Rusiya-Ukrayna müharibəsinin 100 GÜNÜ – Münaqişə hara aparır? 

2022-ci ilin 24 fevral tarixində 2014-cü ildə dondurulan Ukrayna-Rusiya münaqişəsi aktiv fazaya keçdi. Dünyada yeni müharibə ocağı alovlandı. Beləcə 25 ildən sonra müharibə Şərqdən Qərbə köçürüldü. Bunun da bir sıra səbəbləri var.

Birincisi, dünyaya ağalıq etmək iddiasında olan ABŞ Şərqdə zəngin karbohidrogen ehtiyatlara və güclü maddi imkanlara malik dövlətləri sıradan çıxartdıqdan sonra əzəli rəqibləri ilə haqq-hesab çəkmək mərhələsinə daxil oldu. 

İkincisi, Ukrayna-Rusiya münaqişəsində ABŞ növbəti və bəlkə də əsas rəqibini-Rusiyanı ən azından zəiflətmək istəyirdi. Həm də Avropanın ortasında iki qardaş xalq arasında düşmənçiliyi rəsmiləşdirmiş oldu.

Üçüncüsü, ABŞ özünün “mehriban düşmən”lərini - Avropa İttifaqını cəzalandırmaq siyasətini yürütdü. Çünki, Avropa dövlətləri ABŞ-a sözdə dost olsalar da reallıqda rəqibdirlər. Avropa İttifaqının yaradılması da məhz ABŞ-a qarşı vahid cəbhədə birləşmək məqsədi daşıyır.

Göründüyü kimi bu münaqişə ABŞ-ın layihəsidir. Qurbanlıqsa Ukrayna xalqı, Ukrayna dövlətidir. Ona görə də Ukrayna-Rusiya müharibəsində ABŞ sadaladığımız hər üç istəyinə qismən də olsa çatdı. Rusiya getdikcə zəifləyir, Avropa İttifaqı ölkələri son 25 ilin ən ağır iqtisadi böhranını yaşayır.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiyadan XƏBƏRDARLIQ – “Ukraynanın durumu ağırlaşacaq...” 


Üstəlik, 44 milyonluq Ukrayna xalqının böyük hissəsi nicat üçün Avropa dövlətlərinə üz tuturlar. Bu da Qərb üçün əlavə sıxıntı deməkdir.

Amma müharibə hələ davam edir. ABŞ üçün ən pis variantda Ukrayna xarabazarlığa çevriləcək, Avropanın köbəyindəki bu sağalmaz yara bundan sonra sürətlə Avropaya və Rusiyaya yayılacaq. Yada salaq ki, hələ bu ilin 4 fevralında “Reuters” yazırdı ki, “ABŞ-ın hesablamalarına görə,müharibədə Ukraynanın hərbi itkiləri 5000-dən 25.000 nəfərə qədər, Rusiyanın itkiləri  3000-dən 10.000-ə qədər, mülki itkilər isə 25.000-50.000 nəfərə qədər ola bilər”. 

Ukraynanın itkiləri

Ukrayna 100 gündə müharibəyə 10 milyard dollardan artıq vəsait xərcləyib. Müharibə dövründə dövlət gəlirləri 40 faiz azalıb. Xarici borclar kəskin şəkildə artıb. Ölkə iqtisadiyyatının əsasları sarsıdılıb. Son bir ayda təkcə taxıl ixracı 2021-ci ilin analoji dövrü ilə müqayisədə 2,7 dəfə azalıb. Kommunikasiyalar və bir çox yaşayış məntəqələri xarabazarlığa çevrilib. 100 gündə Ukraynanın itkiləri 200 milyard dollardan artıqdır. Münaqişə nəticəsində Ukrayna ordusunun itkiləri məlum olmasa da mülki itkilər xeyli çoxdur. Tək bir faktı deyək ki, münaqişə nəticəsində indiyədək 242 uşaq ölüb, 440 uşaq güllə və qəlpə yarası alıb. 

Rusiyanın itkiləri

Müharibə Rusiyaya da çox böyük ziyan vurub. Ekspertlərin hesablamalarına görə Rusiya gün ərzində Ukraynada 900 milyon dollar itirir. Bu hesabla son 3 ayda Rusiyanın Ukraynadakı itkilərinin miqdarı 100 milyarda yaxındır. Təkcə Mariupolda Rusiyanın 1 milyard 111 milyon dollar dəyərində hərbi texnikası məhv edilib. Canlı qüvvəyə gəldikdə isə 100 gündə Rusiyanın canlı itkilərinin sayı 30 mindən çox olduğu bildirilir. Hələ ölkə daxilindəki iqtisadi itkiləri və beynəlxalq sanksiyaları demirik. Bəzi şifahi hesablamalara görə, bu itki 400 milyard dollar yaxındır.
 

