Qərb Kalininqrad uğrunda Rusiya ilə müharibəyə hazırlaşır? – Qriqori Trofimçukdan EKSKLÜZİV

Rusiyanın Kalininqrad vilayəti ilə heç bir quru əlaqəsi yoxdur. Baltik hövzəsində yerləşən bu anklav Rusiya və Avropa üçün hazırda bir ölkə qədər önəmlidir.

Qurudan yalnız Polşa və Litva ilə sərhəddi olan Kalininqrad şəhəri Baltik dənizi vasitəsi ilə Finlandiya, Estoniya, Latviya, Litva, İsveç və Almaniya ilə sərhəddədir. Kalininqradla Almaniya və Qərbi Avropa arasında olan məsafə Moskva ilə olduğundan daha azdır. Moskvadan 1289 km uzaqlıqda yerləşən Kalininqradın, Berlinlə arasındakı məsafə 527 km-dir.

Rusiyalı ekspert Qriqori Tromfiçuk Bizim.Media-ya eksklüziv müsahibəsində deyib ki, hələ 2007-ci ildə, əsasən postsovet məkanının gələcəyinə həsr olunmuş “Rus daması” kitabında Rusiya Federasiyasının Avropada əsas strukturu olan Kalininqrad anklavına xüsusi diqqət yetirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı: Düşmənin şəxsi heyəti ruhdan düşüb


Kalininqrad vilayətinin Rusiya Federasiyası üçün strateji əhəmiyyətinə gəlincə, ekspert vurğulayıb ki, məhz  bu torpaq sayəsində Avropanın mərkəzində Rusiyanın varlığı hiss olunur.

“Söhbət təkcə hərbi-siyasi baxımdan yox, mədəni və sivilizasiya baxımından da bölgənin əhəmiyyətindən gedir. Kalininqrad bölgəsi olmasaydı, Rusiya mədəniyyəti də indi çox fərqli olardı”.

Qərbin Rusiyanı təcrid etməsi ilə Kalininqrada da vəziyyətin gərginləşəcəyini vurğulayan ekspert bu sözləri deyib:

“Ümumiyyətlə, onlar Rusiyanı təxminən I Pyotrdan əvvəlki dünyaya qaytarmağa və hər şeydən əvvəl, onu bu istiqamətdə birbaşa hərbi münaqişəyə cəlb etməyə çalışacaqlar. Bu vəziyyətdən çıxış yolunun olub-olmaması isə başqa sualdır. Kitabımda bu kimi suallara cavab verməyə çalışmışam”.

Rusiya rəsmilərinin Kalininqradla bağlı son davranışlarını isə ekspert belə şərh edib:

“Onlar əsas məsələlərdə həmişə gecikib və vaxt itiriləndə hərəkətə başlayıblar”.

Qeyd edək ki, Rusiyaya məxsus ən böyük donanma hazırda Kalininqraddadır. Rus donanmasının burada yerləşən hərbi limanına və hərbi şəhərciyinə sivil insanların girməsi qadağan olunub.

Sankt Peterburq limanı qışda donduğu üçün Rusiyanın Baltik hövzəsinə yeganə çıxışı da məhz Kalininqraddan baş verir.

Ukrayna-Rusiya müharibəsindən sonra isə ərazinin Rusiya üçün əhəmiyyəti daha da artdı. Belə ki, Rusiya əraziyə nüvə başlıqlı İskəndər raketləri yerləşdirməyə başladı. Rusiyanın məhz bu addımından sonra İsveç və Finlandiya NATO-ya üzvlüklə bağlı müraciət etdilər.

İkinci dünya müharibəsinə qədər Almaniyanın tərkibində olan bu şəhərin adı Königsberq olub. Məhz bu səbəbdən Almanlar hələ də bu əraziyə iddialıdırlar. Məşhur Alman filosofu Kantın doğulub böyüdüyü şəhər də məhz buradır.


