“Ermənistanla sülh sazişinin imzalanması üçün addımlar atırıq” - XİN rəhbəri

“Azərbaycan Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması üçün addımlar atır”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İtaliyanın “Agenzia Nova” xəbər agentliyinə müsahibəsində ikitərəfli münasibətlərin normallaşması üçün Ermənistanla aparılan dialoqdan danışarkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın mövqeyi hər zaman beynəlxalq hüquq prinsiplərinə əsaslanan möhkəm sülh, sabitlik, inkişaf və tərəqqinin təmin edilməsindən ibarət olub:

“Hətta ərazilərimizin bir hissəsi 30 ilə yaxın işğal altında olduğu zaman Azərbaycan münaqişəni sülh və danışıqlar yolu ilə həll etmək səyləri göstərib, onilliklər ərzində danışıqlar prosesində iştirak edib. İndiki mərhələdə, ərazilərinin işğalına son qoyan və ərazi bütövlüyünü təmin edən Azərbaycan qonşu Ermənistanla münasibətlərin normallaşması, sülh sazişinin imzalanması mövqeyindən çıxış edir və bu istiqamətdə addımlar atır. Biz bu məqsədə real töhfə verə bilən bütün beynəlxalq platformalardan faydalanmağın tərəfdarıyıq”.

Nazir bildirib ki, Azərbaycan Avropa Şurasının da etimad quruculuğu tədbirlərinin həyata keçirilməsinə töhfə verə biləcəyini düşünür:

“AŞ Baş katibinin təşəbbüsü ilə bu yaxınlarda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin ilk görüşü keçirilib və bunu müsbət qiymətləndiririk. Bu günədək iki ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi beynəlxalq platformalarda görüşlərin keçirilməsi təcrübəsi mövcud olub. AŞ Nazirlər Komitəsinin Turin görüşündə belə bir görüş keçirilmədi, lakin hesab edirik ki, ümumiyyətlə bu kimi beynəlxalq çərçivələrin sülh dialoquna müsbət töhfəsi ola bilər. Ən əsası isə əlbəttə ki, hər iki tərəfin sülhü yaratmaqla bağlı möhkəm iradəsini nümayiş etdirməsidir”.

C.Bayramov vurğulayıb ki, 10 noyabr üçtərəfli bəyanatı Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatlara son qoydu:

“Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərindən çıxarıldı və Azərbaycanın ərazi bütövlüyü təmin edildi. Doğrudur, ümumilikdə bölgədəki cari vəziyyəti müsbət qiymətləndirmək olar, lakin bəyanatın bəzi müddəaları Ermənistan tərəfindən hələ də tam yerinə yetirilməyib. Hesab edirik ki, bölgədə sülh quruculuğu üçün ilk növbədə, üçtərəfli bəyanatlar, habelə sonrakı görüşlərdə, o cümlədən Brüsseldə Avropa İttifaqı Prezidentinin iştirakı ilə baş tutan iki ölkə liderlərinin görüşlərində əldə edilən razılaşmaların həyata keçirilməsi olduqca vacibdir”.(Report)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Biləcəridə hoteldə kişi meyiti tapıldı

Biləcəridə hoteldə kişi meyiti tapıldı

Qubada əməliyyat keçirildi: HƏBS EDİLƏN VAR – VİDEO

Qubada əməliyyat keçirildi: HƏBS EDİLƏN VAR – VİDEO

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

Magistratura üzrə ixtisas seçimi BAŞLAYIR

Magistratura üzrə ixtisas seçimi BAŞLAYIR

Azərbaycan XİN Kolumbiyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Kolumbiyanı təbrik etdi – FOTO

Qarabağın bərpasına dost ölkələrin TÖHFƏSİ – Azərbaycana hədiyyə edilən layihələr – SİYAHI

Qarabağın bərpasına dost ölkələrin TÖHFƏSİ – Azərbaycana hədiyyə edilən layihələr – SİYAHI

Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı

Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı

Bakıda dələduzluq edən şəxs TUTULDU - VİDEO

Bakıda dələduzluq edən şəxs TUTULDU - VİDEO

Qadını mağazada döyən kişi haqda QƏRAR – VİDEO

Qadını mağazada döyən kişi haqda QƏRAR – VİDEO

Melaniya Trampın dünya çempionatındakı geyimi müzakirə yaratdı – FOTO

Melaniya Trampın dünya çempionatındakı geyimi müzakirə yaratdı – FOTO

Şakira və Ferran Torresin FOTOLARI sosial şəbəkələrdə gündəm oldu

Şakira və Ferran Torresin FOTOLARI sosial şəbəkələrdə gündəm oldu

WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

Lisey və gimnaziyalara seçimlərin nəticələri AÇIQLANDI

Lisey və gimnaziyalara seçimlərin nəticələri AÇIQLANDI

Ürək sağlamlığı üçün bu 3 qidadan uzaq durun

Ürək sağlamlığı üçün bu 3 qidadan uzaq durun

Rusiya Türkiyə gəmisinə zərbə endirdi – Ölənlər var – FOTO/VİDEO

Rusiya Türkiyə gəmisinə zərbə endirdi – Ölənlər var – FOTO/VİDEO

Sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

Sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

Pensiya alanlara MÜJDƏ: ÖDƏNİŞ ARTA BİLƏR

Pensiya alanlara MÜJDƏ: ÖDƏNİŞ ARTA BİLƏR

“Qızıl buts”u o qazandı

“Qızıl buts”u o qazandı

Tennis Akademiyasında ÖLÜM

Tennis Akademiyasında ÖLÜM

İranda daha bir din xadimi öldürüldü – FOTO

İranda daha bir din xadimi öldürüldü – FOTO

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

End of content

No more pages to load

RADİO