Azərbaycan və Türkiyə prezidentləri Bakıda bu açılışlarda iştirak etdilər - YENİLƏNİB – FOTO/VİDEO

Mayın 28-də Bakıda 7 saylı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışı olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan açılışda iştirak ediblər.

Dövlət başçılarına məlumat verildi ki, paytaxtda tikilmiş yeni “ASAN Həyat” Kompleksi üç hissədən ibarətdir. Kompleksdə 7 saylı Bakı “ASAN xidmət” mərkəzi və “INNOLAND”, “Bilim Bakı” mərkəzi və ASAN İnnovativ İnkişaf Mərkəzi, həmçinin Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Aparatının yeni inzibati binası yerləşir.

Bildirildi ki, tikintisinə 2019-cu ildə başlanılan kompleksin iki hissəsi - “ASAN xidmət” mərkəzi və “INNOLAND”, “Bilim Bakı” və ASAN İnnovativ İnkişaf mərkəzlərinin inşası 2022-ci ilin mayında başa çatdırılıb. Üçüncü hissə isə cari ilin sonunadək hazır olacaq.

Kompleksdə yerləşən “ASAN xidmət” mərkəzi Bakıda yeddinci, ümumilikdə ölkə üzrə 23-cü mərkəzdir. Mərkəz Bakıda xidmətlərə artan ciddi tələbat nəzərə alınaraq inşa edilib və ərazi məhdudiyyəti olmadan vətəndaşlara xidmət göstərəcək.

Ümumilikdə 288 əməkdaşın və 50 könüllünün çalışacağı mərkəzdə müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən 325-dən çox xidmət həyata keçiriləcək.

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “ASAN xidmət” və “Bilim Bakı” mərkəzlərini işə saldılar.

Sonra dövlət başçıları “Bilim Bakı” mərkəzi ilə tanış oldular.

Məlumat verildi ki, bu mərkəz Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə təsisçisi Selçuk Bayraktar olan Türkiyə Texnologiya Komandası Vəqfi arasında imzalanmış əməkdaşlıq barədə protokola əsasən yaradılıb.

Mərkəzin fəaliyyəti ümumtəhsil mərkəzlərinin 6-14 yaş arası şagirdlərinin elmə, innovasiyaya və texnologiyaya marağını və biliklərini artırmağa yönəlib, elmi biliklərin təcrübədə necə tətbiq olunduğunu müşahidə etmək imkanı yaradır.

Mərkəzdə hər biri 20 şagird yerlik 6 laboratoriya fəaliyyət göstərəcək. Bunlar təbiət elmləri, texnologiya, riyaziyyat, astronomiya, kosmos və aviasiya, dizayn və sahibkarlıq laboratoriyalarıdır.

Prezidentlər İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan laboratoriyalarda təcrübə aparan şagirdlərlə söhbət etdilər.

Kompleksdə ASAN İnnovativ İnkişaf Mərkəzi də fəaliyyət göstərəcək. Bu mərkəzin əsas məqsədi qabaqcıl ASAN təcrübəsini, innovativ və yeni təlim metodlarını tətbiq etməklə ölkəmizdə müxtəlif özəl və dövlət orqanlarında vətəndaşlara xidmət sahəsində kadrların peşəkarlıq səviyyəsinin təkmilləşdirilməsinə töhfə vermək, bilik və bacarıqların artırılması istiqamətində təlimlər həyata keçirməkdir.

Sonda Azərbaycan və Türkiyə prezidentlərinə xatirə hədiyyələri təqdim olundu.

Qeyd edək ki, hazırda Azərbaycanda 22 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir, 5-nin isə inşası davam etdirilir. Bu günədək “ASAN xidmət” mərkəzlərinə 8 milyon 88 mindən çox vətəndaşın 52 milyondan çox müraciəti daxil olub.

Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə də vətəndaşlara xidmətlər göstərilir. Keçirilən rəy sorğularına əsasən, vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.


19.10

Azərbaycan Prezidenti İlham Əliyev və həmkarı Rəcəb Tayyib Ərdoğan 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin və “Bilim Bakı” mərkəzinin açılışında iştirak ediblər.

Bizim.Media xəbər verir ki, dövlət başçıları sözügedən mərkəzlərdə yaradılan şəraitlə tanış olublar.

Bizim.Media
 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

İsrail yenidən İranla müharibəyə başlayacaq?