Kalininqradın etnik tərkibinə gəlincə isə 1944-cü ilə kimi almanların üstünlük təşkil etdiyi bu ərazidə hal-hazırda yaşayan bir milyon insanın 86 faizini ruslar, 0,7 faizini Ukraynalılar, 0,36 faizini Beloruslar, yerdə qalan hissəsini isə azərbaycanlılar və ermənilər təşkil edirlər.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

SON XƏBƏRLƏR

Biləcəridə hoteldə kişi meyiti tapıldı

Biləcəridə hoteldə kişi meyiti tapıldı

Qubada əməliyyat keçirildi: HƏBS EDİLƏN VAR – VİDEO

Qubada əməliyyat keçirildi: HƏBS EDİLƏN VAR – VİDEO

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Sabah 39 dərəcə isti olacaq – PROQNOZ

Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

Xatirə İslam və həyat yoldaşının qayda pozuntusuna hüquqi qiymət verildi – VİDEO

Magistratura üzrə ixtisas seçimi BAŞLAYIR

Magistratura üzrə ixtisas seçimi BAŞLAYIR

Azərbaycan XİN Kolumbiyanı təbrik etdi – FOTO

Azərbaycan XİN Kolumbiyanı təbrik etdi – FOTO

Qarabağın bərpasına dost ölkələrin TÖHFƏSİ – Azərbaycana hədiyyə edilən layihələr – SİYAHI

Qarabağın bərpasına dost ölkələrin TÖHFƏSİ – Azərbaycana hədiyyə edilən layihələr – SİYAHI

Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı

Qarabağda yeni ünvan: Xankəndidə ilk “Kontakt” açıldı

Bakıda dələduzluq edən şəxs TUTULDU - VİDEO

Bakıda dələduzluq edən şəxs TUTULDU - VİDEO

Qadını mağazada döyən kişi haqda QƏRAR – VİDEO

Qadını mağazada döyən kişi haqda QƏRAR – VİDEO

Melaniya Trampın dünya çempionatındakı geyimi müzakirə yaratdı – FOTO

Melaniya Trampın dünya çempionatındakı geyimi müzakirə yaratdı – FOTO

Şakira və Ferran Torresin FOTOLARI sosial şəbəkələrdə gündəm oldu

Şakira və Ferran Torresin FOTOLARI sosial şəbəkələrdə gündəm oldu

WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

WSJ: Çin və Rusiya İrana hədəfləri daha dəqiq vurmağa kömək edir

Lisey və gimnaziyalara seçimlərin nəticələri AÇIQLANDI

Lisey və gimnaziyalara seçimlərin nəticələri AÇIQLANDI

Ürək sağlamlığı üçün bu 3 qidadan uzaq durun

Ürək sağlamlığı üçün bu 3 qidadan uzaq durun

Rusiya Türkiyə gəmisinə zərbə endirdi – Ölənlər var – FOTO/VİDEO

Rusiya Türkiyə gəmisinə zərbə endirdi – Ölənlər var – FOTO/VİDEO

Sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

Sabiq vəzifəli şəxsə HÖKM OXUNDU

Pensiya alanlara MÜJDƏ: ÖDƏNİŞ ARTA BİLƏR

Pensiya alanlara MÜJDƏ: ÖDƏNİŞ ARTA BİLƏR

“Qızıl buts”u o qazandı

“Qızıl buts”u o qazandı

Tennis Akademiyasında ÖLÜM

Tennis Akademiyasında ÖLÜM

İranda daha bir din xadimi öldürüldü – FOTO

İranda daha bir din xadimi öldürüldü – FOTO

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

Naxçıvana gedənlər sənədləri “mygov”la təsdiq edəcəklər

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

İsmayıllıdakı qəzada faciəli şəkildə ölən motosikletçinin FOTOSU

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

Yay mövsümünün "ucuz" tələsi: Bir kliklə pulunuz yoxa çıxa bilər – VİDEO

End of content

No more pages to load

RADİO