Sahil Babayev Vətən müharibəsində iştirak edən əməkdaşlarla görüşdü - FOTO

Nazir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Vətən müharibəsində iştirak edən əməkdaşları ilə görüşüb.

Nazirlikdən Bizim.Media-ya verilən məlumata görə, nazir bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu dünya hərb tarixinə həkk olunan yüksək səviyyədə döyüş qabiliyyəti nümayiş etdirərək erməni faşizmini məhv etdi:

"30 ilə yaxın işğal altında qalmış doğma yurd yerlərimiz cəmi 44 gün ərzində azad olundu. Tarixə qızl hərflərlə qəhrəmanlıq salnaməsi kimi yazılan bu möhtəşəm Zəfər xalqımıza sonsuz sevinc, iftixar duyğuları yaşadır".

S.Babayev ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə müqəddəs şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımıza Allahdan rəhmət diləyib, onların xatirəsinin xalqımızın qəlbində əbədi yaşayacağını bildirib. O, şəhid ailələri və yaralanmış qazilərimizlə bağlı geniş sosial dəstək işlərinin aparıldığını və bu prosesin davam etdiriləcəyini diqqətə çatdırıb.

Nazir qeyd edib ki, dövlət başçısının 28 sentyabr 2020-ci il tarixli Sərəncamına uyğun olaraq səfərbərlik çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemindən də müxtəlif vəzifələrdə çalışan 84 əməkdaş İkinci Qarabağ müharibəsinə qatılıb. Tarixi Zəfərimizin qazanılması uğrunda şərəfli döyüş yolu keçən, Zəfərimizə öz töhfələrini verən bütün qəhrəman Vətən övladları ilə qürur duyuruq. Onlar Azərbaycanın haqq savaşında yüksək vətənpərvərlik göstərərək, şücaətlərlə zəngin şanlı tarix yazdılar.

S.Babayev diqqətə çatdırıb ki, Vətən müharibəsində iştirak edən Nazirlik əməkdaşlarından 27 nəfəri Prezident İlham Əliyevin Sərəncamları ilə “İgidliyə görə”, “Xocavəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunublar. Onlardan bir qismi iki, bəziləri üç medala layiq görülüb.

Nazir Silahlı Qüvvələrimizin sıralarına qoşularaq tarixi Zəfərimizin qazanılmasına töhfələrini verən əməkdaşlara öz təşəkkürlərini və xoş arzularını çatdırıb. Bütün xalqımızın, o cümlədən Nazirliyin kollektivinin onlarla qürur keçirdiklərini vurğulayıb. “Siz fəaliyyət sahənizdə nizam-intizamlı, bacarıqlı və işgüzar kadrlar olmaqla yanaşı, özünüzü döyüş meydanında Vətənin cəsur əsgərləri olaraq da şərəflə doğrultdunuz. Sizinlə fəxr edirik!”, -deyə S.Babayev bildirib.

S.Babayev qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizin bərpası və yenidən qurulması işləri çərçivəsində həmin bölgələrdə müasir sosial infrastruktur qurulacaq, DOST mərkəzləri, sosial xidmət və reabilitasiya müəssisələri yaradılacaq, sosial müdafiə və aktiv məşğulluq proqramları geniş vüsət alacaq. 

Görüşdə çıxış edən müharibə iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun həyata keçirdiyi hərbi əməliyyatlara qatılaraq, doğma yurd yerlərimizin düşməndən azad edilməsində iştirak etdiklərinə görə şərəf və fəxr hissi keçirdiklərini bildiriblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Şahin Mustafayev Ermənistana getdi

Şahin Mustafayev Ermənistana getdi

Pensiya ilə bağlı rəsmi məlumat

Pensiya ilə bağlı rəsmi məlumat

Fermerlərin DİQQƏTİNƏ – Bu heyvanların bazarda satılmasına icazə VERİLMƏYƏCƏK – RƏSMİ

