müzakirəsi keçirmişik, il ərzində ADR-in proqram və konsepsiyalarını ictimai müzakirələrə təqdim edəcəyik. Bunlar hamısı təşkilatdaxili fəaliyyətlərdir və davamlı xarakter daşıyır".
ADR rəhbəri onlardan gözləntilərin yüksək olduğunu da qeyd etdi: “Görünür, ictimaiyyətin və mətbuatın gözləntiləri bizdən çoxdur, ona görə belə fikir formalaşır. Amma nəzərə almaq lazımdır ki, biz 4 aydır ki, yaranmışıq və ictimai hərəkatıq, siyasi partiya deyilik. Buna baxmayaraq, ictimai sektorda baş verən ən vacib məsələlərə dair mövqelərimizi də mütəmadi olaraq açıqlayırıq”x9d.

ADR-in sədrinin müavini Ellada Məmmədli təşkilatın passiv fəaliyyətdə olmadığını söylədi: “ADR passiv fəaliyyətdə deyil , təşkilatlanma ilə məşğuldur. Hərəkat nizamnaməyə uyğun hərəkət edir. ADR konfransacan Azərbaycanın 35 rayonunu əhatə edərək, təsis olunmuşdu. Ondan sonrakı dövrdə təşkilati işləri gücləndirmək məqsədilə struktur fəaliyyəti formalaşdı, İcra Aparatı yaradıldı, sədrin müavinləri təyin olundu. Bakı şəhərində yerləşən rayonların təşkilat komitələrinin vahid bir orqanı yaradıldı. Hərəkatın təhsillə bağlı dəyirmi masası keçirildi. Təkliflər paketi hazırlanıb, müvafiq idarəetmə orqanlarına göndərilib. ADR Hərəkatının II sessiyası oldu. Az zaman içərisində yeni ərazi vahidləri üzrə ADR təşkilat komitələri yaradıldı. Bu yaxınlarda Gəncə şəhərində ADR Hərəkatının təşkilatı təsis olundu. Təşkilat komitələrinin böyük əksəriyyəti konfransa hazırlıq dövrünü yaşayır. Üzvlərin qəbulu prosesi gedir. Yəni, belə demək olarsa, ADR Hərəkatı öz fəaliyyətindədir. Bu ilin axırına kimi təşkilatlanma prosesinin başa çatdırılması nəzərdə tutulmuşdur. Sədrin müavinləri, İdarə Heyətinin üzvləri, İcra Aparatı və ADR Hərəkatı Məclisi sədrin Azərbaycanda olmamasına baxmayaraq, öhdələrinə düşən vəzifələri layiqincə yerinə yetirirlər”x9d.
Ellada Məmmədli quruma qarşı böhtan fikirlərinin səslənməsinin səbəblərindən danışdı: “Sadəcə olaraq, görülən işlər mətbuatda az işıqlandırıldığından, rəqiblərimizin böhtan fikirlərinə yol açmışdır. Heç kim narahat olmasın, Azərbaycan Demokratiya və Rifah Hərəkatı tam fəaliyyətdədir. Qarşısına qoyduğu fəaliyyəti icra edir. Yaxın vaxtlarda səhiyyə ilə bağlı dəyirmi masa keçirilməsinə hazırlıq işləri görülür. Beynəlxalq əlaqələrin qurulması istiqamətində işlər həyata keçirilir”x9d.
Sədr müavini qarşıdan gələn parlament seçkilərinə də toxundu: “Biz ictimai hərəkat olaraq, seçkilərdə iştirak edə bilmərik. Müstəqil namizəd olmaq istəyən üzvlərimiz olarsa, onlara yardımçı olacağıq”x9d.(musavat.com)