Dövlət Departamentinin Qarabağda dağıdılmış abidələrimizlə bağlı hesabatının PƏRDƏARXASI 

“ABŞ Dövlət Departamentinin dini azadlıqlarla bağlı hesabatının əhatəliliyi ilə fərqlənmədiyi ilk dəfə deyil. Əgər söhbət bütün dinlərə eyni cür yanaşmadan, dini ayrı-seçkiliyə yol verməməkdən gedirsə, dini azadlıqlar sahəsindəki vəziyyətlə bağlı hesabat hazırlamağa ABŞ-la müqayisədə Azərbaycanın daha çox mənəvi haqqı var. Amma reallıq budur ki, dini azadlıqlarla bağlı hesabatı ABŞ Dövlət Departamenti hazırlayır”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev bildirib.

Millət vəkilinin sözlərinə görə, Dövlət Departamentində hesabatı hazırlayan struktur həm Ermənistandakı dini abidələrimizlə bağlı vəziyyətin necə olduğunu, həm də Azərbaycanın işğaldan azad edilmiş ərazilərində hayların bizim dini abidələrə qarşı necə vəhşiliklər törətdiklərini çox yaxşı bilirlər:
 

MÖVZU İLƏ BAĞLI:

“Ermənilər azad edilmiş ərazilərdə dini abidələri dağıdıb” – Dövlət Departamenti 


“Bu barədə onlarda bütün faktlar var. Amma həmişə olduğu kimi bu məsələdə də dəqiq qiymətləndirmə onların marağında deyil. Çünki çox təəssüf ki, onlar qarşı tərəfi yenə də fərqləndirməyə çalışırlar. Bunun da iki səbəbi var. Birinci səbəbi budur ki, onlar da gələcəkdə bu vəhşilikləri törədənlərdən geosiyasi alət kimi faydalanmaq istəyir. İkinci səbəb odur ki, ümumiyyətlə, Azərbaycanla Ermənistan arasında torpaqlarımızın işğalı ilə başlayan münaqişəyə sivilizasiyalararası münaqişə nöqteyi-nəzərindən yanaşırlar və Ermənistanı öz sivilizasiyalarının bir hissəsi hesab edirlər. Bu baxımdan belə ayrı-seçkiliyə yol verirlər”.

Deputat qeyd edib ki, Azərbaycan torpaqlarımızın işğal altında olduğu dövrdə UNESCO-ya dəfələrlə müraciət edib ki, bu ərazilərdəki tarixi-mədəni, dini abidələrin vəziyyəti ilə bağlı missiya həyata keçirsin, bununla bağlı hesabat hazırlasın:

“UNESCO-nun da cavabı bu olub ki, bu, siyasi məsələdir, bunu edə bilmərik. Amma Azərbaycan torpaqlarını azad edən anda UNESCO haray-həşir qopararaq bu ərazilərdə xristian dini abidələrinin gələcəyinin təhlükə altında olduğun vurğuladı və həmin ərazilərə missiya göndərmək niyyətini ifadə etdi.

Azərbaycan isə tələb etdi ki, missiya olsun, amma bu missiya azad edilmiş ərazilərimizdə, o cümlədən Ermənistanda Azərbaycan xalqına məxsus tarixi-mədəni, dini abidələrin vəziyyətini də araşdırsın. Amma UNESCO bu missiyanı göndərmədi.
Bunun da iki səbəbi var. Birincisi, böyük güclər arasında qeyri-rəsmi bölgüyə əsasən uzun müddətdir ki, UNESCO-nun hansı dövlətin nəzarətində olduğu və hansı dövlətin diktəsi ilə hərəkət etdiyi də heç kəs üçün sirr deyil. İndi UNESCO-nun Baş direktoru olan Odri Azule də məhz Fransanın keçmiş mədəniyyət naziridir.

Birinci, elə bu səbəbdən UNESCO-nun fəaliyyətində obyektivlik görməmişik, görmürük və görməyəcəyik də. İkincisi, Odri Azulenin kimliyi də çox şeydən xəbər verir. Bu yaxınlarda KİV-lərdə Odri Azulenin UNESCO-nun vəsaitlərini özünün və ailəsinin təminatı üçün xərclədiyi haqda xeyli yazılar işıq üzü görmüş, onunla bağlı çoxlu sayda ittihamlar irəli sürülmüşdü. Bəs Azərbaycan nə etməlidir ki, bu məsələlərlə bağlı obyektivlik təmin olunsun? Azərbaycan bu yöndə nə lazımdırsa, edir”.

Sahib Alıyev onu da qeyd edib ki, Azərbaycan dəfələrlə diplomatik kanallarla həm hesabatların qərəzli hazırlandığı, həm də UNESCO-nun fəaliyyətsiz, tərəfkeş və obyektivlikdən uzaq olduğunu diqqətə çatdırıb: 

“Bu, parlament diplomatiyası səviyyəsində də dəfələrlə səsləndirilib. İşğaldan azad olunan ərazilərə xarici ölkə səfirlərinin davamlı səfərləri sıradan səfərlər deyil. Bir çox hallarda bu səfərlərdə erməni barbarlığına, vəhşiliyinə göz yummaq istəyənlərə göstərilir ki, baxın, dəstəklədiyiniz, havadarlıq etdiklərinizin vəhşiliklərini görün.
Bunların hamısı ilə bağlı videoçəkilişlər aparılaraq arxivləşdirilir və müxtəlif səviyyəli beynəlxalq tədbirlərdə nümayiş olunur. Bu yöndə siyasət gələcəkdə də davam etdirilməlidir və davam etdiriləcək”.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

İranda dollar kəskin BAHALAŞDI

İranda dollar kəskin BAHALAŞDI

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Övladı Xoşqədəmi sevindirdi – FOTO

Övladı Xoşqədəmi sevindirdi – FOTO

End of content

No more pages to load

RADİO