Fermerlərin DİQQƏTİNƏ – Bu heyvanların bazarda satılmasına icazə VERİLMƏYƏCƏK – RƏSMİ

9 və 11-ci sinif şagirdlərinin NƏZƏRİNƏ! İmtahan keçiriləcək

9 və 11-ci sinif şagirdlərinin NƏZƏRİNƏ! İmtahan keçiriləcək

7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ

7 körpənin ölümü ilə bağlı təqsirləndirilən şəxslərə CƏZA İSTƏNİLDİ

Xaçmazda minik avtomobili lokomotivlə toqquşdu

Xaçmazda minik avtomobili lokomotivlə toqquşdu

İki şagirdin məktəbin ayaqyolunda mütəmadi döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

İki şagirdin məktəbin ayaqyolunda mütəmadi döyülməsi ilə bağlı RƏSMİ AÇIQLAMA

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək

Bakı metrosunda BEŞ GÜN iş rejimi dəyişəcək

Dövriyyədə olan ödəniş kartlarının sayı AÇIQLANDI

Dövriyyədə olan ödəniş kartlarının sayı AÇIQLANDI

Arzu Əliyeva Şəki səfərindən paylaşım etdi - FOTO

Arzu Əliyeva Şəki səfərindən paylaşım etdi - FOTO

Madyar: “Orban dövründə oliqarxlar aktivlərini xarici ölkələrə çıxarıb”

Madyar: “Orban dövründə oliqarxlar aktivlərini xarici ölkələrə çıxarıb”

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

“Daha da yaxşı işləyəcəyəm” - Məzahir Pənahov

Bu pulları dərhal dəyişdirin!

Bu pulları dərhal dəyişdirin!

Elxan Abbasov vətəndaşların yarım milyonunu necə ələ KEÇİRİB?

Elxan Abbasov vətəndaşların yarım milyonunu necə ələ KEÇİRİB?

Rusiyalı milyarderin 500 milyon dollarlıq yaxtası Hörmüz boğazından keçdi

Rusiyalı milyarderin 500 milyon dollarlıq yaxtası Hörmüz boğazından keçdi

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları SAXLANILDI

Beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşları SAXLANILDI

80 il əvvəl Almaniya, 20 il əvvəl Serbiya... – Ukraynaya ünvanlanan gözlənilməz mesajın PƏRDƏARXASI

80 il əvvəl Almaniya, 20 il əvvəl Serbiya... – Ukraynaya ünvanlanan gözlənilməz mesajın PƏRDƏARXASI

Abituriyentlərin NƏZƏRİNƏ: Qeydiyyat müddəti BİTİR

Abituriyentlərin NƏZƏRİNƏ: Qeydiyyat müddəti BİTİR

İran ABŞ blokadasından yayınmağın YENİ ÜSULUNU tapdı – VİDEO

İran ABŞ blokadasından yayınmağın YENİ ÜSULUNU tapdı – VİDEO

Kral III Çarlz Ağ Evdə zarafat etdi: “1814-cü ildə Britaniya qoşunları Vaşinqtonu ələ keçirib” - VİDEO

Kral III Çarlz Ağ Evdə zarafat etdi: “1814-cü ildə Britaniya qoşunları Vaşinqtonu ələ keçirib” - VİDEO

İsrail ordusu Livanda “Hizbullah”ın obyektlərinə zərbə endirdi – VİDEO

İsrail ordusu Livanda “Hizbullah”ın obyektlərinə zərbə endirdi – VİDEO

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

Əfqanıstanla Pakistan arasında daha bir GƏRGİNLİK

İran Britaniyada “Telegram” vasitəsilə terrorçu TOPLAYIR

İran Britaniyada “Telegram” vasitəsilə terrorçu TOPLAYIR

Azərbaycan nefti BAHALAŞDI

Azərbaycan nefti BAHALAŞDI

End of content

No more pages to load

RADİO