Elmira Axundova DANIŞDI – “Ukraynaya getmək istəyirəm, rəhbərlik qoymur”

Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın Xalq artisti Brilliant Dadaşovanın ötən gün baş tutan konsertində iştirak etməsini xəbər vermişdik. 

Elmira Axundovanın bu barədə görüntülərini Bizim.Media əldə edib. Məsələ ictimaiyyətdə ciddi müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçiləri xanım səfiri Ukraynaya qayıtmadığına görə tənqid ediblər.

Məsələ ilə bağlı “Qafqazinfo” Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın bu barədə mövqeyini öyrənib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukraynadakı vəzifəsinə qayıtmayan səfirimiz Brilliant Dadaşovanın KONSERTİNDƏ - FOTOFAKT


Xanım səfir qeyd edib ki, sosial şəbəkədə yazılanları oxumur: “Çünki sosial şəbəkələrdə adətən ədalətsiz və qərəzli məlumatlar paylaşılır. Özü də şəbəkələr çox ağır söyüşlərlə doludur. Bu qəbuledilməzdir ”.

Elmira Axundovanın sözlərinə görə artıq 3 aya yaxındır ki, o və bir neçə əməkdaşı Bakıdadır: 

“Əməkdaşlarımız rotasiya qaydasında Ukraynadakı səfirliyimizdə işləyir. Mən bütün məsələləri rəhbərliklə əlaqələndirirəm. Bir neçə dəfə rəhbərliyə müraciət etmişəm ki, mən – yəni səfir başda olmaqla bütün heyət Ukraynaya qayıtmağa, orada işləməyə hazırıq. Mən özüm bu gün də, sabah da Ukraynaya getməyə hazıram. Lakin rəhbərliyin münasibəti başqadır. Ukraynada müharibə davam etdiyindən, təhlükəsizliklə bağlı suallar olduğundan rəhbərlik hələ ki, səfirliyin qadın əməkdaşlarını bu ölkəyə göndərmir. Ukraynada səfirlikdə üç nəfər qadın əməkdaş var. Mən, mənim köməkçim və üçüncü katib. Bizə deyirlər ki, siz hələ Azərbaycanda qalın. Kişi əməkdaşlarımız isə öz ailələri, arvad-uşaqlarını Bakıda qoymaq şərti ilə rotasiya qaydasında Kiyevdə işləyirlər”.

O vurğulayıb ki, Bakıda olan əməkdaşlar iş başındadır, onlar rəhbərlik tərəfindən verilən tapşırıqları layiqincə yerinə yetirirlər.

“Mən iki dəfə səfirlik adından Ukraynaya humanitar yardım göndərmişəm – Dnepr və Xarkov şəhərlərinə. Görün sosial şəbəkələrdə qışqıran, Ukraynanı çox istəyənlər bu ölkəyə bir kq humanitar yardım, bir dollar göndərib? Mən Ukraynada yaşayan soydaşlarıma kömək edirəm və etməyə davam edəcəyəm.
Ukraynaya 30 ton humanitar yardım göndərmişik. İrpen şəhərindəki Zərifə Əliyeva adına məktəbin təmiri ilə məşğuluq, bir çox başqa vacib işlərlə - analitik yazılar, press-relizlər, vətəndaşlara kömək. Ona görə də mənim konsertə gedib-getməməyin heç bir mənası yoxdur. Getmişəm, yaxşı etmişəm”. 

Xatırladaq ki, Azərbaycanın Ukraynadakı Səfirliyi aprelin 29-da Kiyev şəhərində fəaliyyətini bərpa edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Xaricdə işləyən azərbaycanlıların pensiyası belə HESABLANACAQ – VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Qubada 2 gün 500 manat, xaricdə 4 gün 800 manat? - VİDEO

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Bu futbolçu da “Qalatasaray”dan ayrıla bilər

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

Qarpızın tərkibində uşaq orqanizminin istehsal edə bilmədiyi faydalı MADDƏ VAR

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsraildə həbsxanaların mühafizəsi TİMSAHLARA tapşırılacaq

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

İsrail hücumları nəticəsində Livanda ölənlərin son STATİSTİKASI

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

Ermənistanda silahlı insident: Bir nəfər küçədə güllələndi

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

İş vaxtında 1 saatlıq icazə yazılı olmalıdır?

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

Trampa ağır ittiham: "Vens ABŞ Prezidenti olsaydı, İranla müharibə yaşanmazdı”

İranda dollar kəskin BAHALAŞDI

İranda dollar kəskin BAHALAŞDI

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

"Ağlaşma verilişlər reytinq verirdi" - VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Mahir yeni klubuna “Bayatı-Şiraz”la keçdi – VİDEO

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Azərbaycan Braziliya və Cənubi Koreyadan dondurma almağa başladı

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

Hərbçimizlə bağlı yayılan video YALANDIR - FOTO

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

“Qarabağ” “Liverpul”un sabiq futbolçusu ilə danışıq aparır

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

ABŞ ordusunda itkilər var: Yaxınlarına xəbər verildikdən sonra açıqlanacaq

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

Dövlət Dəniz və Liman Agentliyi azərbaycanlı dənizçilərə çağırış edib - VİDEO

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

İnsanları asanlıqla inandıra bilən BÜRCLƏR

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

“Neftçi” rəsmisi: “Hədəfimiz çempionluqdur”

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Müctəba Xamenei: "Trampın imzasının heç bir dəyəri yoxdur"

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

Zidanın Fransa millisinə nə vaxt başçılıq edəcəyi MƏLUM OLDU

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

ABŞ Pakistandakı Baş Konsulluğunu tamamilə BAĞLADI

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Azərbaycan boksçuları Gürcüstanda 13 medal qazandı

Övladı Xoşqədəmi sevindirdi – FOTO

Övladı Xoşqədəmi sevindirdi – FOTO

End of content

No more pages to load

RADİO