Üçtərəfli bəyanatda əks olunan “maneəsiz” ifadəsi necə həll olunacaq? – Fərhad Məmmədovun ŞƏRHİ

“Nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı danışıqlar formatı ümumi prosesin ən işlənmiş, ən real görünən istiqamətidir. Burada artıq, demək olar ki, bütün hazırlıq işləri həyata keçirilib”.

Bu fikirləri Bizim.Media-ya açıqlamasında politoloq Fərhad Məmmədov səsləndirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan XİN-in ittihamına Fərhad Məmmədovdan CAVAB: “Bu yeni eskalasiyalara səbəb ola bilər”.


Belə ki, bu gün Moskvada baş tutacaq Cənubi Qafqazda regional kommunikasiyaların açılması üzrə işçi qrupun iclasını şərh edən politoloqun sözlərinə görə, nəqliyyat xətlərinin açılmasını delimitasiya prosesindən kənar baxmaq mümkün deyil:

“Çünki, ən azı nəqliyyat dəhlizlərinin ölkələrə giriş-çıxışı olan yerlər müəyyən olunmalıdır və həmin ərazilərdə delimitasiya-demarkasiya prosesi başa çatmalıdır ki, Azərbaycan, Ermənistan sərhədçilərinin harada dayanacaqları müəyyənləşdirilsin və s. Ümumilikdə isə bir neçə istiqamət üzrə gedən danışıqlar prosesinin bu istiqamətində konkret qərarların qəbul edilməsinə daha yaxınıq”.

Fərhad Məmmədov qeyd edib ki, regional kommunikasiyaların açılmasında, həm Avropa İttifaqı, həm də Rusiya maraqlıdır:

“Lakin bir ziddiyətli məqam var ki, bu bütün iştirakçı tərəflərə maneə yaradır: Bu yanaşmadır və  ondan ibarətdir ki, üçtərəfli bəyanatlarda öz əksini tapan “maneəsiz” ifadəsi necə işlənib hazırlanacaq? Avropa İttifaqı rəhbərinin bəyanatında əks olunan prinsip kommunikasiyalar üzərində suverenliyin qorunmasıdır. Bu məsələnin hansı formada işlənib hazırlanacağını müəyyənləşdirməyə ehtiyac var. Çünki burada Zəngəzur dəhlizi ilə Laçın dəhlizlərinin, yaxud da Gorus-Qafan yolunun istifadə qaydaları eyniləşdirilməsi variantları var”.

Politoloqun sözlərinə görə, bütün bu xırdalıqlar əldə olunacaq qərarda öz əksini tapmalıdır:

“Burada iki fərqli baxış var və danışıqların əsas predmeti, zənnimcə, bu mövzudur. Qərarların qəbul olunmasına da əsas maneə budur. Yekun olaraq qeyd edək ki, texniki tərəfinin həllində ən çox irəlidə olduğumuz istiqamət nəqliyyat istiqaməti olsa da, qeyd olunan maneəni necə aşacağımız maraq doğurur”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

İranda dollar kəskin BAHALAŞDI

İranda dollar kəskin BAHALAŞDI

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Övladı Xoşqədəmi sevindirdi – FOTO

Övladı Xoşqədəmi sevindirdi – FOTO

End of content

No more pages to load

RADİO