Müharibə Qərbin, daha dəqiq desək ABŞ-ın layihəsi olsa da bu münaqişədən qazanclı çıxmaq istəyən digər tərəflər də var. Məsələn, Rusiya bu müharibəyə başlamaqla NATO-nun və Aİ evinin Şərqə doğru genişlənməsini bir qədər ləngitdi.


Lakin Kremldə hazırlanan hesablamalar reallıqlarala üst-üstə düşmədi. İlk gündən güclü həmlə edən rus qoşunları hətta Kiyevə qədər gedib çıxdı. Lvovu belə bombaladı. Lakin ABŞ və Avropa dövlətlərinin dəstəyi ilə Ukrayna Rusiya qarşısında duruş gətirdi və Moskvanın planlarını pozdu. Bununla belə Rusiyanın beynəlxalq aləmdə hərbi güc olmasının bir daha sübut olundu. Rusiyanın daxili sabitliyi pozulmadı. Ölkə əhalisi əsasən Putini müdafiə etdi. Bundan əlavə bir çox iri dövlətlər - Çin, Hindistan, Pakistan, İran və digərləri dolayısı ilə Rusiyanın yanında yer aldı. Bu isə gizli qütbləşmənin özünü biruzə verməsinə bird aha şərait yaratdı.

Münaqişədə qazanclı çıxan ölkələr arasında Çin və Hindistan da var. İndi Çin əzəli rəqibi Rusiyaya istədiyini diqtə edir. Hindistan da siyasi və iqtisadi aktivliyini artırıb. Münaqişə nəticəsində bu dövlət yeni bazarlar qazanır. Xüsuslə də ərzaqlıq buğda ixracında Hindistan Ukraynanın yerini tutmağa çalışır.

Bəs itirənlər kim oldu?

İlk növbədə Ukrayna itirdi. Rusiya da təbii ki, itkilərə məruz qalan ikinci ölkədir. Avropa dövlətləri yox həm də sadə avropalılar bu münaqişənin acısını gündəlik məişətlərində hiss etdilər. Avropada qiymətlər sürətlə qalxır, yanacaq və istilik böhranı yaşanır. Bəzi dövlətlərdə infilyasiya son 20 ilin rekordu səviyyəsinə qalxıb. Rusiya öz qazı ilə təkcə avropalıların iqtisadiyyatı ilə deyil, həm də əsəbləri ilə oynayır. Eləcə də, Ukrayna ilə güclü ticari əlaqəsi olan dövlətlər də itkilərlə üzləşdi.

Müharibənin sonu görünürmü?

100 günün yekunları göstərir ki, bu münaqişə yaxın aylarda bitməyəcək. Ola bilsin ki, hələ on illər davam etsin. Zelenskinin son bəyanatı da bunu sübut edir. Başqa bir qorxulu ehtimal isə münaqişənin qonşu dövlətlərə-Moldavaya, Belarusa, Polşaya, Macarstana sıçramasıdır.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Putin: "Rusiya İranın suverenliyini dəstəkləməyə davam edəcək"

Putin: "Rusiya İranın suverenliyini dəstəkləməyə davam edəcək"

Space TV-də daha iki verilişin yayımı dayandırılıb

Space TV-də daha iki verilişin yayımı dayandırılıb

İraqda sementdaşıyan maşın onlarla insanın ölümünə səbəb oldu - VİDEO

İraqda sementdaşıyan maşın onlarla insanın ölümünə səbəb oldu - VİDEO

“Dedi 2 günə gələcək, gəlmədi” - 10 gündür suları yoxdur -VİDEO

“Dedi 2 günə gələcək, gəlmədi” - 10 gündür suları yoxdur -VİDEO

İlham Əliyev Andrey Babişə təşəkkür etdi - FOTO

İlham Əliyev Andrey Babişə təşəkkür etdi - FOTO

İran Hormüz boğazından keçidlə bağlı YENİ QAYDALAR hazırlayır

İran Hormüz boğazından keçidlə bağlı YENİ QAYDALAR hazırlayır

Lavrov: " İran-ABŞ razılaşmasının əldə olunması üçün yol mümkün qədər tez açılmalıdır" - FOTO/VİDEO

Lavrov: " İran-ABŞ razılaşmasının əldə olunması üçün yol mümkün qədər tez açılmalıdır" - FOTO/VİDEO

Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi

Gömrük Komitəsində yeni idarənin fəaliyyəti rəsmiləşdirildi

Naibə Allahverdiyeva qızına TOY EDİR - VİDEO

Naibə Allahverdiyeva qızına TOY EDİR - VİDEO

Quterreş dünya liderlərinə SƏSLƏNDİ: Təcili hərəkətə keçməliyik

Quterreş dünya liderlərinə SƏSLƏNDİ: Təcili hərəkətə keçməliyik

İtaliya Naxçıvana hücumu qınadı - FOTO/VİDEO

İtaliya Naxçıvana hücumu qınadı - FOTO/VİDEO

End of content

No more pages to load

RADİO