Bu gün Azərbaycan milli komandasının hücumçusu Mahir Emreli Polşanın “Rakov” klubu ilə müqavilə imzalayacaq.
Bizim.Media xəbər verir ki, 29 yaşlı hücumçu artıq tibbi müayinədən keçib.
Tərəflər bu gün rəsmi müqaviləyə qol çəkəcək.
O, “Kayzerslautern”dən ayrılaraq icarə əsasında “Rakov”da oynayacaq. İcarə müddəti bir il olacaq. Polşa klubunun Emreli almaq seçimi də var.
Bizim.Media