Ötən gecə futbol üzrə dünya çempionatında Fransa və İngiltərə yığmaları arasındakı oyun (hesab 4:6) çempionat tarixinə üçüncü yer uğrunda ən çox qol vurulan matç kimi düşüb.
Bizim.Media xəbər verir ki, bu matçdan əvvəl çempionat tarixində ən çox qol vurulan üçüncü yer uğrunda matç 1958-ci ildə oynanılıb və Fransa yığması Qərbi Almaniyanı 6-3 hesabı ilə məğlub edib.
Fransa-İngiltərə oyunu, eyni zamanda, builki çempionatın hələlik ən çox qol vurulan matçı olub.
Turnirin əvvəlində E qrupunda Almaniya millisi Kurasao ilə qarşılaşıb və matç Avropa təmsilçisinin 7:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Həmçinin Fransaya 6-4 hesabı ilə qalib gələn İngiltərə tarixində ilk dəfə dünya çempionatında üçüncü yeri tutub. İngiltərə daha əvvəl 1990-cı və 2018-ci illərdə üçüncü yer uğrunda mübarizə aparıb və hər iki matçda məğlub olub. 1966-cı ildə kuboku qazanan ada ölkəsi bu il son 60 ildə ən uğurlu dünya çempionatı performansını nümayiş etdirib.
Bundan başqa, ötən gecə Fransa 1968-ci ildən bəri ilk dəfə matçın ilk hissəsində qapısından 4 qol buraxıb.
Bizim.Media