İsrail yenidən İranla müharibəyə başlayacaq?

Diplomat məxfi yazışmaların sızdırılması şübhəsi ilə həbs edildi

Diplomat məxfi yazışmaların sızdırılması şübhəsi ilə həbs edildi

Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib - FOTO

Kiyevə raket zərbələri nəticəsində Azərbaycanın Ukraynadakı səfirliyinə ziyan dəyib - FOTO

İngiltərənin tələbi ilə məşhur bloqerlər Mayamidə həbs edildi

İngiltərənin tələbi ilə məşhur bloqerlər Mayamidə həbs edildi

Ağstafada təmizlənən arxların kənarına bəndlər vurulur

Ağstafada təmizlənən arxların kənarına bəndlər vurulur

Aralıq dənizində 13 ildə ilk dəfə Rusiya hərbi gəmisi yoxdur

Aralıq dənizində 13 ildə ilk dəfə Rusiya hərbi gəmisi yoxdur

FAKTİKİ HAVA: Dağətəyi rayonlarda şimşək çaxıb, leysan yağıb

FAKTİKİ HAVA: Dağətəyi rayonlarda şimşək çaxıb, leysan yağıb

Messi azarkeşlərə müraciət etdi - FOTO

Messi azarkeşlərə müraciət etdi - FOTO

Qriqori Karasin: Wildberries-ə edilən hücumun cavabı sərt olacaq

Qriqori Karasin: Wildberries-ə edilən hücumun cavabı sərt olacaq

Ağstafaya sel gəldi - VİDEO

Ağstafaya sel gəldi - VİDEO

Fransa-İngiltərə oyunu tarixə düşdü - 3-cü yer uğrunda ən çox qol vurulan matç

Fransa-İngiltərə oyunu tarixə düşdü - 3-cü yer uğrunda ən çox qol vurulan matç

Ceki Çan Azərbaycana gələcək - VİDEO

Ceki Çan Azərbaycana gələcək - VİDEO

Nyu-Yorkda güclü yağışlar: Küçə və zirzəmiləri su basdı – VİDEO

Nyu-Yorkda güclü yağışlar: Küçə və zirzəmiləri su basdı – VİDEO

Rusiya Ukraynada ABŞ şirkətinə məxsus anbara ZƏRBƏ ENDİRDİ - FOTO

Rusiya Ukraynada ABŞ şirkətinə məxsus anbara ZƏRBƏ ENDİRDİ - FOTO

Ehtiyatda olan 1-ci dərəcəli kapitan vəfat etdi - FOTO

Ehtiyatda olan 1-ci dərəcəli kapitan vəfat etdi - FOTO

İran ABŞ-ın çoxsaylı helikopterlərini sıradan çıxarıb

İran ABŞ-ın çoxsaylı helikopterlərini sıradan çıxarıb

Odessada vurulan gəminin kapitanının cənazəsi Lənkəranda torpağa tapşırıldı

Odessada vurulan gəminin kapitanının cənazəsi Lənkəranda torpağa tapşırıldı

“Qazaxıstan prezidenti Putini Paşinyanla barışdıra bilməyib” - İDDİA

“Qazaxıstan prezidenti Putini Paşinyanla barışdıra bilməyib” - İDDİA

Kiyevdə "Lukyanovskaya" metro stansiyası bağlandı - VİDEO

Kiyevdə "Lukyanovskaya" metro stansiyası bağlandı - VİDEO

Rusiya Ukraynada sərnişin qatarına yenidən dronla zərbə endirdi - FOTO

Rusiya Ukraynada sərnişin qatarına yenidən dronla zərbə endirdi - FOTO

Dünyanın ən gözəl sözü seçildi: Maori dilindən "Kaitiakitanga"

Dünyanın ən gözəl sözü seçildi: Maori dilindən "Kaitiakitanga"

Zelenskidən etiraz aksiyalarına REAKSİYA

Zelenskidən etiraz aksiyalarına REAKSİYA

Aylığı 20 min manat olan bağ evləri: Niyə qiymətlər bu qədər artıb? - VİDEO

Aylığı 20 min manat olan bağ evləri: Niyə qiymətlər bu qədər artıb? - VİDEO

Lukoyl-un nəhəng yanacaq bazası vuruldu - VİDEO

Lukoyl-un nəhəng yanacaq bazası vuruldu - VİDEO

End of content

No more pages to load

RADİO