Prezident və birinci xanım Zəngilanda “Ağıllı kənd”in açılışını etdilər - YENİLƏNİB - FOTO/VİDEO

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub.

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım əvvəlcə Ağalı kənd meydanı ilə tanış olublar. Kənd meydanında otuz ilə yaxın müddətdə işğal altında qalmış əzəli torpaqlarımızda sülhün əbədi təmin olunmasını təcəssüm etdirən göyərçin abidə-fəvvarə kompleksi yaradılıb.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fəvvarəni işə salıblar.

Sonra dövlətimizin başçısı və birinci xanım kənd meydanında yaradılmış Dövlət Xidmətləri Mərkəzi ilə tanış olublar. Bildirilib ki, burada “Azərpoçt” MMC-nin rayon şöbəsi, “ASAN xidmət” mərkəzi, DOST mərkəzi, Kiçik və Orta Biznesin İnkişafı Mərkəzi fəaliyyət göstərəcək.

Bunlardan məqsəd kənd sakinlərinin dövlət xidmətlərinə rahat çıxışı təmin etməkdir. Məsələn, kənd sakinlərinin “ASAN” və ya “DOST” xidmətlərinə müraciət üçün rayon mərkəzinə getmələrinə ehtiyac qalmayacaq.

Bu mərkəzlərdə kənd sakinlərinə sosial təminat və məşğulluq sahəsində 100-dən çox xidmət onlayn formada göstəriləcək. Vətəndaş birbaşa videobağlantı ilə “DOST” mərkəzlərinin sosial agentinə müraciət edəcək və müraciəti yerindəcə həll olunacaq.

Kənd ağıllı idarəetmə mərkəzi (situasiya mərkəzi) ilə tanışlıq zamanı SİNAM şirkətinin rəhbəri Elçin Əliyev Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verdi ki, “Ağıllı kənd” üçün “ağıllı həllər” də nəzərdə tutulub.

Bundan əsas məqsəd istismar xərclərinin azalmasından, yaşayış səviyyəsinin isə yüksəldilməsindən ibarətdir. Əsas məsələ yüksək sürətli internetdir. Ağalı kəndindəki internetin sürəti ölkə üzrə orta sürətdən dəfələrlə artıqdır.

Dövlətimizin başçısı və birinci xanım Ağalı kənd meydanında “Kapital Bank”ın Zəngilan filialı, kənd təsərrüfatı təyinatlı laboratoriyalar, baytarlıq və bitki mühafizə idarələri və digər ictimai iaşə obyektləri ilə də tanış olublar.

Ağalı kəndində müasir şəhərsalma standartları tətbiq olunub. Küçələrin “ağıllı” işıqlandırılması, isti və soyuğadavamlı ekoloji evlərin inşası, məişət tullantılarının idarə olunması, günəş panellərinin quraşdırılması, bioqaz enerjisindən istifadə kimi amillər bu konsepsiyanın tərkib hissələridir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “golf car”la kəndin ərazisini gəzdilər, 5 nömrəli üçotaqlı evə baxıblar.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağalı kəndində “Gillmed” tikiş fabriki, ailə sağlamlıq mərkəzi (tibb məntəqəsi), uşaq bağçası və kənd orta məktəbi ilə də tanış olublar.

Ailə sağlamlıq mərkəzində tele-tibb sisteminin təqdimatı zamanı dövlətimizin başçısına və birinci xanıma məlumat verildi ki, tele tibb vasitəsilə xəstənin qanında arterial təzyiq, oksigen təchizatı, triqleserin və şəkər ölçülür, ürək ritmi, dəri örtüyü və göz bəbəyinin görüntüsü əldə edilir. Cihazlardan toplanan məlumatlar xüsusi planşetlə platformaya ötürülür, ürək, ağ ciyər, böyrək, dalaq, lor (qulaq, burun, boğaz), dermatoloji xəstəliklərin, həmçinin qalxanabənzər və mədəaltı vəzin müayinəsində istifadə edilir.

Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya kənddəki uşaq bağçasında yaradılan şərait barədə məlumat verildi. Həmçinin kənd tam orta məktəbinə baxış zamanı distant təhsil həllərinin təqdimatı keçirildi.

Məlumat verildi ki, 360 şagird yerlik ikimərtəbəli məktəb binası və birmərtəbəli 60 yerlik uşaq bağçasının binasında monolit dəmir-beton, xarici və daxili divarların hörgü işləri, kommunikasiya xətlərinin çəkilişi və damın quraşdırılması üzrə işlər tam başa çatdırılıb, daxili və xarici bəzək işləri görülür. Göründüyü kimi, “Ağıllı kənd”də müasirlik təkcə qurulan infrastrukturla məhdudlaşmır, burada təhsilə yeni yanaşmanın tətbiqi də mühüm rol oynayır.

12.40

Mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində “Ağıllı kənd” layihəsinin birinci mərhələsi üzrə açılış mərasimi olub. 

Bizim.Media xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər və burada yaradılan şəraitlə tanış olublar. 

Sonra dövlətimizin başçısı və birinci xanım Ağalı kənd sakinləri ilə görüşüblər. 

Bizim.Media

 

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Ağ Ev Trampa qarşı sui-qəsd cəhdinin SƏBƏBİNİ açıqlayıb

Ağ Ev Trampa qarşı sui-qəsd cəhdinin SƏBƏBİNİ açıqlayıb

Zelenski gizli şəkildə Ermənistana gələcək

Zelenski gizli şəkildə Ermənistana gələcək

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Fermerlər zərər içində: Çiyələk və alça bu il baha ola bilər - VİDEO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Həmin piyadanı vuran şəxs futbolçu imiş – FOTO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

Xalq artistinin qızı ilə rəqsi hər kəsi KÖVRƏLTDİ - VİDEO

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İranlı hakerlər on minlərlə ABŞ hərbçisinin məlumatlarını ələ keçirdi

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

İsrail səfiri Ukrayna XİN-ə çağırıldı - Rusiya taxılına görə...

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu yolda təhlükəli vəziyyət: hər an çökə bilər - FOTO

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Bu gün görkəmli oftalmoloq alim ZƏRİFƏ ƏLİYEVANIN doğum günüdür

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

Külək nə vaxt dayanacaq... - AÇIQLAMA

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

“Sabah” “Karvan-Yevlax”ı məğlub etdi

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Naibə Allahverdiyevanın qızının toyundan yeni GÖRÜNTÜLƏR - VİDEO

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Ağ Ev: “Bu, Trampa sui-qəsd cəhdidir”

Millimiz Qazaxıstana qalib gəldi

Millimiz Qazaxıstana qalib gəldi

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

Tramp arvadına "söz atan" jurnalistin işdən çıxarılmasını TƏLƏB ETDİ

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

“Turan Tovuz” – “Zirə” oyununda heç-heçə - FOTO/VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Şri-Lankada narkotik daşıyan 22 rahib ələ keçib - VİDEO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Zakir Həsənov İtaliyaya rəsmi səfər edib – FOTO

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Soyuducunun üstünə əşya qoyanlara xəbərdarlıq

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Süni intellekt işçi qüvvəsindən BAHALI imiş

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

Canlı yayımda biabırçı anlar: Aparıcı Çiçək hədəfdə- VİDEO

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

NATO hər il keçirilən sammitlərdən imtina edə bilər - ABŞ-a görə...

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

İranın üçmərhələli təklifi ilə bağlı Ağ Evdən AÇIQLAMA

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

Xəzərdə üzən gəmilərə XƏBƏRDARLIQ EDİLDİ

End of content

No more pages to load

RADİO