"Onkologiya"dakı faciə ilə bağlı hər şeyi DANIŞDI

Milli Onkologiya Mərkəzində baş verən faciə ilə bağlı yeni detallar üzə çıxıb.

Bizim.Media "nocomment.az"a istinadla xəbər verir ki, bu barədə tanınmış aparıcı Ulvira Qarayeva sosial şəbəkədə bir video paylaşaraq, bu günə qədər bilinməyən məlumatları açıqlayıb.

U.Qarayeva bildirib ki, Asif Nəsirli Azərbaycanın yeganə uşaq radioloqu olaraq 18 ildir ki, radioloq işləyən, minlərlə həyatı xilas edən, minlərlə balanı sağlamlığına qovuşduran biri olub:

"Onun qətlinə sağaltdığı pasiyent cəhd etdi. Həmin adam 2025-ci ilin oktyabr ayında altı dəfə kimya alandan sonra sağ-salamat evə göndərilir. Asif Nəsirli onu sağaldır. Həmin adam düz bağırsaq xərçəngindən əziyyət çəkib, Asif həkim onu tamamilə sağaldır və göndərir evinə. Hətta yol pulunu da verir. Bir neçə ay sonra həmin adam qayıdır və öz xilaskarını öldürməyə cəhd edir, amma özü ölür. Xilaskarı isə indi həyat mücadiləsi verir".

U.Qarayeva həmçinin A.Nəsirlinin peşəsinə sədaqətindən də danışıb:

"Təsəvvür eləyin, indi Azərbaycanda nə qədər xərçəng xəstəsi olan uşağın valideyninin ümidi kəsildi. Kimin yanına aparacaqlar? Radioloqlar çox gec yetişir. Ümumiyyətlə, onkologiya, onkoloqlar çox gec yetişir, çünki ağır peşədir, psixoloji çətinlikləri də var. Uşaq radiologiyası isə ümumən zülmdür. Bir çox həkim deyir ki, ümumiyyətlə, radioloq olmaq istəmirəm, uşaq radiologiyasını isə heç istəmirəm. Hətta bir həkim deyir, bir ay uşaq radiologiyası şöbəsinə keçdim.

Gördüm ki, bir az da qalsam, ya dəli olacam, ya da öləcəm. Balaca-balaca uşaqlar - saçlar tökülüb, zarıyırlar, heç bilmirlər ki, nədən ağrıyırlar. Bir həkimin paylaşımında oxudum: deyir ki, soruşdum, Asif, necə bacarırsan balaca uşaqlara radiasiya verməyi? Dedi ki, sənin saçın ağarıb? Yox! Amma mənim saçım artıq bu yaşda ağarıb. Bax, belə həkimdir Asif həkim. Dərd çəkə-çəkə müalicə eləyirdi uşaqları. İndi ölümlə üz-üzədir".

U.Qarayeva bildirib ki, hadisə baş verəndən cəmi 3 dəqiqə sonra onu əməliyyata salıblar. Həmin an bütün xəstəxana səfərbər olunub:

"Həmin o gecə dəqiq heç bir həkim evə getməyib. Hamı oradaydı, bütün personal. Göz qırpımında 10 litr qan yığıldı. Təsəvvür edirsiniz? Tez 5 litrini köçürüblər, bədəndə qan qalmayıb. O da bədənə nə qədər stress, nə qədər yükdür. Nəticədə bəlli olub ki, qəlpələrdən biri gedib beyin sapında ilişib qalıb. Orada cərrah müdaxiləsi çətindir, demək olar ki, mümkün deyil.

Hərbi doktorlar da gəliblər və deyirlər ki, müdaxilə eləmək olmaz, beyin çox həssasdır. Və indi doktorun vəziyyəti çox ağırdır. Heç kim gözünü yummayıb, heç kim evinə getməyib. İndi doktorlar deyir ki, əlimizdən gələnin artığını etsək də, onu həyata qaytara bilmirik. Ən dəhşətlisi odur ki, onun xanımı da orada işləyir. Həkimlər deyir ki, üzünə baxa bilmirik, qaçırıq, üz-üzə gəlməkdən qorxuruq.

Onlar, ər-arvad gecə-gündüz ordakı xəstələr üçün əllərindən gələni edirdilər. Xanımı da, özü də gecə ilə gəlirdilər xəstəxanaya, əllərində dərmanlarla, radiasiya içində saatlarla... İnsanları xilas etmək üçün... İndi bütün həkimlər şokdadılar.

Belə hadisə necə ola bilər? Biz nə edək xəstəxanalarda? Dəmir detektoru qoyaq biz, lentlər qoyaq ki, onun üstündən çantanı qoyub keçsinlər? Necə eləyək bunu? Həkimlərimizi necə qoruyaq, müəllimlərimizi necə qoruyaq biz?"

Aparıcı eyni zamanda sosial şəbəkədə yanlış məlumatların, dezinformasiyaların yayılmasına da etiraz edib.

Xatırladaq ki, Milli Onkologiya Mərkəzində baş verən hadisə nəticəsində qumbara partladan Mübariz Əliyev adlı şəxs həlak olub, həkim Asif Nəsirli isə ağır yaralanıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Azərbaycan və Gürcüstan hərbi informasiya sahəsində əməkdaşlığı GÜCLƏNDİRİR- FOTO

Kipr Latviyaya qalib gəldi

Kipr Latviyaya qalib gəldi

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Husilər Səudiyyə Ərəbistanında hava limanlarına HÜCUM ETDİ

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

Qeyri-adi görüntü: Mağazadan alınan yumurtalardan cücə çıxdı - VİDEO

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

iPhone istifadəçilərinə XƏBƏRDARLIQ: Süni intellekt şəxsi məlumatları ələ keçirə bilər

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Yamal “Golden Boy” yarışından kənarda qaldı

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

Astarada avtomobil AŞDI: 60 yaşlı sürücü öldü

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

“Shahed” hücumlarına qarşı YENİ PLAN – Zelenski detalları açıqladı

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

Təyyarədə BOMBA HƏYƏCANI: 143 nəfər təxliyə edildi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

"Sumqayıt"ın ev oyunlarını keçirəcəyi məkan dəyişdi

Restoranda döyülən 32 yaşlı kişi öldü

Restoranda döyülən 32 yaşlı kişi öldü

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Direktorun otağında qayçı ilə sinif yoldaşına hücum edibmiş - Bakıdakı qətlin yeni təfərrüatları - YENİLƏNİB

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Nərimanovda çoxmərtəbəli binada yanğın: Sakinlər təxliyə edildi - FOTO/VİDEO

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Qəribə NİKAH: Tibb bacısı avtobus marşrutu ilə “evləndi”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Trampdan məşhur nəşrə SƏRT REAKSİYA: “Həbs edilməlidir”

Qızıl medal qazandı, sonra üzr istədi

Qızıl medal qazandı, sonra üzr istədi

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

"2 saatdır tıxacda qalmışıq” - Fatimə şikayətləndi - VİDEO

Hörmüz boğazında tanker VURULDU

Hörmüz boğazında tanker VURULDU

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Suşi sevənlərin DİQQƏTİNƏ: Çiy balıqda ölümcül parazit təhlükəsi

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Ankara və İrəvan Gümrü–Qars elektrik xəttinin işə salınmasına hazırlıq görür

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

Lənkəranda yol qəzası iki kəndi işıqsız qoydu - FOTO

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

ABŞ-dan Kiyevdəki səfirliklə bağlı QƏRAR

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

İtaliya - Türkiyə matçının heyətləri AÇIQLANDI

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü

End of content

No more pages to load

RADİO