Azərbaycanla Qırğızıstan arasında 2 Memorandum, 1 Saziş təsdiqləndi – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun təsdiq edilməsi barədə Fərman imzalayıb.

Bizim.Media xəbər verir ki, fərmana əsasən, 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Qırğız Respublikasının Maliyyə Nazirliyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu” təsdiqlənib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Maliyyə Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək.

***

Dövlət başçısının “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum”un təsdiq edilməsi barədə digər Fərmanı ilə 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Qırğız Respublikasının Rəqəmsal İnkişaf Nazirliyi arasında rabitə və informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığın inkişafı haqqında Memorandum” təsdiq edilib.

Bu Fərmanın 1-ci hissəsində göstərilən Memorandum qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Memorandumun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərəcək.

***

Kənd Təsərrüfatı Nazirliyi ilə Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş də təsdiq edilib. Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən, 2022-ci il aprelin 20-də Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Qırğız Respublikasının Kənd Təsərrüfatı Nazirliyi arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

Bu Fərmanda göstərilən Saziş qüvvəyə mindikdən sonra Kənd Təsərrüfatı Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməlidir.

Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Qırğız Respublikası Hökumətinə bildiriş göndərməlidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Mahir Emrelinin yeni klubu bəlli oldu

Mahir Emrelinin yeni klubu bəlli oldu

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

"Yaxşı gəlin olmasan da, oğlum üçün gözəl həyat yoldaşısan" – VİDEO

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

Səhhəti yaxşılaşan Ömər Eldarov Mehriban xanıma TƏŞƏKKÜR ETDİ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

DÇ-2026: Bu gün 3-cü yerin sahibi MƏLUM OLACAQ

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

İran Küveytin neft və enerji obyektlərinə ZƏRBƏLƏR ENDİRİR

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

Bürcünüzə görə cüzdan rəngi: Bolluğu çağıran tonlar

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

İlk dəfə MİQ-də iştirak etdi, 93,75 bal topladı - “Bakıda işləmək istəyirəm”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

“Dünya çempionatı yenidən ABŞ-da keçirilsin”

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Xamenei ilk dəfə Putinlə telefon danışığı apara BİLƏR

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

Hakan Fidan Qətərə rəsmi səfər edəcək

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

"Qarabağ"ın oyununa biletlər satışa ÇIXARILDI - FOTO

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Sabah çimərliklərdə gözlənilən HAVA PROQNOZU

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

Köməkçisi ilə mərc yazışmaları üzə çıxdı - Fotolar

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

"İyulun iki günü" sənədli filmi Space TV-də nümayiş olunacaq – VİDEO

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Şəmkirdə ərini davadan ayırmaq istəyən qadın YARALANDI

Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Səbirsiz sürücülərin tıxacda yaratdığı TƏHLÜKƏ – Adi qayda pozuntusu, yoxsa avtoxuliqanlıq?

Polis itkin düşən 8 nəfəri TAPDI

Polis itkin düşən 8 nəfəri TAPDI

19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA

19 il əvvəl çəkilmiş FOTO dünya çempionatı öncəsi yenidən gündəmdə – Messidən REAKSİYA

Bir gün doğulduğu qızıl qəfəs də əlindən alınacaq - Dünyanın ən bəxtsiz şahzadəsi – FOTO

Bir gün doğulduğu qızıl qəfəs də əlindən alınacaq - Dünyanın ən bəxtsiz şahzadəsi – FOTO

Naxçıvanda işıq OLMAYACAQ

Naxçıvanda işıq OLMAYACAQ

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Müdafiə Nazirliyində milyonluq mənimsəməyə görə tutulan sabiq xidmət rəisi barədə QƏRAR

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Ceki Çanın Azərbaycana gələcəyi tarix AÇIQLANDI

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Müctəba Xamenei müharibə bitənə qədər ictimaiyyət qarşısına ÇIXMAYACAQ

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

Ötən gün qanunsuz saxlanılan 14 tüfəng aşkarlandı

End of content

No more pages to load

RADİO